Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Çexiya Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır

Çexiya Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır

04.06.2014 [09:14]

İyunun 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Çex Respublikasının xarici işlər naziri Lubomir Zaoralek ilə görüşüb.
AzərTAc xəbər verir ki, ikitərəfli və geniş tərkibli görüşdən sonra nazirlər mətbuat konfransı keçiriblər.
Elmar Məmmədyarov görüşdə çexiyalı həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verdiyini bildirib.
O deyib ki, müzakirələr zamanı Azərbaycan-Çexiya əlaqələrinin inkişaf perspektivləri diqqət mərkəzində olub. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında təhsil, turizm, iqtisadiyyat, enerji, nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı danışıqlar aparılır. Hazırda Çexiyada 220 tələbənin təhsil aldığını deyən E. Məmmədyarov gələcəkdə bu rəqəmin daha da artırılması üçün müzakirələrin aparıldığını vurğulayıb.
Nazir Lubomir Zaoralek Çexiyanın Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləyib.
Lubomir Zaoralek azərbaycanlı iş adamlarını bu ölkənin iqtisadiyyatına investisiyalar qoymağa dəvət edib. O, həmçinin bildirib ki, Çexiya şirkətləri Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələrində iştirak etməyə, xüsusilə “TANAP” layihəsinə qoşulmağa böyük maraq göstərirlər.

Paylaş:
Baxılıb: 741 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31