Azərbaycanda demoqrafik vəziyyət normaldır
06.06.2014 [09:40]
Məlahət İbrahimqızı: İnsanın insana qarşı qətl törətməsi, onu öldürməsi necə ağır cinayətdirsə, 10-15 günlük ana bətnində olan məsum uşağı da öldürmək o dərəcədə ağır cinayət sayılmalıdır
“Ümumiyyətlə, indiyə qədər Azərbaycanda mükəmməl, təkmil qanunvericilik bazası yaradılıb. Artıq son illərdə yeni qanunlardan daha çox mövcud qanunların, vaxtilə qəbul etdiyimiz qanunların təkmilləşdirilməsi istiqamətində işlər görülür. Bu da təbiidir. Çünki zaman, vaxt gedir, dövr dəyişir, ictimai münasibətlərdə dəyişikliklər olur, tələb və təkliflərdə ehtiyaclar artıq formasını başqası ilə əvəzləyir. Bizim artıq 10-15 il bundan qabaq yaşadığımız mühitlə bugünkü mühit, şərait eyni deyil. Ona görə, hər il istər yaz sessiyasında, istər payız sessiyasında hansı qanunvericilik sənədləri ki daha çox vacibdir, onların qəbulu və ya təkmilləşdirilməsi istiqamətində ciddi işlər görülür”. Bu fikirləri “Gün.az” saytına müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, xüsusilə, sosial sahəni əhatə edən qanunlar təkmilləşdirilir. Onun sözlərinə görə, əhalinin sosial müdafiəsi istiqamətində, məsələn, şəhid ailələri, müharibə əlilləri ilə, ümumən sosial siyasəti əhatə edəcək qanunlarla bağlı xeyli təkmilləşdirilmə aparılıb. Bununla belə, millət vəkili hesab edir ki, mövcud qanunlar üzərində təkmilləşdirmə aparılması, onların beynəlxalq standartlara uyğunlaşdırılması heç də o demək deyil ki, yeni qanunlara ehtiyac yoxdur. M.İbrahimqızı qeyd edib ki, hazırda dünyada əsas problemlərdən biri demoqrafik vəziyyətlə bağlıdır: “Bu gün hər bir dövlətin gücündə, onun qüdrətində demoqrafik amil çox ciddidir və çox böyük rol oynayır. Yəni, hər bir dövlətin təhlükəsizlik konsepsiyasında demoqrafik problem də, demoqrafik təhlükəsizlik də ən ciddi həlqələrdən, istiqamətlərdən biri sayılır. Bir ölkənin iqtisadi gücü onun təkcə iqtisadi resursları deyil, həm də əmək resursları ilə fərqləndirilir, qiymətləndirilir. Əmək resursları nədir? İnsandır - qadın və kişilərdir. Bu gün hansısa ölkələr əgər demoqrafik krizis yaşayırsa, deməli, o ölkələrin gələcəkdə iqtisadi sahədə də ciddi problemləri olacaq. Eyni zamanda, demoqrafik problemlərin içərisində də əsas bunu şərtləndirən əhali artımıdır. Əhali artımının nüvəsində də heç şübhəsiz, ana sağlamlığı və ailə planlaşdırması dayanır. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun və Ümumdünya Səhiyyə Təşkilatının “Dünya əhalisi - 2050” hesabatında 2050-ci ilə qədər artıq dünyanın bir sıra ölkələrinin əhalisinin demək olar ki, itməkdə olması, belə demək mümkünsə, “Qırmızı kitab”a düşməsi məsələsi var. Yəni, “Dünya əhalisi - 2050”də bir çox millətlərin, xalqların, demək olar ki, kökünün kəsilməsi təhlükəsi qənaətinə gəlib. Ona görə bu ölkələr üçün, hər bir dövlət üçün həyəcan siqnalıdır”.
Ölkəmizdə demoqrafik krizisin olmadığını deyən millət vəkili bildirib ki, hazırda əhalinin sayı 9 milyon nəfərdən çoxdur və bu göstərici ildən-ilə artır. Bununla belə, M.İbrahimqızı hesab edir ki, ailə planlaşdırması və demoqrafik proseslərin tənzimlənməsində xüsusi rolu olan ana sağlamlığının bu məsələdə çox böyük əhəmiyyəti var. “Statistika özü açıq-aydın göstərir ki, artıq əhalimizin 7 yaşdan aşağı olan hissəsində qızların sayı oğlanların sayından azdır. Onu da deyim ki, biz bir müddət öncə müvafiq qanunda dəyişikliklər etdik və həmin dəyişikliklərə əsasən də artıq cinsiyyətə görə tibbi müayinə aparılması ilə bağlı həkimlər hansısa məsuliyyət daşıyır, onlara bu məsələ qadağan olunur. Yəni, bu məsuliyyət məsələsi qanunvericilikdə öz əksini tapdı. Amma hesab edirəm ki, bu, azdır. Bu məsələnin köklü həlli üçün biz bu gün cəmiyyətdə geniş maarifləndirmə işləri aparmalıyıq. Bu, hansı dövrdür ki, valideyn-ana qız uşağını, öz övladını məhv etdirir? Vaxtilə 15-20 il bundan qabaq 3-4 ayından sonra ana bətnində olan uşağın ürək döyüntüləri eşidilirdi. Amma bu gün yüksək səviyyəli texnologiyalar əldə olunub ki, bir həftəlik dölün artıq ürək döyünməsi eşidilir. Deməli, bu, özü nəyi göstərir? Bu özü onu göstərir ki, fərqi yoxdur, bir günlük olsun, üç günlük olsun, yaxud 9 aylıq olsun, bu, insandır. İnsanın hüquqları var və insanın insana qarşı qətl törətməsi, onu öldürməsi necə ağır cinayətdirsə, 10 günlük, 15 günlük ana bətnində olan məsum uşağı da öldürmək o dərəcədə ağır cinayət sayılır və sayılmalıdır. Buna görə yuxarıda da qeyd etdiyim kimi, ailə planlaşdırması çox önəmlidir. Ona görə də, biz mövcud qanunumuzu ya təkmilləşdirməliyik, yaxud da neçə müddətdir mətbuatda müzakirə olunan “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun müzakirəyə çıxarılmalıdır” - deyə, M.İbrahimqızı vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

