Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycana səfər edən xarici ölkə prezidentləri etika xətrinə müxalifətlə görüşür

Azərbaycana səfər edən xarici ölkə prezidentləri etika xətrinə müxalifətlə görüşür

06.06.2014 [09:41]

“Ölkə Prezidenti Yeni Azərbaycan Partiyasının Sədri olduğundan Azərbaycana səfər edən dövlət başçıları ilə görüşdükdən sonra digər partiya rəsmilərinin görüşünə ehtiyac qalmır”. Bunu Yeni Azərbaycan Partiyası İcra katibinin mavini, millət vəkili Siyavuş Novruzov modern.az-a açıqlamasında təmsil etdiyi partiya nümayəndələrinin müxalifətlə birgə xarici ölkə prezidentləri ilə görüşməməsi barədə sualları cavablandırarkən deyib. S.Novruzovun sözlərinə görə, çox xarici ölkə başçıları daha çox etika xətrinə müxalifətlə görüşürlər. “Onların Azərbaycanın ictimai-siyasi həyatına təsir edə biləcək imkanları yoxdur. Bu baxımdan həmin dövlət başçılarının keçirdiyi görüşlər öz ölkələrinin imicini qorumaqdan ötrüdür. Onlar müxalifətlə və digər QHT nümayəndələri ilə görüşlə guya demokratik təsisatlarla təmasda olmaq təsəvvürü yaradırlar. Müxalifət isə bundan istifadə etməyə çalışır. Onlar bu vasitə ilə özlərinə tərəfdar yığmaq istəyirlər”.

Paylaş:
Baxılıb: 763 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31