Ombudsmanların XII Bakı beynəlxalq konfransı işə başlayıb
19.06.2014 [09:45]
İyunun 18-də “Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XII Bakı beynəlxalq konfransı işə başlayıb.
AzərTAc xəbər verir ki, 18 İyun - İnsan Hüquqları Gününə həsr olunmuş, UNESCO-nun dəstəyi ilə keçirilən tədbirdə Avropa, Asiya, Amerikanın 15-dən çox ölkəsindən 30-dan artıq ombudsman və onların nümayəndələri, insan hüquqları sahəsində ekspertlər, beynəlxalq təşkilatların təmsilçiləri, hüquqşünas alimlər iştirak edirlər.
Konfransı açan Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib ki, artıq ənənəvi olaraq keçirilən bu tədbirin məqsədi insan hüquqlarının qorunması sahəsində əldə edilmiş təcrübənin bölüşdürülməsi, mövcud problemlərin müzakirəsi, bu istiqamətdə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsidir.
E.Süleymanova Azərbaycanda insan hüquqlarının qorunması sahəsində aparılan islahatlar və əldə edilmiş nailiyyətlərdən danışıb.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ölkəmizdə qadın hüquqlarının qorunması ilə bağlı görülən işlər barədə danışıb.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin qadınların ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində gördüyü işlərdən danışan Baş nazirin müavini qeyd edib ki, hələ ötən əsrin 70-ci illərindən Azərbaycan qadınlarının dövlət strukturlarında təmsil olunmaları üçün tədbirlər görülüb. Qadınların hüquqlarının qorunması üçün kifayət qədər qanunlar qəbul olunub, sərəncamlar, fərmanlar imzalanıb. 1990-cı illərdə Ulu öndərin səyi nəticəsində qadınlarımız artıq beynəlxalq səviyyədə təmsil olunmağa başlayıblar.
Əli Həsənov vurğulayıb ki, bu gün nüfuzlu beynəlxalq tədbirlərdə iştirak edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan xanımlarını dünyada ləyaqətlə təmsil edir.
Əli Həsənov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlının hüquqlarının pozulması faktından da bəhs edib, onların 53 faizinin qadın olduğunu diqqətə çatdırıb. Komitə sədri son 20 ildə Azərbaycanda 150 min qız uşağının məcburi köçkün kimi dünyaya göz açdığını söyləyib.
UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva çıxış edərək konfransın qadın hüquqlarının qorunması ilə bağlı yeni mexanizmlərin yaradılması baxımından əhəmiyyətini vurğulayıb.
Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycanda qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmini istiqamətində görülən mühüm işlərdən danışıb. Bildirib ki, sülhün, təhlükəsizliyin təmini üçün insan hüquqlarının öyrənilməsi, təbliği və qorunması vacibdir. Bahar Muradova qadınların ictimai-siyasi həyatın fəal üzvləri kimi rollarının artırılması istiqamətində işlərin davam etdirilməsinin önəmini vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransın əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətində güclü hüquqi baza mövcuddur. Ölkəmizdə Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan qadın siyasəti hazırda uğurla davam etdirilir. Qadınlar dövlət idarəçiliyində, parlamentdə geniş təmsil olunurlar.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk ölkəmizdə insan hüquqları sahəsində görülən işləri yüksək qiymətləndirib.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Ofisinin Milli İnsan Hüquqları İnstitutları və Regional Mexanizmlər bölməsi rəhbərinin müavini xanım Afərin Şahidzadə təəssüflə deyib ki, müasir dövrdə dünyada hələ də qadınlara qarşı zorakılıq və ayrı-seçkilik halları müşahidə olunmaqdadır. O, dünyada münaqişələrin həlli, sülhün əldə olunması prosesində qadınların rolunun artırılmasının vacibliyini qeyd edib.
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard qurumun Ombudsman Aparatı ilə sıx əməkdaşlıq etdiyini söyləyib. O, Azərbaycan ombudsmanının qadınların, uşaqların müdafiəsində böyük rol oynadığını bildirib.
Tədbirdə Mark Hervarda Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi sahəsindəki xidmətinə görə sertifikat təqdim edilib.
Konfrans işini plenar iclaslarla davam etdirib.
İyunun 20-dək davam edəcək tədbirin yekununda Bakı Bəyannaməsi qəbul ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

