Korrupsiyaya qarşı mübarizə Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətidir
01.07.2014 [09:51]
Bu fikir 35 ölkədən və 13 nüfuzlu beynəlxalq təşkilatdan 130-dan çox nümayəndənin iştirakı ilə Bakıda keçirilən “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda yüksək səviyyəli konfransda xüsusi vurğulanıb
Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakı ilə iyunun 30-da Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda yüksək səviyyəli beynəlxalq konfrans işə başlayıb.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın, mərkəzi icra hakimiyyəti orqanlarının, Baş Prokurorluğun, habelə ölkəmizin digər hüquq mühafizə qurumlarının, ali təhsil müəssisələrinin, QHT-lərin və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.
Konfransa Avropa Şurasına daxil olan 35 ölkədən və 13 nüfuzlu beynəlxalq təşkilatdan 130-dan çox nümayəndə, o cümlədən Türkiyə, Albaniya, Moldova, Xorvatiya, Gürcüstan, Monako və Lixtenşteynin baş prokurorları, Bosniya və Herseqovina, Albaniya, Xorvatiyanın ədliyyə nazirləri, Fransa, Polşa, Litva, Makedoniya və Serbiyanın ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının rəhbərləri, Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş İdarəsinin direktoru, GRECO-nun prezidenti, IACA-nın icraçı katibi, Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) prezidenti, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) baş katibi və digərləri qatılıblar.
Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov konfransın açılış mərasimində çıxış edərək mayın 14-də ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməyə başlamasını respublikamızın demokratik dəyərlərə sadiqliyinin nümunəsi olduğunu bildirib.
Baş prokuror Azərbaycan Prezidentinin Avropa Şurası Parlament Assambleyasının iclasında korrupsiyaya qarşı mübarizənin ölkəmizin Nazirlər Komitəsinə sədrliyi dövründə əsas prioritetlərdən birini təşkil edəcəyini və Avropanın qabaqcıl ölkələrinin müsbət təcrübəsindən istifadənin beynəlxalq əməkdaşlığın mühüm istiqaməti olduğunu bildirdiyini diqqətə çatdırıb.
Baş prokuror deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı güclü siyasi iradəyə əsaslanmaqla beynəlxalq təcrübə nəzərə alınaraq sistemli şəkildə mütərəqqi antikorrupsiya qanunvericilik bazası formalaşdırılıb, mühüm institusional tədbirlər həyata keçirilib və bu islahatlar bu gün də davam etdirilməkdədir. Zakir Qaralov bu konfransın Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə ölkəmizdə keçirilməsi nəzərdə tutulan 18 mühüm tədbirdən birincisi olduğunu vurğulayıb. Baş prokuror bu konfrans zamanı əldə ediləcək müsbət təcrübə və biliklərin, tədbirin nəticələrinin korrupsiyaya qarşı mübarizə işinin yeni müstəviyə qaldırılmasına təkan verəcəyini bildirib. Bu konfrans həm qlobal, həm də regional səviyyədə əməkdaşlığın bundan sonra da dərinləşməsinə zəmin yaradacaq, dünyada korrupsiyaya qarşı mübarizə sahəsində proseslərə töhfə verməklə mühüm görüş platforması olduğunu sübuta yetirəcək.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri, akademik Ramiz Mehdiyev konfrans iştirakçılarını salamlayıb, bir çox ölkənin korrupsiyaya qarşı mübarizə sahəsində yaxşı təcrübə qazandığını vurğulayıb. Prezident Administrasiyasının rəhbəri ölkəmizdə də korrupsiyaya qarşı mübarizə sahəsində çox böyük təcrübə qazanıldığını, Azərbaycan Prezidentinin Sərəncamı ilə mühüm qurumların yaradıldığını diqqətə çatdırıb. Akademik Ramiz Mehdiyev bu qurumlar arasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, dünyada nadir təcrübə olan “ASAN xidmət”in əhəmiyyətini xüsusi vurğulayıb. Azərbaycanda olan yüksək səviyyəli qonaqların “ASAN xidmət”in fəaliyyətini böyük maraqla müşahidə etdiklərini vurğulayan Prezident Administrasiyasının rəhbəri onların bu qurumun işini yüksək qiymətləndirdiklərini, respublikamızda korrupsiyaya qarşı güclü mübarizə sisteminin yaradıldığını bildirdiklərini deyib. Akademik Ramiz Mehdiyev “ASAN xidmət”in yaradılmasını və onun fəaliyyətini Azərbaycan vətəndaşlarının da böyük razılıqla qarşıladıqlarını diqqətə çatdırıb.
Sonra akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Konfrans iştirakçıları adından Azərbaycan Prezidentinə minnətdarlığını çatdıran Zakir Qaralov korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətlərin əsası kimi, beynəlxalq mexanizmlərin uğurlu tətbiqini, mötəbər beynəlxalq qurumlarla əməkdaşlığı xüsusi qeyd edib. Baş prokuror Azərbaycanda məhkəmə-hüquq islahatlarının aparılmasında Avropa Şurasının korrupsiyaya qarşı mübarizə sahəsində qəbul etdiyi konvensiyaların mühüm rolu olduğunu bildirib. Həmin konvensiyalar Azərbaycanda 2004-cü ildə ratifikasiya edilərək onların müddəalarının ardıcıl və sistemli implementasiyası, habelə korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə təsdiq edilmiş Dövlət proqramlarının uğurla icrası nəticəsində mütərəqqi antikorrupsiya qanunvericiliyi bazası formalaşdırılıb, kompleks institusional tədbirlər həyata keçirilib. Baş prokuror Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə bu əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini vurğulayıb.
Daha sonra Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş İdarəsinin baş direktoru Filip Buoya çıxış edərək Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın konfrans iştirakçılarına salamlarını çatdırıb. Konfransın mövzusunun dünyanı narahat edən mühüm məsələlərdən biri olduğunu vurğulayan F.Buoya deyib ki, korrupsiya və ona qarşı mübarizə Avropa Şurasının və digər beynəlxalq qurumların gündəliklərində duran ən əsas məsələlərdən biridir.
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlaması münasibətilə təbriklərini çatdıran F.Buoya Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının iclasında korrupsiyaya qarşı mübarizənin ölkəmizin sədrliyi dövründə əsas prioritetlərdən biri olacağı barədə sözlərini xüsusi vurğulayıb.
Avropa Şurasına üzv dövlətlərin antikorrupsiya sahəsində təcrübələrindən istifadənin əhəmiyyətindən danışan F.Buoya Avropa ölkələrində yaşanan böhranların bu bəlanın daha geniş vüsət almasına şərait yaratdığını bildirib. Korrupsiya demokratik funksiyalara, insan hüquqlarına və qanunun aliliyinə problemlər yaradır. Bu sahədə əldə etdiyimiz təcrübə sayəsində korrupsiyaya qarşı mübarizəni dövlət təsisatı səviyyəsində gücləndirməliyik. Çünki korrupsiya əhalinin dövlətə, hökumətə etibarına ciddi zərbə vurur.
Avropa Şurasının bu sahədə bir sıra mexanizmləri həyata keçirdiyini vurğulayan F.Buoya milli və etnik ayrı-seçkilik arxasında gizlənən korrupsiya hallarına qarşı sərt mübarizə aparılmasının vacibliyini diqqətə çatdırıb.
F.Buoya deyib ki, konfrans beynəlxalq normaları və milli təcrübələri ümumiləşdirərək Avropa Şurasının bütün üzv dövlətlərində korrupsiyaya qarşı mübarizənin daha səmərəli aparılması işinə töhfə verəcək. Mən Azərbaycanı məhz belə bir tədbirin təşkil edilməsi təşəbbüsünə görə alqışlayır, yüksək qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm.
Avropa Şurasının GRECO təşkilatının prezidenti Marin Mrçela bu vacib konfransın təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Demokratiya qarşısında böyük təhdidlərdən birinin korrupsiya olduğunu vurğulayan M.Mrçela bu bəlaya qarşı mübarizədə sağlam mühitin, güclü siyasi iradənin vacibliyini qeyd edib.
GRECO-nun korrupsiyaya qarşı mübarizəni hakimlər və prokurorlar vasitəsilə apardığını diqqətə çatdıran təşkilatın prezidenti korrupsiya risklərini dəf etmək üçün etibarlı sistemin yaradılmasının zəruriliyini bildirib.
Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) dekanı və icraçı katibi Martin Kreutner belə mötəbər tədbirdə yüksək səviyyəli dövlət rəsmilərinin iştirakının Azərbaycanın korrupsiyaya qarşı mübarizəyə xüsusi diqqət yetirməsinin göstəricisi olduğunu bildirib.
IACA-nın fəaliyyətinin əsas istiqamətlərindən danışan M.Kreutner Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlaması münasibətilə Azərbaycan hökumətinə təbriklərini çatdırıb, uğurlar arzulayıb. Təşkilatın 56 üzvü olduğunu vurğulayan natiq cari ilin noyabrında Bakıda qurumun toplantısının keçiriləcəyini bildirib.
Korrupsiyanın əhalidə dövlətə etimadı azaltdığını, eləcə də vətəndaşlar arasında dini, etnik ayrı-seçkiliyə də yol açdığını qeyd edən M.Kreutner bu boşluqları doldurmaq üçün cəmiyyətin bütün təbəqələrini əhatə edən birgə səylərin vacibliyini xüsusi vurğulayıb. Maliyyə və iqtisadi böhranlar zamanı korrupsiyanın daha da genişləndiyini söyləyən icraçı katib bu bəla ilə mübarizədə yoxsulluğun azaldılmasının, birgə səylərin, müxtəlif maarifləndirici təşəbbüslərin əhəmiyyətini diqqətə çatdırıb.
Azərbaycan Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Fuad Ələsgərov deyib ki, korrupsiyaya qarşı mübarizə Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətidir. Şöbə müdiri Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxışında korrupsiyaya qarşı mübarizənin Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə diqqət yetirəcəyi əsas məsələlərdən biri olacağını bildirdiyini vurğulayıb.
Fuad Ələsgərov deyib ki, 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanda korrupsiya ilə mübarizə üçün zəruri qanunvericilik bazası olmayıb, səmərəli institusional mexanizmlər formalaşmayıb. Müstəqilliyin ilk illərində demokratik institutları və iqtisadiyyatı tənəzzülə uğramış Azərbaycan, eyni zamanda, Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb, ərazilərimizin 20 faizi işğal edilib, bir milyondan artıq insan yaşayış yerlərindən qaçqın və köçkün düşüb, ölkə daxilində qeyri-sabitlik, böhran, ciddi sosial problemlər və digər çətinliklər yaranıb.
Şöbə müdiri deyib ki, belə ağır şəraitdə Azərbaycan xalqının tələbi ilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ictimai-siyasi sabitliyə nail olunub, ölkəmizin demokratik dəyərlərə və bazar iqtisadiyyatına əsaslanan hüquqi dövlətin qurulmasını təmin edən strateji inkişaf yolu seçilib.
“Bu gün Azərbaycan sürətli iqtisadi inkişaf, regional əhəmiyyətli enerji layihələri, sabitlik, əlverişli biznes mühiti, multikulturalizm və yüksək sosial rifah kimi anlayışları özündə ehtiva edən bir məkandır”, - deyən Fuad Ələsgərov bildirib ki, daha yüksək hədəflərə nail olmaq üçün ölkədə aparılan islahatlar, inkişaf proseslərinə mane olan mənfi halların tam aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Bu sırada korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır və ardıcıl tədbirlər həyata keçirilir.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin tam təkmilləşdirildiyini, işlək institusional mexanizmin yaradıldığını və onun səmərəliliyinin təmin edildiyini diqqətə çatdıran Prezident Administrasiyasının şöbə müdiri ölkəmizdə “Korrupsiyaya qarşı mübarizəyə dair” və “Açıq hökumətin təşviqinə dair” Milli Fəaliyyət planlarının qəbul olunduğunu bildirib. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşmış qurumlar bu sahədə dövlət siyasətinin formalaşması, cinayət təqibinin və preventiv tədbirlərin həyata keçirilməsi üzrə davamlı fəaliyyətdədirlər.
Fuad Ələsgərov deyib ki, yeni yaradılmış institusional təsisatlardan biri kimi korrupsiyanın qarşısının alınmasında səmərəli vasitə olan, Azərbaycan brendi hesab edilən “ASAN xidmət” modeli tətbiq edilib. Bu model müxtəlif dövlət orqanları tərəfindən təklif olunan xidmətlərin mərkəzləşdirilmiş qaydada, elektron vasitələrdən istifadə etməklə, şəffaf şəraitdə, minimum vaxt sərfi ilə əldə olunmasını təmin edir. Bu xidmət mərkəzlərində yaradılmış idarəçilik korrupsiya hallarını tam istisna edir, dövlət xidmətlərinin göstərilməsi ilə bağlı vətəndaş məmnunluğunu və dövlət qurumlarına etimadı artırır. “ASAN xidmət” beynəlxalq tərəfdaşlar tərəfindən çox səmərəli islahat hesab edilir və yaxşı təcrübə kimi digər ölkələrə tövsiyə olunur.
Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsi üzrə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri qurduğunu və bu fəaliyyətdə irəliləyişlər əldə etdiyini vurğulayan şöbə müdiri BMT, Avropa Şurası, OECD, “Transparency İnternational”, Beynəlxalq Antikorrupsiya Akademiyası və bu tədbirdə təmsil olunan digər beynəlxalq təşkilatlarla işbirliyini buna uğurlu nümunə kimi qiymətləndirib. Qeyd edilib ki, Azərbaycan Açıq Hökumət tərəfdaşlığı beynəlxalq təşkilatına və Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkələrdən biridir.
Fuad Ələsgərov bildirib ki, Azərbaycanda korrupsiya ilə səmərəli mübarizə üçün bütün imkanlar mövcuddur və bu proses uğurla davam etdirilir. Beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən sorğu və araşdırmalar bu nəticələri bir daha təsdiqləyir. “Transparency İnternational” təşkilatının hazırladığı 2013-cü il üçün Qlobal Korrupsiya Barometri Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olduğunu qeyd edir. Bu hesabata əsasən, Azərbaycanda respondentlərin 68 faizi hesab edir ki, korrupsiyaya qarşı dövlət tərəfindən həyata keçirilən mübarizə tədbirləri səmərəlidir. Bu, dünya ölkələri üzrə müəyyən edilmiş göstəricidən artıqdır.
Fuad Ələsgərov Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə korrupsiyaya qarşı mübarizə sahəsində möhkəm siyasi iradə nümayiş etdirəcəyinə və bu məsuliyyətli vəzifəni layiqincə yerinə yetirəcəyinə əminliyini bildirib.
Qısa fasilədən sonra konfrans işini IACA-nın dekanı və icraçı katibi Martin Kreutnerin moderatorluğu ilə “Antikorrupsiya qanunvericiliyinin tətbiqi: aktual məsələlər” mövzusunda birinci plenar iclasla davam etdirib.
Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) vitse-prezidenti Fikrət Məmmədov “Azərbaycanda antikorrupsiya qanunvericiliyinin tətbiqi və onun məhkəmə-hüquq sisteminin səmərəliliyinin artırılmasında rolu” mövzusunda məruzə ilə çıxış edib.
Nazir Azərbaycanda korrupsiya ilə mübarizənin əsasının Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü ildə imzaladığı xüsusi Fərmanla qoyulduğunu bildirib. Bu gün ölkəmizdə Prezident İlham Əliyevin qəti siyasi iradəsi ilə korrupsiyaya qarşı barışmaz mübarizə aparıldığını vurğulayan Fikrət Məmmədov bu istiqamətdə Azərbaycanın BMT və Avropa Şurasının bütün konvensiyalarına qoşulduğunu və irimiqyaslı qanunvericilik islahatı həyata keçirdiyini deyib.
Son on ildə Azərbaycanda əhatəli antikorrupsiya proqram və strategiyalarının qəbul olunaraq həyata keçirildiyini diqqətə çatdıran Fikrət Məmmədov informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın qəbul edilməsi və “Elektron hökumət” informasiya sistemi çərçivəsində əhaliyə 400-dək elektron xidmət göstərildiyini bildirib.
Nazir 2011-ci ildə inzibati ədliyyə institutunun və bölgələrdə inzibati ədliyyə məhkəmələrinin fəaliyyətə başlamasının mühüm antikorrupsiya tədbirinə çevrildiyini bildirib. Korrupsiya ilə mübarizənin ən təsirli vasitələrindən biri olan müstəqil və səmərəli məhkəmə sistemi sahəsində həyata keçirilən tədbirlərdən danışan Fikrət Məmmədov bu baxımdan Məhkəmə-Hüquq Şurasının yaradılmasının, hakimlərin seçilməsi və təyinatının şəffaf üsullarla aparılmasının əhəmiyyətini qeyd edib.
Korrupsiyanın qarşısının alınmasında müasir məhkəmə infrastrukturunun yaradılmasının önəmini vurğulayan ədliyyə naziri bu ilin əvvəlində Prezident İlham Əliyevin elektron məhkəmə informasiya sisteminin yaradılması haqqında Sərəncamının bu sahədə inqilabi təkamülün əsasını qoyduğunu deyib.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) antikorrupsiya şöbəsinin müdiri Patrik Moulette “İstanbul Antikorrupsiya Fəaliyyət Planı ölkələrində antikorrupsiya qanunvericiliyinin inkişafı” mövzusunda məruzə ilə çıxış edərək korrupsiyanın qarşısının alınmasında təmsil etdiyi qurumun bir sıra standartlar hazırladığını bildirib. Qeyd edilib ki, standartlar OECD-yə üzv olan 41 ölkədə monitorinqin nəticələrini əhatə edir. Üzv dövlətlər hüquqi mexanizmləri və standartları tətbiq etmək istiqamətində xeyli iş görüblər.
OECD-nin hesabatında ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin yüksək qiymətləndirildiyini diqqətə çatdıran P.Moulette deyib ki, Azərbaycan ilə bağlı 20 tövsiyə var. Çox şadam ki, Azərbaycan həmin tövsiyələrin reallaşması istiqamətində uğurla işləyir.
“Korrupsiya ilə əlaqədar cinayət hüququ (kriminallaşdırma): üçüncü dəyərləndirmə raundu zamanı təsbit edilən mühüm sahələr” mövzusunda çıxış edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ədliyyə Nazirliyinin beynəlxalq əlaqələr idarəsinin rəisi Roderik Makauley bəzi ölkələrin bir sıra tövsiyələri hələ də yerinə yetirmədiklərini vurğulayıb. O, bir sıra dövlətlərdə korrupsiyaya qarşı mübarizənin ciddi aparılmamasının həmin ölkələrdə bu bəlanın geniş yayılmasına imkan yaratdığını bildirib.
Ölkəsinin qiymətləndirmə raundu ilə bağlı məlumat verən R.Makauley Böyük Britaniyada əhalinin korrupsiyadan daha çox bürokratik süründürməçilikdən əziyyət çəkdiyini vurğulayıb, GRECO-nun üçüncü dəyərləndirmə raundu üzrə təcrübələrindən danışıb.
Xorvatiyanın ədliyyə naziri Orsat Milyeniç “Xorvatiyanın antikorrupsiya qanunvericiliyi: Avropa İttifaqına qoşulma təcrübəsi” mövzusunda məruzəsində korrupsiyanı dünya dövlətlərində iqtisadi inkişafı ləngidən, vətəndaşlar arasında etimadı zədələyən ciddi bəla kimi qiymətləndirib. O.Milyeniç beynəlxalq əməkdaşlığın genişləndirilməsi və vətəndaş cəmiyyətinin rolunun artırılması nəticəsində bu sahədə ciddi irəliləyişlərə nail olunduğunu diqqətə çatdırıb.
BMT-nin Narkotiklər və Cinayətkarlıqla mübarizə İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi xanım Olqa Zudova “BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının 3-cü fəslinin tətbiqi məsələləri və ən yaxşı təcrübələr” mövzusunda məruzə ilə çıxış edərək korrupsiyaya qarşı mübarizə, çirkli pulların yuyulması, qeyri-qanuni gəlirlərə qarşı mübarizə istiqamətində çətinliklərin aradan qaldırıldığını bildirib.
“İqtisadi inkişaf və korrupsiyaya qarşı mübarizə” mövzusunda məruzə ilə çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov son illərdə ölkəmizin sürətli inkişafı nəticəsində qazanılan nailiyyətlərdən danışıb. Azərbaycanda sahibkarlığın inkişafının və biznes mühitinin yaxşılaşdırılmasının dövlətimizin başçısının diqqət mərkəzində olduğunu vurğulayan nazir müavini “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 3 mart tarixli Fərmanın bu sahəyə verilən önəmin göstəricisi olduğunu deyib. İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 28 elektron xidmətin göstərildiyini diqqətə çatdıran natiq bu istiqamətdə sahibkarlar arasında geniş maarifləndirmə işlərinin aparıldığını vurğulayıb. O, 2013-cü ildən etibarən nazirliyin müxtəlif qurumları tərəfindən elektron xidmətlərlə bağlı 127 tədbirdə 10 minədək sahibkarın məlumatlandırıldığını bildirib.
Konfransın “Korrupsiyaya qarşı mübarizədə səmərəli qabaqlayıcı tədbirlər” mövzusunda ikinci plenar iclasına Avropa Şurasının Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəhbəri İvan Koedjikov moderatorluq edib.
İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlər: ASAN xidmət - Azərbaycan modeli” mövzusunda məruzə ilə çıxış edib.
Korrupsiyanın qarşısının alınmasında onu yaradan şəraitin aradan qaldırılmasının vacibliyini vurğulayan İ.Kərimov burada bürokratiya, süründürməçilik və s. halları qeyd edib. O, bu şəraitin öhdəsindən gələ bilən bir qurumun Azərbaycanda artıq mövcud olduğunu vurğulayıb. Bildirilib ki, Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış “ASAN xidmət” bu sahədə həyata keçirilən islahatların ayrılmaz bir hissəsidir. Müxtəlif dövlət xidmətlərinin vahid məkandan təmin olunduğu “ASAN xidmət”də hazırda on dövlət qurumu tərəfindən xidmətlər göstərilir.
İ.Kərimov dövlət xidmətlərinin vətəndaşlara birbaşa çatdırılmasının, göstərilən xidmətlərin açıqlığı və şəffaflığının, əhalinin rahatlığının, etik davranış qaydalarına yüksək səviyyədə əməl olunmasının, xidmətlərin çatdırılmasında novatorluğun və s. “ASAN xidmət”in əsas prinsipləri kimi qiymətləndirib.
Hazırda ölkəmizdə 6 səyyar “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən Dövlət Agentliyinin sədri ilin sonunadək bu xidmətlərin sayının 10-a çatdırılacağını bildirib. İ.Kərimov gündə orta hesabla iki min insanın “ASAN xidmət” mərkəzlərinin xidmətlərindən istifadə etdiyini bildirib. Qeyd edilib ki, yarandığı gündən indiyədək “ASAN xidmət”in imkanlarından 2 milyon insan istifadə edib.
Sonra “ASAN xidmət”in fəaliyyəti ilə bağlı film nümayiş etdirilib.
Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) kadr siyasəti üzrə müavini xanım Elizabet Taeubl “Korrupsiyaya qarşı mübarizədə maarifləndirmə: Ən yaxşı təcrübələr” mövzusundakı məruzəsində üç ildən artıqdır ki, fəaliyyət göstərən IACA-da 56 dövlətin birləşdiyini vurğulayıb. Qeyd edilib ki, Akademiyanın əsas məqsədlərindən biri korrupsiyaya qarşı mübarizədə qlobal və regional əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə tədris və maarifləndirmə işlərinin gücləndirilməsidir.
Sonra IACA-nın fəaliyyəti ilə bağlı film nümayiş olunub.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dövlət sektorunda dürüstlük şöbəsinin rəhbəri Yanoş Bertok “Dürüstlük mədəniyyətinin qurulmasında yeni yanaşmalar” mövzusunda çıxış edərək korrupsiyanın dövlət qurumlarına olan inam və etibara mənfi təsirindən danışıb. Bildirilib ki, etibar və inamın, müvafiq mühitin yaradılması ardıcıl intensiv tədbirlərin həyata keçirilməsini tələb edir.
Fransanın Korrupsiyanın qarşısının alınması üzrə Mərkəzi Xidmətinin rəhbəri, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) icraiyyə komitəsinin üzvü Fransua Badie “Preventiv tədbirlər korrupsiyaya qarşı qlobal mübarizə siyasətində mühüm vasitə kimi” mövzusunda məruzəsində korrupsiya ilə mübarizənin aparılmasında kifayət qədər güclü hüquqi bazanın olduğunu bildirib.
F.Badie deyib ki, korrupsiyaya qarşı mübarizənin aparılması ilə məşğul olan komissiyalar dövlət dəstəyini gördükdə bu mübarizə daha səmərəli hal almağa başlayır. O, Bakı konfransının korrupsiyaya qarşı mübarizənin daha səmərəli aparılmasına töhfə verəcəyinə əminliyini bildirib.
Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi, GRECO təşkilatında Azərbaycan nümayəndə heyətinin rəhbəri Vüsal Hüseynov “Korrupsiyanın qarşısının alınması üzrə fəaliyyət: Azərbaycan təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib.
Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə dair qanunun 2004-cü ildə qəbul olunduğunu bildirən V.Hüseynov ölkəmizin bu sahədə müsbət nəticələr əldə etdiyini vurğulayıb. Azərbaycanda korrupsiyaya qarşı mübarizənin üç mərhələdə aparıldığını bildirən Komissiyanın katibi deyib ki, 2004-2006-cı illəri əhatə edən birinci dövrdə qanunvericilik bazası təkmilləşdirilib, korrupsiyaya qarşı ixtisaslaşmış qurumlar yaradılıb. 2007-2011-ci illəri əhatə edən ikinci mərhələdə isə şəffaflığın artırılması və korrupsiyanın qarşısının alınması istiqamətində tədbirlərin görülməsinə başlanıb. Azərbaycan Prezidentinin şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəyə dair Milli Strategiyanı təsdiq etməsi bu dövrün ən əlamətdar hadisələrindən olub. Üçüncü mərhələnin elektron xidmətlərin tətbiqi olduğunu vurğulayan V.Hüseynov Prezident İlham Əliyevin bu il Açıq Hökumətin yaradılmasını nəzərdə tutan daha bir sənədi imzaladığını diqqətə çatdırıb. Bildirilib ki, “İctimai iştirakçılıq haqqında” Qanunun qəbul edilməsi ilə bu sahədə qanunvericilik bazası daha da təkmilləşdirilib, institusional təşkilatlanma işi başa çatdırılıb.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın müxtəlif qurumların fəaliyyətini və səylərini əlaqələndirdiyini vurğulayan V.Hüseynov bu sahədə vətəndaş cəmiyyəti ilə tərəfdaşlığın mühüm rol oynadığını qeyd edib, məlumat və əməkdaşlıq şəbəkəsinin yaradıldığını bildirib.
Malayziya Antikorrupsiya Komissiyasının planlaşdırma siyasəti və tədqiqat şöbəsinin direktoru Əhməd Xusairi Bin Yahaya “Dövlət qurumlarında korrupsiyanın qarşısının alınması” mövzusunda məruzəsində ölkəsində korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərdən danışıb. O, bu bəlanın aradan qaldırılmasında məmurların dürüstlüyünə nəzarət, dürüstlüyün təmin olunması və bütün aidiyyəti qurumların iştirakı ilə korrupsiyaya qarşı mübarizənin təşkili və s. amillərin rolunu yüksək qiymətləndirib.
Sonra plenar iclaslarda müzakirə olunan mövzular və səsləndirilən çıxışlar ətrafında fikir mübadiləsi aparılıb.
“Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda beynəlxalq konfrans işini iyulun 1-də davam etdirəcək.
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

