Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-NATO tərəfdaşlığının inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan-NATO tərəfdaşlığının inkişaf perspektivləri müzakirə edilib

09.07.2014 [10:45]

İyulun 8-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a daxil olan məlumata görə, Elmar Məmmədyarov Azərbaycanın NATO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib, ölkəmizin Alyansın Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və Planlaşdırma və Analiz Prosesi kimi tərəfdaşlıq mexanizmlərində fəal iştirak etdiyini söyləyib. Nazir əlavə edib ki, NATO ilə əməkdaşlıq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin islahatı prosesinə və orduda müasir standartların tətbiqinə töhfəsini verib.
Ceyms Appaturay fəal tərəfdaş dövlət kimi Azərbaycanın NATO-nun Əfqanıstanda keçirilən əməliyyatına və beynəlxalq təhlükəsizliyə töhfəsinin Alyans tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə NATO arasında tərəfdaşlığın inkişaf perspektivləri və NATO-nun qarşıdan gələn Uels Zirvə toplantısının gündəliyində duran aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 751 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31