Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir
26.07.2014 [10:45]
Tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradıla bilməz!
Sirr deyil ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın xarici siyasəti sırf milli maraqlara əsaslanır. Bu, ölkəmizin güc və nüfuzunun mütəmadi olaraq artmasına, beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Xarici siyasət kursunun ən mühüm hədəfi isə Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsidir. Rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır. Buna baxmayaraq, işğalçı Ermənistan davamlı surətdə etdiyi müxtəlif xarakterli manevrlərlə danışıqlar prosesini uzatmağa və ya pozmağa cəhd göstərir.
Dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi fəallıq nümayiş etdirməlidir
Bununla yanaşı, qeyd etmək yerinə düşər ki, Azərbaycanın prinsipial mövqeyinə və aktiv - hücum diplomatiyasına baxmayaraq, edilən bütün cəhdlər münaqişənin həlli istiqamətində yekun nəticənin əldə edilməsi - ölkənin ərazi bütövlüyünün bərpa olunması üçün kifayət etmir. Məhz buna görə də, münaqişənin həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu, o cümlədən dünya ictimaiyyəti və müvafiq beynəlxalq strukturlar bu istiqamətdə qəti addımlar atmalı, problemin həlli istiqamətində fəallıq nümayiş etdirməlidirlər. Eyni zamanda, Ermənistana qarşı xüsusi təzyiq mexanizmi və vasitələrindən istifadə edilməlidir. Bu danışıqlar prosesində pozitiv dinamikanın yaranmasına səbəb ola bilər.
Müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətində kifayət qədər diplomatik resurslara malik olan aparıcı beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupunun, həmçinin, bu qurumlarda təmsil olunan güc mərkəzlərinin (aparıcı milli dövlətlər nəzərdə tutulur) münaqişənin həlli ilə bağlı imperativ və operativ tədbirlər görmələri üçün müvafiq hüquqi zəmin mövcuddur. Bu kontekstdə beynəlxalq hüquq normaları, ATƏT-in Helsinki Yekun Aktı, BMT-nin Azərbaycan torpaqlarının boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnamə və s. xüsusi qeyd edilməlidir.
Yeri gəlmişkən, Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsindəki çıxışı zamanı bu məsələyə toxunan Prezident İlham Əliyev qeyd edib ki, əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə birbaşa məşğul olan vasitəçilər tərəfindən Ermənistana heç bir ciddi siqnal verilməmişdir: “Bizdə belə fikir yaranır ki, məsələ ilə məşğul olan vasitəçilər bu vəziyyəti daha çox bu şəkildə saxlamaqda maraqlıdırlar. Onların əsas marağı ondan ibarətdir ki, bölgədə sabitlik pozulmasın, müharibə olmasın. Biz də sülh istəyirik. Ancaq həm də torpaqlarımızı, haqq-ədalətin bərpasını, beynəlxalq hüququn təntənəsini istəyirik”.
Onu da qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə, eləcə də Ermənistanın qeyri-konstruktiv mövqeyinə dünya ictimaiyyəti tərəfindən laqeyd münasibətdən aydın görünür ki, hazırkı şəraitdə transmilli maraqlar beynəlxalq hüquq normalarından üstün tutulur. Bu isə özünü, ilk növbədə, ikili standartlar vasitəsilə nümayiş etdirir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Son illər beynəlxalq arenada müşahidə olunan mənzərə onu göstərir ki, beynəlxalq hüquq işləmir. “Kim güclüdür, o da haqlıdır” prinsipi, əfsuslar olsun ki, beynəlxalq əlaqələrin konstruksiyasına böyük zərbə vurmuşdur”.
Azərbaycan öz qətiyyətli mövqeyi və prinsipial siyasəti ilə diplomatik cəbhədə davamlı uğurlar əldə edib
Bütün bunlarla yanaşı, Ermənistanın qeyri-konstruktiv mövqeyini və bir sıra aparıcı dövlətlərin münaqişəyə ikili yanaşmasını sürdürdüyü bir vaxtda Azərbaycan istər diplomatik, istərsə də iqtisadi vasitələrlə işğalçı ölkəyə qarşı təzyiq siyasətini davam etdirir. Ümumiyyətlə, Azərbaycan həqiqətlərinin, xüsusilə də, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərin uğurlu nəticəsi, Ermənistanın regiondakı bütün layihələrdən kənarda qalması, bu ölkə daxilindəki sosial və iqtisadi böhranların dərinləşməsi Azərbaycanın işğalçını bütün sferalarda təcrid etmək siyasətinin nailiyyətləri kimi səciyyələndirilə bilər. Bundan başqa, informasiya müharibəsində də əhəmiyyətli nailiyyətlər əldə edilib.
O da qeyd edilməlidir ki, Azərbaycan öz qətiyyətli mövqeyi və prinsipial siyasəti ilə diplomatik cəbhədə davamlı uğurlar əldə edib. Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatların bir sıra sessiyalarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib. Münaqişəsinin həlli istiqamətində vasitəçilik missiyasını həyata keçirən subyektlərin fəallığının artması da məhz bu amillə bağlıdır. Prezident İlham Əliyev qeyd edib ki, son vaxtlar vasitəçilərin fəaliyyətində müşahidə edilən fəallıq bizim artan iqtisadi və hərbi gücümüzlə əlaqəli olan məsələdir: “Çünki onlar da Ermənistan kimi çox yaxşı dərk edirlər ki, istənilən vaxtda biz hərbi gücümüzdən istifadə edərək Qarabağ məsələsini birdəfəlik həll edə bilərik. Bu gün güc amili, bir daha demək istəyirəm ki, həlledici rol oynayır. Biz daha da güclü olmalıyıq, oluruq. İqtisadi, siyasi və hərbi potensialımız kifayət qədər güclüdür və danışıqlarda bu amil müsbət rolunu oynayacaqdır”.
Ümumiyyətlə, sirr deyil ki, milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Amma qeyd etdiyimiz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli məsələsində beynəlxalq təşkilatlar laqeydlik nümayiş etdirir, hüquq və ədalətdən kənar yanaşmaya istinad edirlər. Hətta bir sıra regionlarda baş verən separatizmi qınaq obyektinə çevirsələr də, qondarma “Dağlıq Qarabağ respublikası”nın bölücülük əməllərinə, qeyri-qanuni fəaliyyətinə qarşı heç bir reaksiya verilmir. Bu isə Azərbaycana qarşı tətbiq edilən ikili standartların əyani nümunəsidir.
Belə olan halda, Ermənistan münaqişənin həlli müddətini uzatmağa və danışıqlar prosesini pozmağa çalışır. Başqa sözlə, ikili standartlar Ermənistanı neqativ kontekstdə ruhlandırır. Bunun nəticəsidir ki, işğalçı Ermənistan ərazi iddialarını davam etdirir, hətta daha da irəli gedərək ərazi bütövlüyü prinsipini heçə saymaqla subyektiv olaraq xalqların öz müqəddəratını təyin etməsi məsələsini önə çəkir. Bu isə tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması ideyasına xidmət edir. Çünki ermənilər öz müqəddəratını təyin edərək Ermənistan dövləti yaradıblar. Sözügedən müşavirədəki çıxışında bu məqama toxunan Prezident İlham Əliyev qeyd etmişdir: “Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması qətiyyən mümkün deyildir. Azərbaycan dövləti buna heç vaxt imkan verməyəcək və heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikasını” müstəqil qurum kimi tanımayacaqdır. Orada keçirilən qanunsuz referendumlar dünya birliyi tərəfindən tanınmayıb və tanınmayacaqdır”.
Digər tərəfdən, ermənilərin “qara piar” kampaniyası və təxribatçı iddialarına baxmayaraq, məhz bu gün Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağın Azərbaycana məxsus olması tarixi-hüquqi mənbələrdə, eləcə də müvafiq beynəlxalq sənədlərdə öz əksini tapmışdır. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Tarixi və hüquqi nöqteyi-nəzərdən Qarabağ həmişə Azərbaycan torpağı olmuşdur... Diplomatların fəaliyyəti, ilk növbədə, bu istiqamətə yönəlməlidir. Çünki hələ ki, geniş dünya ictimaiyyəti Qarabağla bağlı həqiqətləri bilmir”.
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi zəmin mövcuddur
Əlbəttə, diplomatik vasitələrin səmərə vermədiyi son məqamda beynəlxalq hüquq normalarında təsbit edildiyi kimi, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün hərbi metoda əl atacaq. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur. Ölkə başçısının qeyd etdiyi kimi, bizim mövqeyimizi möhkəmləndirən kifayət qədər çox amillər var: tarixi, hüquqi və siyasi: “...Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, erməni silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Digər beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul etmişlər. Bu, artıq çox möhkəm hüquqi zəmindir”.
Qeyd etmək lazımdır ki, ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını tezliklə işğaldan azad edəcəyinə dair optimist qənaət yaradır. Ümumiyyətlə, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyin möhkəmləndirilməsi, ilk növbədə, milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır. Müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması müadfiə qabiliyyəti və milli təhlükəsizlik baxımından böyük önəm kəsb edir.
Nəticə etibarilə, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına əsasən mütləq surətdə həll edilməlidir. Ermənistan Azərbaycan torpaqlarını boşaltmalı, soydaşlarımız öz yurd-yuvalarına qayıtmalıdırlar. Məhz beynəlxalq hüquq normaları bunu zəruri edir. Hazırkı mərhələdə əsas məqam Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir. Prezident İlham Əliyevin dediyi kimi: “Erməni xalqı Azərbaycan dövləti çərçivəsində yüksək muxtariyyət statusuna malik olan şəraitdə yaşaya bilər. Biz bunu təklif etmişik və bu yanaşma dünyada və Avropada ən müsbət təcrübəyə əsaslanır”.
N.QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxAnalitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51

