“Belə hesabatlara etibar etmək olmaz”
01.08.2014 [09:50]
“Azərbaycanda dini problemlər mövcud deyil. ABŞ Dövlət Departamentinin hesabatları yoxlanılmamış faktlara söykənir. Onlar bu hesabatı Azərbaycan Respublikasında vətəndaşların dini hüquqları ilə bağlı vəziyyəti təhrif etmək məqsədi ilə hazırlayırlar”.
Bu sözləri “Vestikavkaza” xəbər portalına açıqlamasında Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O, ABŞ Dövlət Departamentinin Azərbaycanda dini vəziyyət haqqında hazırladığı hesabatı şərh edərkən bildirib ki, bu, qeyri-obyektivdir. Komitə sədrinin sözlərinə görə, ABŞ dövlət katibi Con Kerrinin Azərbaycanda dini təhsillə bağlı fikirləri həqiqətdən uzaqdır.
Mübariz Qurbanlı Azərbaycanın tolerant ölkə olmasına da diqqət çəkib: “Azərbaycanda bütün dinlərin nümayəndələrinin hüquqlarına riayət edilir. Azərbaycanın tolerantlığı dünya üçün nümunədir. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır, amma müxtəlif dinlərin nümayəndələri tez-tez görüşüb vacib məsələləri müzakirə edirlər”.
Komitə rəhbəri Con Kerrinin hesabatının keçənilki olduğunu da vurğulayıb. Mübariz Qurbanlı deyib ki, belə hesabatlara etibar etmək olmaz.
“Bu cür hesabatlar adətən, qəzet, jurnal məlumatları əsasında hazırlanır. Bu məlumatlar tamamilə yanlışdır. Bu cür məruzələr diqqətlə yoxlanılmalıdır. Dünya artıq belə hesabatlara öyrəşib. Azərbaycan, Çin, Rusiya Xarici İşlər nazirlikləri ABŞ-da dini icmaların hüquqları ilə bağlı tədqiqat apara bilərlər. Biz də ABŞ qəzet və jurnallarından dini problemlərlə bağlı asanlıqla məlumatlar əldə edə bilərik. Bütövlükdə Qərb ölkələrində onlarla dini cərəyana qadağalarla bağlı nümunələr göstərmək olar. Həmin icmalara öz fəaliyyətlərini azad həyata keçirmək üçün imkanlar verilmir”.
Məscidlərlə bağlı ABŞ xarici siyasət idarəsinin yazdıqlarına gəlincə, Mübariz Qurbanlı bunun da mötəbər olmayan mənbələrdən əldə edildiyini bildirib.
“Azərbaycanda Sovet vaxtı cəmi 17 məscid var idi. İndi isə məscidlərin sayı 2 minə yaxındır. Son bir neçə ildə 200-dən çox məscid təmir edilib və ya tikilib. Əgər hakimiyyət dini icmalara mane olsaydı, onda bu qədər məscid olmazdı”, - deyə Mübariz Qurbanlı söyləyib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

