/ / “Fərqlilikləri birləşdirən dəyər-Azərbaycan: müasir çağırışlar və tolerantlıq” mövzusunda seminar-təlimlər davam edir
“Fərqlilikləri birləşdirən dəyər-Azərbaycan: müasir çağırışlar və tolerantlıq” mövzusunda seminar-təlimlər davam edir
23.08.2014 [09:57]
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Milli Tolerantlıq Mərkəzi layihəsi çərçivəsində ölkə üzrə silsilə seminar-təlimləri davam etdirir.
Komitədən AzərTAc-a bildirilib ki, “Fərqlilikləri birləşdirən dəyər-Azərbaycan: müasir çağırışlar və tolerantlıq” mövzusunda seminar-təlimlər Azərbaycanın tolerantlıq və dözümlülük ənənələrinin tərənnümü, dini dözümsüzlüyə və radikallığa qarşı maarifləndirmə işlərinin aparılması məqsədi ilə həyata keçirilir.
Növbəti seminar-təlim avqustun 22-də Oğuz şəhərində Oğuz, Şəki, Qəbələ rayonlarındakı dini icma rəhbərlərinin və fəallarının iştirakı ilə keçirilib. Tədbirdə DQİDK, İƏT Gənclər Forumu, Milli Tolerantlıq Mərkəzi, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və rayon ziyalıları iştirak ediblər.
Əvvəlcə “Azərbaycan-tolerantlıq məkanı” mövzusunda videoçarx nümayiş olunub.
İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov tədbirdə çıxış edərək bildirib ki, bu gün bir sıra ölkələrdə dinlərarası, məzhəblərarası münasibətlərdə gərginlik artsa da, Azərbaycanın tarixi ənənələri dinlərin, məzhəblərin dinc, yanaşı yaşamasına imkan verir. Lakin dünyaya örnək ola biləcək bu modeli sarsıtmaq üçün müxtəlif qüvvələr ölkəmizdə, xüsusən məzhəblər arasında gərginlik yaratmağa cəhdlər edirlər. Tarixən Azərbaycanda mövcud olmayan, müstəqilliyin ilk illərdə ölkəmizə sızmış bir sıra cərəyanlar dini zəmində təfriqə yaratmağa cəhdlər göstərirlər. Lakin istər dövlət səviyyəsində, istərsə də yerli dini icmalar tərəfindən bunun qarşısı alınır. Düzgün dini maarifləndirmə işlərinin aparılması mühüm əhəmiyyət kəsb edir ki, insanlar bu cür zərərli cərəyanların təsirinə düşməsinlər.
DQİDK-nın dini qurumlarla iş şöbəsinin müdiri Niyaz Yaqublu bildirib ki, bu gün dövlət dini icmalar üçün hər cür şərait yaradır. Ancaq bu, o demək deyil ki, bundan istifadə edən qüvvələrə göz yumulacaq. Tolerantlıq ənənələrini pozmağa cəhd edənlərə qarşı birlikdə mübarizə aparılacaq. Bu işdə dini icmalar dövlətlə birgə çalışmalıdır.
Milli Tolerantlıq Mərkəzinin direktoru Elmin Əliyev qeyd edib ki, silsilə təlimlər avqust-sentyabr ayları ərzində davam etdiriləcək. O əlavə edib ki, bu seminar-təlimlərin komitə ilə birgə keçirilməsi dövlətin bu sahəyə olan diqqətinin göstəricisidir.
Ayrı-ayrı panellərdə davam edən seminar-təlimlərdə ilahiyyatçı ekspertlərin məruzələri dinlənilib. Məruzələr milli mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumlarının dini təməlləri istiqamətlərini əhatə edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

