/ / AzərTAc-ın xüsusi müxbiri ABŞ-ın “Eurasia Hoy” qəzetində dərc olunmuş məqaləsində Ermənistanın işğalçılıq siyasətindən yazıb
AzərTAc-ın xüsusi müxbiri ABŞ-ın “Eurasia Hoy” qəzetində dərc olunmuş məqaləsində Ermənistanın işğalçılıq siyasətindən yazıb
02.09.2014 [09:03]
ABŞ-ın ispandilli “Eurasia Hoy” qəzetində AzərTAc-ın Vaşinqtondakı xüsusi müxbiri Yusif Babanlının “Füzuli, Cəbrayıl və Qubadlı - müharibənin acı tarixi” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonunu işğal etməsindən və 1992-ci ilin fevralında törədilmiş Xocalı qətliamı da daxil olmaqla dinc azərbaycanlı əhaliyə divan tutmasından bəhs edilir.
Müəllif yazır ki, ermənilər Dağlıq Qarabağ regionu ilə yanaşı, 1993-cü il iyulun sonunadək Azərbaycanın Kəlbəcər və Ağdam rayonlarını da işğal ediblər və bu ərazilərdə etnik təmizləmə aparıblar. Bu rayonların işğalından sonra BMT Təhlükəsizlik Şurası tərəfindən 822 və 853 saylı qətnamələrin qəbul olunmasına baxmayaraq, Ermənistan ordusu hücumlarını davam etdirərək 1993-cü il avqustun 23-də Füzuli və Cəbrayıl rayonlarını, avqustun 31-də isə Qubadlı rayonunu işğal edib.
Yazıda qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası Füzulinin işğalından dörd gün əvvəl Ermənistanı bu rayona hücumları dayandırmağa çağırıb, lakin işğalçı ölkənin rəhbərliyi həmişə olduğu kimi, beynəlxalq birliyin müraciətinə məhəl qoymayıb.
Məqalədə “Human Rights Watch” təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə hesabatına istinad edilərək bildirilir ki, adları çəkilən rayonların işğalı günlərində mülki əhali ermənilər tərəfindən aramsız artilleriya atəşinə tutulub. Sakinlər işğal edilmiş rayonları Araz çayı boyunca yeganə ensiz torpaq sahəsindən keçməklə tərk ediblər. Bu, sübut edir ki, Ermənistan ordusunun məqsədi yalnız ərazilərin işğal edilməsi deyil, həm də azərbaycanlı əhaliyə divan tutmaq olub. Müəllif vurğulayır ki, yüzlərlə qaçqın artilleriya atəşindən daldalanmaq üçün Araz çayını üzüb keçməklə İran ərazilərinə getmək qərarına gəlib. Onların çoxu isə suda boğulub.
Müəllif diqqətə çatdırır ki, 1993-cü il oktyabrın 14-də BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı ordusunun hərəkətlərini pisləyən, qoşunların dərhal çıxarılmasına və məcburi köçkünlərin geri qayıtması üçün şərait yaradılmasına çağıran 874 nömrəli qətnamə qəbul edib. Ermənistan bu tələbə də etinasızlıq göstərib və oktyabrın 29-da Zəngilan rayonunu işğal edib. Noyabrın 12-də isə BMT Təhlükəsizlik Şurası 884 saylı qətnaməni qəbul edib. Lakin rəsmi Yerevan bu sənədə də məhəl qoymayıb. 1993-cü il dekabrın 22-də Azərbaycan ordusu əks-hücuma başlayıb və bunun nəticəsində Horadiz qəsəbəsi, Füzuli rayonunun 22 kəndi, Ağdamın və Ağdərənin bəzi strateji yüksəklikləri ermənilərdən azad edilib.
Sonda müəllif Azərbaycanın işğal altındakı ərazilərinin tezliklə azad olunacağına və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini ifadə edir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

