Gənclər Fondu 6-cı qrant müsabiqəsi elan edib
04.09.2014 [09:37]
Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclasın gündəliyinə 6-cı qrant müsabiqəsinin elan olunması, layihələrin icrasının yekunu ilə bağlı resipiyentlərdən tələb olunan sənəd və materialların siyahısının təsdiq edilməsi, Fondun fəaliyyətini tənzimləyən bəzi sənədlərdə dəyişikliklərin olunması və digər məsələlər daxil idi.
Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov son iki ildə keçirilmiş 5 müsabiqə çərçivəsində 1457 layihənin dəstəkləndiyini, onların reallaşdırılması üçün Fond tərəfindən 8,9 milyon manatdan artıq vəsaitin ayrıldığını bildirib. Qeyd edilib ki, yeni qrant müsabiqəsinin əsas məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdən ibarətdir.
Müsabiqə şərtlərini müzakirə edən Şura üzvləri “A” kateqoriyası (yerli layihələr) üzrə 8, “B” kateqoriyası (beynəlxalq layihələr) üzrə 3, “C” kateqoriyası (fiziki şəxslərin layihələri) üzrə 7 istiqamət müəyyənləşdiriblər. Altıncı qrant müsabiqəsinin sentyabrın 5-dən oktyabr ayının 20-dək keçirilməsi qərara alınıb.
Fondun icraçı direktoru Fərhad Hacıyev əvvəlki müsabiqə çərçivəsində maliyyələşdirilmiş layihələrin icra vəziyyəti barədə məlumat verib, bir sıra rəqəm və göstəriciləri Müşahidə Şurasının diqqətinə çatdırıb. Şura üzvləri bütün layihələrin monitorinqinin davam etdirilməsinin zəruriliyini vurğulayıb, monitorinq prosesinin səmərəliliyinin artırılmasına yönəlmiş təkliflər irəli sürüblər.
İclasda Gənclər Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin icrasının yekunu ilə bağlı resipiyentdən tələb olunan sənəd və materialların siyahısının təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb. Müşahidə Şurasının ötən iclasının qərarı ilə yaradılmış komissiya hazırladığı sənəd layihəsi barədə məlumat verib, məsələyə dair müvafiq dövlət orqanları ilə məsləhətləşmələrin aparıldığını diqqətə çatdırıb. Səsləndirilən təkliflər nəzərə alınmaqla, siyahı Şura tərəfindən təsdiq olunub.
Daha sonra “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qrant müsabiqələrinin keçirilməsi Qaydaları”nda və “Maliyyə dəstəyinin göstərilməsi haqqında Müqavilə”də müəyyən dəyişikliklər edilib. Dəyişikliklərə əsasən müsabiqə zamanı “C” kateqoriyası (fiziki şəxslərin layihələri) üzrə müraciət edənlərin aşağı yaş həddinin 16 yaş müəyyən edilməsi, layihəsinin icrası başa çatmış, lakin yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyən edilmiş son tarixdən ötən 15 gün müddətində təsviri və maliyyə hesabatını Fonda təqdim etməmiş resipiyentlərin müraciətlərinə baxılmaması, müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin icra müddətinin 3 aydan az, 12 aydan çox olmaması, maliyyə dəstəyinin göstərilməsi haqqında müqaviləni Müşahidə Şurası tərəfindən müəyyən olunmuş müddətdə imzalamamış resipiyentlərin layihələrinə xitam verilməsi və s. nəzərdə tutulub.
Müşahidə Şurası işini cari məsələlərin müzakirəsi ilə davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

