Bakıda “Şərq tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçirilib
10.09.2014 [09:56]
Bakıda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin 4-cü qeyri-rəsmi görüşü keçirilib.
AzərTAc xəbər verir ki, görüşün əsas məqsədi “Şərq tərəfdaşlığı” çərçivəsində əməkdaşlığın genişləndirilməsi və 2013-cü ilin noyabr ayında keçirilmiş “Şərq tərəfdaşlığı” ölkələrinin Vilnüs sammitindən sonra əldə olunmuş nailiyyətlər və əməkdaşlığın perspektivlərinə dair müzakirələrin aparılması olub.
Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Moldova Baş nazirinin müavini, xarici işlər və Avropa inteqrasiyası naziri xanım Natalia Qerman, Gürcüstanın xarici işlər naziri Maya Pandcikidze, Belarusun xarici işlər nazirinin müavini Yelena Kupçina, Ukrayna xarici işlər nazirinin müavini Yelena Zerkal, Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Helqa Şmid iştirak ediblər.
Tədbiri açan nazir Elmar Məmmədyarov deyib ki, bu görüş “Şərq tərəfdaşlığı” Proqramının iştirakçısı olan ölkələr arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli fikir mübadiləsinin aparılmasına imkan yaradacaq.
Ştefan Füle və Helqa Şmid görüşdə müzakirə ediləcək məsələlərin uğurlu nəticələri olacağına əminliklərini bildiriblər.
Tədbirdən sonra birgə mətbuat konfransı keçirilib.
Elmar Məmmədyarov görüşün səmərəli keçdiyini, maraqlı müzakirələrin aparıldığını söyləyib. O, gələn il Latviyanın paytaxtı Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinə hazırlıqla bağlı məsələnin də diqqət mərkəzində olduğunu bildirib. Nazir görüşdə münaqişələrdən əziyyət çəkən ölkələrin nümayəndələrinin fikirlərinin xüsusi önəm kəsb etdiyini vurğulayıb, bu məsələdə Avropa İttifaqının mövqeyinin çox maraqlı olduğunu diqqətə çatdırıb. “Bütün nümayəndə heyətləri qeyd etdilər ki, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, dövlətlərin suverenliyinə hörmət sabitliyin əsas şərtlərindən biridir. Beynəlxalq miqyasda tanınan ərazilər heç vaxt zor gücünə dəyişdirilə bilməz”, - deyə E.Məmmədyarov əlavə edib.
Nazir görüşdə üzv ölkələrdə demokratik islahatlar məsələsinə də toxunulduğunu, energetika sahəsində əməkdaşlığın vacibliyinin vurğulandığını qeyd edib.
Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle görüşdə son dövrlərdə baş verən siyasi proseslərə nəzər salındığını, əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparıldığını diqqətə çatdırıb. O, qeyd edib ki, Avropa İttifaqı “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində üzv ölkələrin hər biri ilə əməkdaşlıq etməyə hazırdır. Bu ölkələrin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi bizim üçün çox önəmlidir.
Ş.Füle Azərbaycanın Avropa İttifaqının vacib tərəfdaşı olduğunu bildirib. Komissar hazırda Azərbaycanın Avropa Şurası kimi nüfuzlu bir təşkilata sədrlik etdiyini xatırladıb və bunun önəmini qeyd edib.
Avropa Xarici Fəaliyyət Xidməti baş katibinin müavini Helqa Şmid görüşdə təhlükəsizlik və xarici siyasətlə bağlı bir sıra önəmli məsələlər barədə fikir mübadiləsinin aparıldığını söyləyib. O, iştirakçı ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin diqqət mərkəzində olduğunu bildirib. H.Şmid görüşdə müzakirə olunan məsələlərin səmərəli nəticələr verəcəyinə inandığını vurğulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39

