/ / Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Sosial siyasət komitələrinin birgə iclası keçirilib
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Sosial siyasət komitələrinin birgə iclası keçirilib
17.09.2014 [09:21]
Sentyabrın 16-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Sosial siyasət komitələrinin birgə iclası keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Milli Məclisin 2014-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə komitələrdə görülən işlər barədə məlumat veriblər. Bildiriblər ki, ötən sessiyada komitələr işini uğurla başa vurub, bir sıra vacib qanun layihələri müzakirə edilib.
Sonra iclasın gündəliyi haqqında məlumat verilib.
Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, məcəlləyə vaxtaşırı dəyişikliklər edilir. Bu isə cəmiyyətin inkişafı, sosial reallıqlarla və digər amillərlə bağlıdır.
O deyib ki, qanunvericilikdə nikaha girən insanların bir-birinin sağlamlığı haqqında məlumatlı olması məsələsi qeyd edilib. Ancaq zaman göstərdi ki, bu, məsələlərin həllinə kömək etmir və qanunda yenidən dəyişikliklər edilməlidir. Belə ki, qanunun 13-cü maddəsində edilən dəyişikliyə görə nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçməlidirlər. Həmin şəxslərə onların tibbi müayinələrinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiqləyən arayış verilir. Arayış nikaha girmək istəyən şəxslərin müvafiq icra orqanlarına nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə edilir. Həmin şəxslərə tibbi müayinə, həmçinin tibbi genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və ya bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçiriləcək.
Daha sonra “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilib.
“Polis haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilərkən məlumat verilib ki, dəyişikliyə əsasən qanunun 1-ci maddəsinin 7-ci abzasında “əl-qolu bağlama” sözlərindən sonra “və elektroşok” sözləri əlavə edilir. Qanun layihəsinə əsasən elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
İclasda “Siyasi partiyalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirə olunub. Dəyişikliyə əsasən, siyasi partiyaların üzvlük haqqı onların nizamnamələrində aydın şəkildə göstərilməlidir. Bununla yanaşı, siyasi partiyalara verilən ianələrin yuxarı həddi də müəyyən edilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

