/ / Bahar Muradova: Avropa Parlamentinin bir qrup üzvü hüquqi məsələləri siyasiləşdirərək Azərbaycana təzyiq göstərməyə çalışır
Bahar Muradova: Avropa Parlamentinin bir qrup üzvü hüquqi məsələləri siyasiləşdirərək Azərbaycana təzyiq göstərməyə çalışır
19.09.2014 [09:52]
“Avropa Parlamentində Azərbaycanla bağlı heç bir fakta söykənməyən, ölkə reallıqlarını əks etdirməyən məsələlərin müzakirəyə çıxarılması və əsassız - qərəzli qətnamənin qəbul edilməsi dərin təəssüf hissi yaradır. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə və layihələrə ev sahibliyi etdiyi, strateji əhəmiyyətli mühüm layihələri gerçəkləşdirdiyi ərəfələrdə zaman-zaman ölkəmizə qarşı bu cür qərəzli kampaniyaların şahidi olmuşuq. Bu, özlüyündə təqdir olunmur, çünki Azərbaycan hazırda regional və beynəlxalq əməkdaşlığa, təhlükəsizliyə əhəmiyyətli töhfələr verən siyasət həyata keçirir, beynəlxalq miqyasda etibarlı tərəfdaş və demokratik ölkə kimi tanınır”. Bu sözləri Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Bahar Muradova deyib.
Onun sözlərinə görə, Avropa Parlamentinin bir qrup üzvü hüquqi məsələləri siyasiləşdirərək ayrı-ayrı ölkələrə, o cümlədən, Azərbaycana təzyiq göstərməyə çalışır: “Qətnamənin formatına, orada əks olunan məsələlərə, ifadə olunan nəticəyə və digər məqamlara nəzər saldıqda görünür ki, bu sənəd anti-Azərbaycan dairələrin sifarişi əsasında hazırlanıb. Ona görə də Azərbaycandakı vəziyyəti əks etdirməyən bu qətnamə tamamilə qərəzli və qeyri-obyektivdir”.
Bahar Muradova əlavə edib ki, sənəddə Azərbaycanın ictimai-siyasi həyatına dair gerçəklikləri əks etdirməyən qeyri-obyektiv məlumatların yer alması demokratik dəyərlərin heçə sayılmasıdır. “Eyni zamanda, qətnamədə Azərbaycanla bağlı, o cümlədən, ölkəmizin Avropanın müvafiq qurumları ilə əməkdaşlığı çərçivəsində mövcud olan heç bir pozitiv məqamın əks olunmaması onun birtərəfli olduğunu göstərir”, - deyə B. Muradova əlavə edib.
Milli Məclisin sədr müavini vurğulayıb ki, bu cür neqativ hallar, Avropa Parlamentinin bir qrup üzvünün qərəzli fəaliyyəti, bütövlükdə, bu qurumun imicinə mənfi təsir göstərir: “Ona görə də belə qurumların rəsmiləri bu cür məsələlərə diqqət yetirməli, hətta öz maraqları əsasında fəaliyyət göstərdikdə - müəyyən təşəbbüslər etdikdə belə, təmsil etdikləri qurumun nüfuzunu, iş prinsiplərini, prosedur qaydalarını, hətta öhdəliklərini nəzərə almalıdırlar. Hesab edirəm ki, bütün bunlar bəhs edilən sənədin hazırlanmasında nəzərə alınmayıb və bu, birmənalı şəkildə yolverilməzdir”.
Bahar Muradovanın sözlərinə görə, Azərbaycan dövləti tərəfindən görülən bütün hüquqi tədbirlər qanunun aliliyi prinsipinə söykənir və ictimai asayişin təmin olunmasına xidmət edir: “Avropa Parlamentində qəbul edilən qətnamədə bu məqamların nəzərə alınmaması, əksinə, qanun pozuntularına yol vermiş şəxslərin müdafiə olunması Azərbaycana qarşı yanaşmanın nə qədər qərəzli olmasını göstərir”.
“Bu qətnamə layihəsini hazırlayan və qəbul edən şəxslər insan hüquqlarını əsas götürdüklərini iddia edirlərsə, o zaman qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyondan çox soydaşımızın hüquqlarının pozulması faktı ilə bağlı konkret mövqe ortaya qoysunlar”, - deyən Bahar Muradova əlavə edib ki, qətnamədə ATƏT Parlament Assambleyasının Bakı Bəyannaməsinə də istinad edilib: “İstərdik ki, ATƏT Parlament Assambleyasının Bakı Bəyannaməsinə istinad edənlər Bakıda müzakirə olunan Helsinki Yekun Aktının prinsiplərini nəzərə alsınlar və dediyimiz məsələlərə dair aydın mövqe ortaya qoyulsun”.
Milli Məclisin sədr müavini onu da əlavə edib ki, həmin dairələr eyni məzmunlu məsələlərə fərqli yanaşma nümayiş etdirməklə ikili standartlara yol verirlər: “Azərbaycan ictimaiyyəti belə halları yolverilməz hesab edir və öz haqlı narazılığını bildirir”.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

