“The Hill” qəzeti: Amerikanın lider olmaması qlobal qeyri-sabitlik yaradır
20.09.2014 [10:17]
Amerikada çıxan nüfuzlu “The Hill” qəzetində Amerika Yəhudilər Komitəsinin ictimaiyyətlə iş şöbəsinin keçmiş rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Ceyson Katsın “Amerikanın lider olmaması qlobal qeyri-sabitlik yaradır” sərlövhəli məqaləsi dərc edilib http://thehill.com/blogs/congress-blog/foreign-policy/217930-americas-lack-of-leadership-is-feeding-global-instability).
C.Kats yazır ki, qlobal qeyri-sabitliyin artması ilə əlaqədar, Amerikanın liderliyinin bərpa edilməsi zəruridir. O bildirir ki, superdövlətin hərəkətləri realist olmalı, ölkənin strateji maraq və hədəflərinə yönəlməlidir. Müəllifin fikrincə, son illərdə Amerika yanlış qərarlar qəbul edir. Məsələn, Qəzzə bölgəsində seçkilərə kömək nəticəsində “Həməs” qrupunun hakimiyyətə gəlməsi və İsrail ilə hərbi qarşıdurma; Amerika qoşunlarının İraqdan təcili çıxarılması, Misirdə “Müsəlman qardaşlar” partiyasının hakimiyyətə gətirilməsi, “İraq Şam İslam Dövləti”nə layiqincə cavab verilməməsi və s.
C.Kats yazır ki, Amerika öz dostlarını düşmənlərindən ayırmağı bacarmır. Azərbaycanı kövrək geosiyasi tarazlıq yaranmış Avrasiya məkanında əsas oyunçu hesab edən ekspertin fikrincə, Gürcüstanın iqtisadi baxımdan asılı olduğu Azərbaycan Mərkəzi Asiyanın enerji ehtiyatlarının Qərbə nəql edilməsi üçün tranzit marşrutdur. Eyni zamanda, Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq edir.
Müəllif yazır ki, Vaşinqton “Ərəb baharı”nın “ədəbsizliyini” unudaraq Azərbaycanı tənqid etməyə həvəs göstərir. Bu tənqidin bir qismi erməni fəallarının hərəkətlərindən irəli gəlir. C.Katsın fikrincə həmin fəallar Ermənistan dövlətinin açıq-aydın uğursuzluqlarını görməzliyə vurur, Azərbaycanın qüsurlarını qabartmağa çalışırlar. Ermənistanın “vassal dövlətə” çevrilməsi göz qabağında olduğu halda onun özünü hansı əsasla “müstəqil dövlət” adlandırmasını anlamaq çətindir. Hələ üstəlik, həmin fəallar belə bir dövlətlə dünya birliyi tərəfindən Azərbaycanın qanuni ərazisi kimi tanınan, Ermənistan tərəfindən qanunsuz işğal edilmiş Dağlıq Qarabağ bölgəsində “ ikinci erməni dövləti” yaratmağa çalışırlar.
Ekspert daha sonra ABŞ hökuməti tərəfindən amerikalı vergi ödəyicilərinin hesabına maliyyələşdirilən “Azadlıq” radiosunun fəaliyyətinə şübhə ilə yanaşır. Bu radio Amerikanın milli maraqlarının ziddinə olaraq, daim Azərbaycanı tənqid edir. Nə qədər qəribə olsa da, ABŞ ilə daha sıx əlaqələrin lobbiləşdirilməsi üçün pul xərcləyən xarici ölkələri tənqid edənlər heç vaxt özlərinə belə bir sual vermirlər: “Amerikalı vergi ödəyiciləri nə üçün milyonlarla vəsaiti Praqda yerləşən nəhəng təşkilata xərcləyir və bizim dostlarımız olan ölkələrin rəhbərlərini tənqid etmək üçün yüzlərlə əcnəbiyə əlavə müavinətlər ödəməklə işə cəlb edirlər”?
C.Kats məqalənin sonunda Amerikanı ölkənin nüfuzuna ziyan vuran məhdud dünya görüşündən əl çəkməyə, vaxtı ilə ABŞ-ı superdövlətə çevirmiş strateji və məsuliyyətli qlobal liderliyə qayıtmağa çağırır.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

