/ / Bakıda “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfrans işə başlayıb
Bakıda “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfrans işə başlayıb
21.10.2014 [10:02]
Oktyabrın 20-də Bakıda “İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfrans öz işinə başlayıb. Tədbirdə 60-dək ölkədən ümumilikdə 220-dən artıq nümayəndə iştirak edir.
AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səslənib və Qurandan ayələr oxunub.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.
Sonra IV konfransın sədri, İndoneziyanın Azərbaycandakı səfiri Raden Prayono Atiyanto çıxış edib.
Səfir konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Qadınların cəmiyyətdə rolunun gücləndirilməsinin vacibliyinə toxunan Raden Prayono Atiyanto bildirib ki, bundan əvvəlki konfrans Cakartada keçirilib və çox önəmli qərarlar qəbul edilib. Bakı konfransı da qadınların hüquqlarının qorunması, onların cəmiyyətdə iştirakının genişləndirilməsi sahəsində görüləcək işlərə öz töhfəsini verəcək.
Səfir qeyd edib ki, qadınların cəmiyyətdə rolunun gücləndirilməsində, xüsusilə onların siyasi həyatda öz fəallıqlarını artırmasında hələ də müxtəlif maneələr var. Həmin maneələrin qarşısının alınması istiqamətində daha çox iş görülməlidir və bu məsələ gələcəkdə qəbul olunacaq proqramda öz əksini tapmalıdır. Qadının iqtisadi azadlığı, ümumiyyətlə gender məsələsi bəzi ölkələrdə hələ də problem olaraq qalır. Bu konfransın məqsədi də qadınların üzləşdiyi problemlərin qarşısının alınmasında birgə səyləri birləşdirməkdir və əminik ki, biz istəyimizə nail olacağıq.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək konfransın gündəliyi haqqında məlumat verib. Bildirilib ki, Komitə tərəfindən təşkil edilən konfransda qadınların səlahiyyətlərinin, qərar qəbuletmə prosesində onların iştirakının artırılması, qadınlar üçün bərabər imkanların yaradılması, qadınlara qarşı zorakılığın, bütün növ ayrı-seçkiliyin qarşısının alınması, keyfiyyətli təhsil, sağlamlıq və digər mövzular müzakirə ediləcək.
“Azərbaycan əhalisinin 50,3 faizini təşkil edən qadınların ictimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər sahələrdə əldə etdikləri uğurlar bütövlükdə dövlətimizin nailiyyətidir”, - deyən komitə sədri əlavə edib ki, bu gün əmək qabiliyyətli qadınların 69,2 faizi özəl sektorda, 30,8 faizi isə dövlət sektorunda çalışır. Qadınlar arasında işsizliyin səviyyəsi ildən-ilə azalaraq 5,9 faizə düşüb, qadın sahibkarlığı 17,9 faizədək artıb.
Komitə sədri Azərbaycanda gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsinin ölkə siyasətinin mühüm prioritetlərindən birini təşkil etdiyini vurğulayıb. Bildirilib ki, qadınlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahələrində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm səylər göstərilir.
İslam Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Muhammad Naim Xan konfransın təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Muhammad Naim Xan vurğulayıb ki, belə tədbirlərin keçirilməsi qadınların inkişaf prosesində daha geniş iştirakına təkan verir.
BMT baş katibinin köməkçisi və BMT-nin Qadınlar Təşkilatının icraçı direktorunun müavini xanım Lakşmi Puri qadınların və kişilərin bərabər fəaliyyəti və qadınların hüquqlarının qorunmasının vacibliyindən danışıb.
BMT-nin Əhali Fondunun (UNFPA) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Heimo Lakkonen tədbirin keçirilməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyini yüksək qiymətləndirib.
Tədbirdə Azərbaycan qadınlarının cəmiyyətin ictimai-siyasi həyatında iştirakından bəhs edən videoçarx nümayiş etdirilib.
Sonra konfransın sədri və büro üzvlərinin seçkisi olub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransın sədri seçilib.
Fasilədən sonra konfrans işini sessiyalarda davam etdirib.
Hicran Hüseynovanın sədrliyi ilə keçirilən birinci sessiyada konfransın gündəliyi və proqramı qəbul olunub. Sessiyada üzv dövlətlərin qadınların irəli çəkilməsində İƏT-in fəaliyyət planı çərçivəsində qeyd edilən sahələr üzrə əldə olunan inkişaf, eləcə də fəaliyyət planının icra mexanizmlərinə dair məruzələr dinlənilib.
Oktyabrın 21-də başa çatacaq konfransda Bakı Bəyannaməsi qəbul olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16

