Şəkidə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilir
28.10.2014 [09:49]
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə oktyabrın 27-də Şəki şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda iki günlük regional konfrans işə başlayıb.
Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədi daşıyan konfransda şimal-qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, həmçinin fəal dindarlar və ilahiyyatçılar iştirak edirlər.
AzərTAc xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Şəki şəhər İcra Hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra DQİDK-nin sədri Mübariz Qurbanlı və digər şəxslər Şəki İslam mədrəsəsində olub, mədrəsənin müəllim və tələbələri ilə, dini icma üzvləri ilə görüşüb, həmçinin Şəki Cümə və İmaməli məscidlərinə baş çəkiblər.
“Şəki Palas” otelinin konfrans zalında keçirilən tədbiri şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu, Ümummilli lider Heydər Əliyevin bununla bağlı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Vurğulanıb ki, ölkəmizdə dünyaya nümunə ola biləcək tolerantlıq mövcuddur və müxtəlif dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar. Azərbaycan dünyaya inteqrasiya edən ölkədir. Bununla belə, xalqımız öz milli-mənəvi dəyərlərini də daim qoruyur.
AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov sovet hakimiyyəti illərində və müstəqilliyimizin bərpa edildiyi ilk dövrlərdə Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması üçün gördüyü misilsiz işlərdən bəhs edib. Qeyd olunub ki, ölkəmizdə bütün dini konfessiyalara dövlət tərəfindən diqqət və qayğı göstərilir. Kilsə və sinaqoqlar təmir olunur, qorunur, yeniləri tikilir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmərxanım Cavadlı vurğulayıb ki, qloballaşan dünyada yeni çağırışlar cəmiyyətimizin bütün sahələrində olduğu kimi, din sahəsində də özünə yer tapır. O, yeniliklərin bundan sonra da davam etdirilməsinin zərurətindən bəhs edib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin məsləhətçisi Sərraf Hüseynov dövlətin dinə hər zaman xüsusi həssaslıq və qayğı ilə yanaşdığını diqqətə çatdıraraq, dövlətimizin başçısı İlham Əliyevin, habelə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxsaylı layihələrdən söhbət açıb. Natiq bildirib ki, məscidlər, eyni zamanda, elm ocağı olmalıdır. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi” bu istiqamətdə tədbirlər hazırlayırlar.
DQİDK-nın sədri Mübariz Qurbanlı konfransın əhəmiyyətindən və ölkəmizdəki dövlət-din münasibətlərindən bəhs edərək bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı da sürətlənib. Ulu öndər Heydər Əliyevin “Biz dünyəvi dövlətik, amma dindən də ayrı deyilik” fikrini xatırladan komitə sədri deyib: “Hər kəsin dini etiqad azadlığı var. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dininin ənənəvi dəyərlərinin və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Ancaq unutmaq lazım deyil ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmək meylləri artmaqdadır. Odur ki, dini maarifləndirmə işinə daha diqqətlə yanaşılmalıdır. Ölkə dindarlarını yad təsirlərdən qorumaq məsuliyyəti daha çox ruhanilərin üzərinə düşür. Əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək gəlib çıxan milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu insanlara düzgün şəkildə çatdırmalıyıq”.
Tədbirdə çıxış edən din xadimləri ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirib, son dövrlər Dövlət Komitəsinin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.
Panellər üzrə davam edən konfransda bir sıra maraqlı məruzələr dinlənilib, təqdim olunan mövzular ətrafında müzakirələr aparılıb.
Regional konfrans işini oktyabrın 28-də plenar iclaslarla davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

