/ / Dini tolerantlığın möhkəmləndirilməsinə dair beynəlxalq konfrans Bakı bəyanatının qəbulu ilə başa çatıb
Dini tolerantlığın möhkəmləndirilməsinə dair beynəlxalq konfrans Bakı bəyanatının qəbulu ilə başa çatıb
19.11.2014 [10:10]
ATƏT-in Bakı layihə əlaqələndiricisi, Azərbaycan hökuməti, Qafqaz Müsəlmanları İdarəsi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə keçirilən “Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfrans noyabrın 18-də bəyanatın qəbulu ilə başa çatıb.
AzərTAc xəbər verir ki, konfransın “Qloballaşan dünyada dini radikallaşma meyillərinin qarşısının alınması” mövzusunda sessiyasında çıxış edənlər dünyada dini zəmində münaqişələrin artmasının narahatlıq doğurduğunu bildiriblər. Qeyd edilib ki, hər bir cəmiyyətdə insanlar qarşılıqlı anlaşma, sülh şəraitində birgə yaşamağı öyrənməlidirlər.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bu konfransın dünya miqyasında üzləşdiyimiz bəzi problemlərin həlli yolunda əməkdaşlıq sahəsində yeni mərhələyə vəsilə olması və terrorizm, radikalizm kimi qlobal problemlərin qarşısının alınması ilə bağlı səmərəli müzakirələrin aparılması baxımından tarixi hadisə olduğunu qeyd edib.
Azərbaycanda multikulturalizm dəyərlərinin inkişafı üçün əməli addımlar atıldığını söyləyən şeyxülislam bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü və himayəsi ilə keçirilən ənənəvi Beynəlxalq Mədəniyyətlərarası Dialoq forumları, Humanitar forumlar bu ideyalara sadiqliyimizin bariz sübutudur.
Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib: “Biz müasir dövrün qlobal bəlalarından xilas olmalı və insanlığın rifahı naminə birlik və tolerantlığımızı daim qoruyub saxlamalı, mədəniyyətlərarası, dinlərarası dialoqu inkişaf etdirməliyik”.
Şeyxülislam qeyd edib ki, gənclərin müxtəlif vasitələrlə şirnikləndirilib başqa dövlətlərin ərazisində gedən siyasi qarşıdurmalara və müharibələrə cəlb olunması yolverilməzdir. Bu baxımdan yetişməkdə olan gənc nəslin daha sağlam mənəvi həyat sürmələri yönündə səylərimizi birləşdirməliyik. Bu yolla çoxmədəniyyətli və çoxkonfessiyalı dünyamızın birliyini və sabitliyini qoruyub saxlaya bilərik. Biz bütün dünya dinlərinin dəyərlərini, müqəddəs şəxsiyyətlərini, rəmzlərini məqsədyönlü və qərəzli hücumlardan qorumalı, millətlərarası və dinlərarası qarşıdurma yaratmaq istəyənlərin məkrli niyyətlərini puça çıxarmalı, ekstremizmin, ksenofobiyanın qarşısını birgə səylərlə almalıyıq.
QMİ-nin sədri deyib ki, bu konfransın təşkilini uğurlu addım hesab etmək olar. Biz dini mərkəzlərin beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESCO, Avropa Şurası ilə əməkdaşlığının vacibliyini əvvəllər də bildirmişik, bu gün də bunu təkrar edirik.
Azərbaycanda hər zaman milli və bəşəri dəyərlərə böyük önəm verildiyini deyən şeyxülislam Allahşükür Paşazadə ölkəmizin iqtisadi, siyasi, diplomatik sahələrdə uğurlarının, nümunəvi dini-mənəvi həyatının dünyanın diqqət mərkəzində olduğunu söyləyib. Vətəndaşların demokratik azadlıqlarının, fundamental insan hüquqlarının, o cümlədən dini etiqad azadlığının təmin olunduğunu bildirən Allahşükür Paşazadə qeyd edib ki, ölkəmizdə dövlət-din münasibətləri konstruktiv, səmərəli əməkdaşlıq, qarşılıqlı etimad və ehtiram zəminində inkişaf edir. Şeyxülislam deyib ki, Azərbaycandakı mövcud tolerantlıq modeli bütün dünya, o cümlədən ATƏT məkanı üçün olduqca dəyərlidir. Biz Azərbaycan xalqı olaraq dünya dövlətləri ilə təcrübəni bölüşməyə, bəşəriyyətin mənəvi mədəniyyət xəzinəsinə töhfəmizi bəxş etməyə hazırıq.
ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski hazırda ATƏT məkanında müxtəlif problemlərin müşahidə olunduğunu bildirib. Qeyd edilib ki, dinlərin verdiyi mesajları, tolerantlıq ideallarını yaymaq zəruridir. Dini dözümsüzlük, radikalizm beynəlxalq təhlükəsizliyə əsas təhdidlərdir. Dini tolerantlıqla bağlı tədbirləri çox keçirməliyik. Azərbaycanda bu sahədə vəziyyət təqdirəlayiqdir. Biz yollar tapmalıyıq ki, gəncləri dinlə bağlı müzakirələrə cəlb edək. Dini icmalar dini tolerantlığın möhkəmlənməsində vacib rol oynaya bilər. Beynəlxalq səviyyədə isə dövlətlər ən yaxşı təcrübələrini bölüşə bilər. ATƏT sülhün bərqərar olması üçün əməkdaşlığa hazırdır.
A.Şaxtaxtinski konfransın əsas məqsədinin əməkdaşlığı gücləndirməklə təhlükəsizliyin təminində dinin rolunun artırılması olduğunu diqqətə çatdırıb, səmərəli müzakirələrin aparıldığını vurğulayıb.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva müasir dövrün qlobal problemləri arasında ekstremizmin, ksenofobiyanın, dözümsüzlüyün də olduğunu bildirib, bu hallara qarşı mübarizədə səylərin gücləndirilməsinin, tolerantlığın, sivilizasiyalararası dialoqun təşviqinin vacibliyini vurğulayıb. Birinci katib bütün beynəlxalq qurumlar kimi, UNESCO-nun da bu məsələni diqqətdə saxladığını söyləyib.
Dünya mədəni irsinə xüsusi töhfə verən Azərbaycan torpaqlarının bir hissəsinin hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu söyləyən Günay Əfəndiyeva həmin ərazilərdə dini, mədəni abidələrimizin yerlə-yeksan edildiyini diqqətə çatdırıb. “Buna baxmayaraq, Bakının mərkəzində erməni kilsəsi mövcuddur”, - deyə birinci katib əlavə edib.
Günay Əfəndiyeva Bakıda keçirilən konfransın dini tolerantlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

