Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Madey Robert: Sürətlə inkişaf edən Azərbaycanın qaçqın və məcburi köçkün problemi ilə üzləşməsi təəssüf doğurur

Madey Robert: Sürətlə inkişaf edən Azərbaycanın qaçqın və məcburi köçkün problemi ilə üzləşməsi təəssüf doğurur

11.04.2015 [11:41]

Aprelin 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ölkəmizdə səfərdə olan Slovakiya Milli Şurasının Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, F.Hüseynov Azərbaycana səfər çərçivəsində vaxt tapıb ölkəmizin bir nömrəli problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemi ilə daha yaxından tanış olmaq üçün görüşə gəldiklərinə görə nümayəndə heyətinə təşəkkürünü bildirib. Qeyd edib ki, son vaxtlar dünyada və regionda baş verən proseslər fonunda Azərbaycan ilə Slovakiya arasında yaranmış bu cür dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi böyük önəm daşıyır.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma səbəbləri və tarixi kökləri barədə qonaqlara ətraflı məlumat verən komitə sədrinin müavini bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlının neçə illərdir ki, qaçqın və məcburi köçkün heyatı yaşamasının bu gün Azərbaycanın ən ağrılı problemi olduğunu bir daha diqqətə çatdırıb. O, münaqişənin həllinin uzanmasının, Ermənistanın işğalçılıq siyasəti yürüdərək hətta nüfuzlu beynəlxalq təşkilatların problemin həlli ilə bağlı qəbul etdiyi qərar və qətnamələrə məhəl qoymamasının, işğalçı ölkəyə qarşı ciddi tədbirlər görülməməsinin təəssüf doğurduğunu bildirib.
Azərbaycanın Cənubi Qafqaz bölgəsində ən güclü iqtisadiyyata malik olduğunu, hərtərəfli inkişaf etdiyini bildirən F.Hüseynov qeyd edib ki, məhz bu inkişaf nəticəsində ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərinin həllində, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasında inamlı addımlar atılıb. Bu da nüfuzlu beynəlxalq təşkilatların rəsmiləri tərəfindən dünyada oxşar problemlərlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilib. Qeyd olunub ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq Dövlət Proqramı və ona Əlavələr təsdiq edilib. Hazırda işlər bu dövlət sənədlərində nəzərdə tutulmuş maddələrə uyğun şəkildə müvəffəqiyyətlə davam etdirilir. Ölkədəki qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə yeni qəsəbələr və yaşayış kompleksləri tikilib istifadəyə verilir, daha ağır şəraitdə yaşayan məcburi köçkünlər bu qəsəbələrdə yeni mənzillərlə təmin olunurlar. İndiyədək bu məqsədlə 90 müasir qəsəbə salınıb və 240 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Məcburi köçkünlərə kommunal xidmət xərclərinin ödənilməsi, onların məşğulluqlarının təmin olunması, yoxsulluğun azaldılması və bu kimi digər məsələlər daim dövlətin diqqət mərkəzindədir.
Bütün bunlarla yanaşı, dünya ictimaiyyətinin, nüfuzlu beynəlxalq qurumların, xüsusilə münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin vaxtında bu problemin həlli istiqamətində qətiyyətli addımlar atmaması nəticəsində vəziyyət dəyişmədiyindən hələ də on minlərlə məcburi köçkünün ağır vəziyyətdə yaşadığını deyən F.Hüseynov onu da bildirib ki, bu qəbildən olan vətəndaşlarımız üçün hərtərəfli şərait yaradılsa belə, onlar yenə də ancaq öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayırlar.
Qaçqın və məcburi köçkünlərin problemləri, onların həlli istiqamətində Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər barədə hərətərfli məlumata görə minnətdarlığını ifadə edən Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Madey Robert ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin ədalətli həllinə nail olunması istiqamətində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. O, dünyanın sürətlə inkişaf edən ölkələrindən olan Azərbaycanın bu gün qaçqın və məcburi köçkün problemi ilə üzləşməsindən təəssüfləndiyini bildirib. M.Robert beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasındakı əməkdaşlığın inkişafına bundan sonra da dəstək verilməsinin vacibliyini diqqətə çatdırıb.
* * *
Görüşdən sonra nümayəndə heyəti Fuad Hüseynovun müşayiəti ilə Azərbaycan Texniki Universitetinin yataqxanasında, həmçinin Azərbaycan dövləti tərəfindən məcburi köçkünlər üçün Abşeron rayonu Masazır qəsəbəsində salınmış 760 ailəlik qəsəbədə məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraitləri ilə yerində tanış olub.

Paylaş:
Baxılıb: 601 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31