Bərdədə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans işə başlayıb
03.06.2015 [09:34]
Bərdə şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bərdə rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirdiyi konfransda Ağdam və Bərdə rayonlarında fəaliyyət göstərən dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak edirlər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev İslam dininin dəyərlərinin qorunması məqsədi ilə keçirilən maarifləndirmə tədbirinin əhəmiyyətini qeyd edərək, konfransın işinə uğurlar arzulayıb. Bildirib ki, xalqımız əsrlər boyu milli mənəvi və dini dəyərlərini, tolerantlıq mühitini qoruyub saxlayıb. Azərbaycan tolerant ölkədir və burada bütün dinlərin nümayəndələri azad, sülh, qarşılıqlı hörmət şəraitində yaşayırlar.
DQİDK sədri Mübariz Qurbanlı konfransda çıxış edərək, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərindən, Konstitusiyada təsbit edilmiş vicdan azadlığından, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən danışıb.
Bildirib ki, Azərbaycan dünyəvi, hüquqi və demokratik dövlətdir. Ölkəmizdə dövlət-din münasibətləri zəngin milli tarixi ənənəyə əsaslanır və beynəlxalq hüquqi normalarla tənzimlənir. Dövlət və din ayrı olsa da, dövlət dini himayə edir. Məscidlər, kilsə və sinaqoqlar inşa olunur və təmir edilir. Dini icmalara maddi yardımlar olunur.
Komitə sədri diqqəti dünyada din pərdəsi adı altında aparılan münaqişələrə çəkərək bildirib ki, müxtəlif ölkələrdə İslamı parçalamaq üçün dini cərəyanlar yaradılıb. İslamı siyasiləşdirərək, daxildə qarışıqlıq yaratmaqla, onun gözdən salınmasına, terrorla əlaqələndirilməsinə yönələn siyasət həyata keçirilir. Belə bir şəraitdə dini maarifləndirmə tədbirlərinə daha diqqətlə yanaşılmalıdır.
Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Zahid Oruc, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qarabağ bölgəsi üzrə səlahiyyətli nümayəndəsi hacı Ramazan Hüseynov çıxışlarında dövlət-din münasibətlərindən, ölkəmizin tolerantlıq ənənələrindən, xalqımızın bütün dinlərə və konfessiyalara dözümlü münasibətindən danışıblar. Bildirilib ki, ənənəvi İslam dəyərlərinin və tolerantlıq mühitinin qorunması, gənclərimizin dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirinə düşməməsi üçün cəmiyyətdə dini maariflənmə işləri lazımi səviyyədə aparılmalıdır. İslama, dinə müasir baxışlarla, elmi cəhətdən yanaşılmalıdır.
“Dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği” mövzusunda davam edən plenar iclasda “Dini radikalizm və onunla mübarizə üsulları”, “Zərərli dini cərəyanlar və onların təbliğat metodları” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.
Regional konfrans işini iyunun 3-də “Ənənəvi dini dəyərlərimiz və gənclik” mövzusunda plenar iclasla davam etdirəcək.
Konfransın ilk iş günü başa çatdıqdan sonra komitə sədri M.Qurbanlı Bərdədəki İmamzadə kompleksində olub, “Cümə” məscidində dindarlarla görüşüb, məscidə kitablar hədiyyə edib.
Xəbər lenti
Hamısına baxGündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Dünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55

