Azərbaycana qarşı “qara piar” kampaniyası erməni lobbisi tərəfindən idarə edilir
11.06.2015 [09:35]
Bu prosesdə Avropanın müxtəlif institutlarında yer alan, əslində isə, aşkar lobbi fəaliyyəti ilə məşğul olan şəxslərin, o cümlədən, ölkəmizdəki “beşinci kolon”un nümayəndələrinin xidmətlərindən istifadə edilir
Müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Cənubi Qafqaz regionunun lider dövləti olan ölkəmiz həm də beynəlxalq miqyasda etibarlı strateji tərəfdaş kimi tanınır və Azərbaycanla əməkdaşlıq siyasi, iqtisadi, geopolitik nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya edir, beynəlxalq əməkdaşlıq və təhlükəsizlik platformalarının formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Bir sözlə, ölkəmiz pozitiv beynəlxalq imicə malik olan suveren aktor kimi tanınır.
Sadalananlarla yanaşı, müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ümumiyyətlə, ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Azərbaycanda demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapmasını, həmçinin, inkişafını təmin edən əsas amillərdən biri məhz davamlı hüquqi islahatların həyata keçirilməsidir. Bununla yanaşı, Azərbaycanda insan və vətəndaş hüquqları milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur və ölkəmizdə hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən, səmərəli beynəlxalq əlaqələrə malik olan, qlobal miqyasda etibarlı strateji tərəfdaş kimi tanınan ölkəmizdə ictimai-siyasi institutlar, o cümlədən, media qurumları qanunlar çərçivəsində sərbəst və azad fəaliyyət mexanizminə malikdirlər.
Sadalanan pozitiv məqamlara və nailiyyətlərə baxmayaraq, Azərbaycanın müasir dünya siyasəti və beynəlxalq münasibətlər sistemindəki mövqeyinin davamlı surətdə möhkəmlənməsindən narahatlıq keçirən bəzi xarici dairələr ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Xüsusilə də, ilk Avropa Oyunları ərəfəsində anti-Azərbaycan dairələr və erməni lobbisi yenə də Azərbaycana qarşı “qara piar” kampaniyasında fəallaşıblar. Bu kontekstdə birinci Avropa Oyunları ilə bağlı spekulyasiya xarakterli çağırışlar diqqət çəkir. Bu çağırışların yayımlandığı media qurumlarına, eləcə də, bəyanatların məzmununa nəzər saldıqda görünür ki, kampaniyanın arxasında islamofob, ermənipərəst dairələr, o cümlədən erməni lobbisi durur. Yeri gəlmişkən, bu istiqamətdə ortaya çıxan növbəti fakt da sadalanan məqamları sübuta yetirir. Belə ki, Amerika Erməni Milli Komitəsinin (ANCA) icraçı direktoru Aram Hamparyan özünün “Twitter” səhifəsində ilk Avropa Oyunlarını boykot etməyə çağırıb. Qeyd edək ki, ANCA Amerikada fəaliyyət göstərən ən böyük və ən radikal erməni təşkilatıdır. Uzun illər ərzində erməni terror təşkilatı ASALA-nın maliyyə və ideologiya mənbəyi rolunda çıxış edib. Bu qurumun adı dəfələrlə ABŞ-da çirkli pulların yuyulması, şantaj və müxtəlif konqresmenlərin ələ alınması qalmaqallarında çəkilib.
Bunlarla yanaşı, ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı təzyiq kampaniyasında anti-Azərbaycan dairələri Avropanın müxtəlif institutlarında yer alan, əslində isə, aşkar lobbi fəaliyyəti ilə məşğul olan şəxslərin xidmətlərindən istifadə edirlər. İyunun 8-də bir sıra avropalı parlamentarilərin qurumun sessiyasının açılış iclasında ölkəmizə qarşı şou xarakterli kampaniya təşkil etmələri bu qəbildəndir.
Məsələ ondan ibarətdir ki, bu prosesdə bir sıra yerli və transmilli media orqanları aktiv iştirak edir, aldıqları direktivlər əsasında Azərbaycanın beynəlxalq imicinə kölgə salmağa çalışırlar. Xüsusilə də, ölkə daxilində “beşinci kolon”un ruporu funksiyasını yerinə yetirən mətbuat orqanları erməni lobbisi ilə sinxron hərəkət edirlər. Dolayısıyla, daim Azərbaycan dövlətinə qarşı antimilli dairələrlə eyni cəbhədə yer alan “Azadlıq” qəzeti kimi media qurumları dezinformasiya xarakterli məlumatları və subyektiv mülahizələrə söykənən - ittiham xarakterli fikirləri dövriyyəyə buraxmaqla “qara piar” kampaniyasına “töhfə”lər verir, bu məsələlərlə bağlı ictimaiyyəti manipulyasiyaya məruz qoyurlar.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58

