“Bakı-2015” ilk Avropa Oyunları xalqımızın qələbəsidir
17.06.2015 [10:38]
İlk Avropa Oyunlarının açılış mərasimi Azərbaycanın inkişafını, qədim tarixi keçmişini və zəngin mədəniyyətini bir daha dünyaya nümayiş etdirdi
Məlum olduğu kimi, iyunun 12-də Bakıda birinci Avropa Oyunlarının möhtəşəm açılış mərasimi keçirilib. Dünyanın bir sıra ölkələrinin rəhbərlərinin iştirak etdikləri mərasim unudulmaz anlarla yadda qalıb. İlk növbədə, bu fakt Azərbaycanın ilk Avropa Oyunlarına ən yüksək səviyyədə hazırlaşdığını təsdiqlədi.
Əlbəttə ki, ilk Avropa Oyunlarının açılışı bu mərasimi izləyən insanlara unudulmaz anlar yaşatdı. Belə ki, Bakı Olimpiya Stadionu öz möhtəşəmliyi, əsrarəngiz gözəlliyi ilə hər kəsin diqqətini çəkirdi. Burada dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin iştirakı ilə ərsəyə gələn kreativ şou nümayiş olundu. Stadion ən mürəkkəb tərtibata malik möhtəşəm səhnə mexanizmindən ibarət məkana çevrilmişdi. O, təbiətin dörd ünsüründən - su, od, torpaq və yel obrazlarından istifadə etməklə heyrətamiz bir mənzərə yaratdı. Verilən məlumatlara görə, mərasimin təşkilinə 28 ölkədən 300-dən çox yaradıcı heyət və 34 ölkədən 1000 nəfər mütəxəssis cəlb olunub. Açılış mərasimi, həmçinin, Azərbaycanın tarixi keçmişini, milli-mənəvi dəyərlərini də özündə geniş şəkildə əks etdirdi. Bu da taşamaçılar tərəfindən böyük maraqla qarşılandı. Çünki Azərbaycan Qərblə Şərqin qovuşuğunda yerləşməklə çox zəngin tarixə, mədəniyyətə və ənənələrə sahibdir.
Açılış mərasimində Azərbaycanın birinci xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da çıxışı zamanı bu məqamı xüsusi vurğulayıb: “Azərbaycan zəngin tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan ölkədir: Multikulturalizm və tolerantlıq, dostluq və qonaqpərvərlik, ahəngdarlıq və həmrəylik Azərbaycanın həyat tərzinin ayrılmaz hissəsidir”.
Taleyin hökmü ilə Azərbaycan Respublikası coğrafi məkan baxımından Şərq və Qərbin qovuşuğunda yerləşir, xalqımız isə zaman-zaman dünya mədəniyyətinə öz dəyərli töhfələrini verməklə yanaşı, hər iki sivilizasiyanın təsiri altında olub. Eyni zamanda, bu gün Azərbaycan dini tolerantlığın hökm sürdüyü nadir bir məkandır. Xalqımızın dinc yanaşı yaşamaq ənənəsi tarixin dərinliklərindən gəlir. Təsadüfi deyil ki, Şərqdə ilk Demokratik Respublika və ilk demokratik təsisatlar hələ ötən əsrin əvvəllərində məhz Azərbaycanda yaranmışdı. Coğrafi baxımdan dünyanın maraqlı nöqtələrindən birində - Qərblə Şərqin qovuşuğunda yerləşən ölkəmiz qədim zamanlardan karvan yollarının keçdiyi və müxtəlif dünyagörüşlərinin, dinlərin, mədəniyyətlərin qarşılaşdığı bir region kimi səciyyələnib. Yerli əhali kimi azərbaycanlıların qonaqpərvərliyi, başqa xalqlara və dinlərə münasibəti neçə yüzillər bundan öncə bu diyarda tolerant bir cəmiyyət formalaşdırıb. İlk Avropa Oyunlarının açılış mərasimində də məhz bu məqamlar öz əksini tapırdı.
Ümumiyyətlə, son illər sürətlə inkişaf edən Azərbaycan dünyada etibarlı tərəfdaş kimi özünü təsdiqləyib. Təsadüfi deyil ki, bir çox nüfuzlu beynəlxalq tədbirlərin məkanı kimi ölkəmiz seçilir. Çünki Azərbaycan inkişaf etməklə yanaşı, sülh və sabitlik, əmin-amanlıq və dostluq məkanı kimi dünyada qəbul olunur. Bütün bunlar isə bütövlükdə Azərbaycan xalqının nailiyyətidir. Bu mənada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qeyd etdiyi kimi, “Bakı-2015” birinci Avropa Oyunları xalqımızın qələbəsidir: “Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır”.
Açılış mərasimində çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki isə Azərbaycanın səylərini yüksək qiymətləndirib, Oyunların yüksək təşkilinə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edib: “Bu sahədə yorulmaz fəaliyyətinizə, Avropada idmanın parlaq gələcəyinə verdiyiniz töhfəyə görə Sizə minnətdaram. Siz bir dövlət kimi qürur doğuran yoldasınız. Bu yolda Sizinlə addımlamaqdan şərəf duyduq. Beynəlxalq ictimaiyyətin üzvü, cəmiyyət və Avropanın yeni idman paytaxtı kimi məqsədlərinizin həyata keçməsində iştirak etməkdən fərəh hissi duyduq. “Bakı-2015” uzun yolun ən vacib nöqtəsidir və çılğın arzudur. O, AOK-un alovlanan iddiasıdır. Bu, Sizin üçün, Bakı üçün, Azərbaycan xalqı üçün indiki nəslə bir dəfə nəsib olan fürsətdir və sizlər onilliklər ərzində bu məkanların, bu sərmayənin və qlobal diqqətin bəhrəsini görəcəksiniz”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58

