Milli Məclisin sədri Vyetnam nümayəndə heyəti ilə görüşüb
04.07.2015 [10:38]
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov iyulun 3-də Vyetnam Kommunist Partiyası Siyasi Bürosunda Ədliyyə İslahatları üzrə Komissiyanın daimi sədr müavini, nazir xanım Le Thi Thu Banın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında böyük rol oynadığını qeyd edib. Sədr xüsusilə dövlət başçılarının qarşılıqlı səfərlərinin əməkdaşlığın genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb. Bu səfərin də hüquq mühafizə orqanları arasında əməkdaşlığın inkişafına təkan verəcəyini söyləyib.
Milli Məclisin sədri parlamentlərarası əlaqələrdən də söhbət açıb və bu əməkdaşlığı yüksək qiymətləndirib. O, həmçinin, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Qonağa ölkəmizin təşəbbüsü ilə həyata keçirilən nəhəng layihələr barədə məlumat verilib.
Söhbət zamanı Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışıb. Bildirib ki, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar Ermənistan silahlı qüvvələrinin işğal altındakı torpaqlardan geri çəkilmək barədə qərar və qətnamələr qəbul etməsinə baxmayaraq, rəsmi Yerevan bu gün də təcavüzkar siyasətini davam etdirir. Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, sülh yolu ilə həllinə tərəfdardır.
Xanım Le Thi Thu Ba Azərbaycana səfərdən məmnunluğunu bildirib. O deyib: “Biz Azərbaycanın məhkəmə-hüquq sahəsində həyata keçirdiyi uğurlu islahatlardan xəbərdarıq. Ölkənizin bu sahədəki təcrübəsi bizim üçün də maraqlıdır”.
Qonaq Bakıda keçirdikləri görüşlər zamanı bu istiqamətdə faydalı müzakirələr apardıqlarını və Azərbaycanın təcrübəsi ilə daha yaxından tanış olduqlarını deyib.
Vyetnamın Azərbaycan ilə əlaqələrin möhkəmlənməsində maraqlı olduğunu söyləyən xanım Le Thi Thu Ba Azərbaycanın hələ Sovet İttifaqı dövründə ölkəsinə yardımından, xüsusilə neft-qaz sahəsində kadrların hazırlanmasında köməyindən danışıb və bunu yüksək qiymətləndirib.
Xəbər lenti
Hamısına baxSosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30

