Azərbaycanın Baş naziri Belarus Dövlət Sərhəd Komitəsinin sədri ilə görüşüb
06.08.2015 [01:04]
Avqustun 5-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Belarus Respublikası Dövlət Sərhəd Komitəsinin sədri, general-polkovnik Leonid Maltsev ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hər iki ölkə başçılarının səmimi dostluq münasibətlərinin Azərbaycanla Belarus arasında qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələr üzrə genişlənməsinə təkan verdiyini vurğulayan tərəflər, o cümlədən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Belarus Respublikası Dövlət Sərhəd Komitəsi arasında ikitərəfli əlaqələrin inkişafı istiqamətində atılan addımların müsbət nəticələrini qeyd ediblər.
Səfər çərçivəsində qurumlararası əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri, habelə sərhədlərin təhlükəsizliyinin təmin edilməsi, sərhəd nəzarəti və miqrasiya proseslərinin idarə olunması, sərhəd bölmələrinin texniki təchizatı və s. istiqamətlər üzrə müzakirələr aparmağın zəruriliyi bildirilib.
Baş nazir Artur Rasizadə həyata keçirilən layihələr çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün hər iki qurum arasında belə təcrübə mübadilələrinin vacib olduğunu nəzərə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan tərəflər işğal olunmuş torpaqların azad edilməsi və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı prinsipi əsasında həllinə alternativ olmadığını qeyd ediblər.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları Komandanı, general-polkovnik Elçin Quliyev görüşdə iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58

