/ / Qazaxıstan Konstitusiyanın 20 illiyi münasibətilə Astanada keçirilən beynəlxalq konfransda Azərbaycan da təmsil olunub
Qazaxıstan Konstitusiyanın 20 illiyi münasibətilə Astanada keçirilən beynəlxalq konfransda Azərbaycan da təmsil olunub
29.08.2015 [10:56]
Astanada “Müstəqillik” sarayında Qazaxıstan Konstitusiyanın qəbul edilməsinin 20 illiyi münasibətilə “Konstitusiya: birlik, sabitlik, tərəqqi” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin də iştirak etdiyi konfransa BMT, ATƏT, Avropa İttifaqının, digər beynəlxalq təşkilatların nümayəndə heyətləri, tanınmış hüquqşünas alimlər, politoloqlar, ekspertlər, həmçinin 28 ölkənin məhkəmə, prokurorluq və hüquq mühafizə idarələrinin, konstitusiya nəzarəti orqanlarının rəhbərləri də qatılıblar.
Konfransın açılışında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Əsas Qanunun qəbulundan keçən 20 ildə ölkədə aparılan siyasi, hüquqi islahatlar, dövlətin konstitusiya əsaslarının möhkəmləndirilməsi, dövlət quruculuğunun müasirləşdirilməsi sahəsində görülən işlərdən danışıb.
Dövlət başçısı deyib: “Mən bu gün fəxrlə bildirirəm ki, biz qanun çərçivəsində yaşayan ölkəyik. Konstitusiya bütün nailiyyətlərimizin mənbəyidir, dövlətçiliyin və sabitliyin təməlində ali qanundur. Qazaxıstan üçün bu tarixi gün böyük əhəmiyyət kəsb edir və bununla bağlı bir çox tədbirlər təşkil olunur”.
Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev AZƏRTAC-a müsahibəsində deyib: “Bir neçə aydan sonra Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 20 ili tamam olur. Müəllifi Ulu öndər Heydər Əliyev olan bu Konstitusiya müstəqil Azərbaycanın fundamental hüquqi aktıdır. Bu gün Azərbaycan dünyada baş verən maliyyə və iqtisadi böhranlara baxmayaraq, inkişaf yolu ilə gedir. Bu inkişaf Azərbaycan Respublikası Konstitusiyasının qarantı olan Prezident İlham Əliyevin uğurlu siyasəti ilə bağlıdır”.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə Qazaxıstan Respublikasının Konstitusiya Şurası arasında sıx əməkdaşlığının mövcudluğunu və bu əməkdaşlığın inkişaf yolu ilə irəlilədiyini ifadə edən F.Abdullayev Qazaxıstanın və Azərbaycanın müstəqillik yolu ilə inkişafında oxşar məqamların olduğunu vurğulayıb. Bu oxşar cəhətlər iqtisadi inkişaf, sabitlik və demokratik proseslərin möhkəmləndirilməsidir.
Konfransda “Konstitusiya ölkənin uğurlu inkişafının hüquqi əsasıdır”, “Konstitusiya: Cəmiyyətin və dövlətin sabitliyi, dinamik inkişafı”, “Konstitusiya və sosial dövlət” mövzularında məruzələr dinlənilib, maraqlı müzakirələr aparılıb.
Sonda mükafatlandırma mərasimi olub. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Qazaxıstan Konstitusiyası-20 il” yubiley medalı ilə təltif olunub.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59

