/ / Baş nazirin müavini Əli Həsənov: Yaponiyanın “Fuji Optical Co.LTD” şirkətinin Azərbaycandakı fəaliyyəti ən böyük humanistlik və xeyirxahlıq nümunəsidir
Baş nazirin müavini Əli Həsənov: Yaponiyanın “Fuji Optical Co.LTD” şirkətinin Azərbaycandakı fəaliyyəti ən böyük humanistlik və xeyirxahlıq nümunəsidir
01.09.2015 [10:28]
Yaponiyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Sapporo şəhərində “Fuji Optical Co.LTD” şirkətində olub.
Əvvəlcə Azərbaycan nümayəndə heyəti şirkətin ölkəmizdə fəaliyyətini əks etdirən fotostendə baxıb. Bildirilib ki, şirkət artıq 10 ildən çoxdur ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərə təmənnasız optometrik xidmət göstərir, bu qəbildən olan insanlara optik, günəş eynəkləri, eşitmə aparatları və digər müxtəlif vasitələr paylayır.
Sonra nümayəndə heyətinin rəhbəri, Baş nazirin müavini Əli Həsənov şirkətin rəhbəri, dünya şöhrətli optometrist Akio Kanai ilə görüşüb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı, həmçinin Azərbaycan hökumətinin dəstəyi ilə Yaponiyanın “Fuji Optical Co.LTD” şirkətinin 2005-ci ildən etibarən hər il məcburi köçkünlərə, aztəminatlı əhaliyə optometrik xidmət göstərdiyi xatırlanıb.
Əli Həsənov Azərbaycandakı qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə göstərilən təmənnasız optometrik xidmətə görə Akoi Kanaiyə təşəkkürünü bildirib. Qeyd edib ki, ötən müddətdə şirkət tərəfindən 43 minə yaxın yüksək keyfiyyətli optik eynək və digər vasitələr ölkəyə gətirilərək bu təbəqədən olan soydaşlarımıza çatdırılıb. Ümumilikdə 22 mindən çox qaçqın, məcburi köçkün və aztəminatlı şəxs “Fuji Optical Co.LTD” şirkətinin bu xeyirxah missiyasından yararlanıb. 2005-2015-ci illərdə şirkət tərəfindən Azərbaycandakı fəaliyyətin yerinə yetirilməsi üçün 2 milyon dollara yaxın vəsait xərclənib. Akio Kanainin 2006-cı ildə “Nansen qaçqın mükafatı”na layiq görüldüyünü xatırladan Baş nazirin müavini bildirib ki, dünya şöhrətli optometrist aldığı pul mükafatını da Beyləqan rayonunun Yeni Xocavənd qəsəbəsində azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün artezian quyusunun qazılmasına sərf edib.
Əli Həsənov vurğulayıb ki, Yaponiyanın “Fuji Optical Co.LTD” şirkətinin Azərbaycandakı fəaliyyəti ən böyük humanistlik və xeyirxahlıq nümunəsidir. Bu xeyirxah missiyanın bundan sonra da uğurla davam etdirilməsi üçün Azərbaycan hökuməti tərəfindən hərtərəfli şərait yaradılacaq.
Akio Kanai Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün yaradılan hərtərəfli şəraitdən məmnunluğunu ifadə edib. O, missiyanın uğurla həyata keçirilməsinə lazımi kömək göstərdiyinə görə Azərbaycan hökumətinə, yerli icra strukturlarına minnətdarlığını bildirib. Artıq 10 ildir ölkəmizə mütəmadi olaraq səfər etdiyini deyən optometrist Azərbaycanda gördüyü qonaqpərvərliyin, mehribanlığın onda xoş təəssüratlar yaratdığını söyləyib. O, gələcəkdə də bu missiyanın davam etdiriləcəyini bildirib.
Azərbaycan nümayəndə heyətinə şirkətin ölkəmizdə fəaliyyətinə həsr edilmiş məlumatların toplandığı kitablar hədiyyə olunub.
Baş nazir müavini Əli Həsənov şirkətin xatirə kitabına ürək sözlərini və ən xoş arzularını yazıb.
* * *
“Fuji Optical Co.LTD” şirkətinin Sapporo şəhərində yerləşən müəssisəsinə gələn Azərbaycan nümayəndə heyətinə istehsal prosesi, burada hazırlanan məhsullar və satış mərkəzi haqqında ətraflı məlumat verilib. Nümayəndə heyəti şirkətdə optik linzaların hazırlanması prosesini izləyib.
Sapporo şəhərinə səfəri çərçivəsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Yaponiya kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirib.
Yapon jurnalistlərin suallarını cavablandıran Əli Həsənov Azərbaycanın coğrafi mövqeyi, yaxın tarixi, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etməsi, qonşu Ermənistanın əsassız ərazi iddiaları nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Bildirib ki, havadarlarının dəstəyinə arxalanan Ermənistanın işğalçı siyasətinə, uzun illər davam edən münaqişəyə və bunun nəticəsində yaranmış problemlərə baxmayaraq, Prezident İlham Əliyevin dərindən düşünülmüş siyasəti Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən dövlətləri sırasına çıxarıb. Ölkə rəhbərliyinin təbii sərvətlərdən bacarıqla istifadə etməsi nəticəsində Azərbaycan görünməmiş inkişafa nail olub. Məhz bu uğurlar respublikamızı mühüm beynəlxalq forumların, mədəni tədbirlərin və idman yarışlarının keçirildiyi mərkəzə çevirib. Azərbaycan rəhbərliyinin bu siyasəti ölkəmizi bütün dünyada sülhsevər, insanpərvər, tolerant və tərəqqiyə can atan bir dövlət kimi tanıtdırıb.
Azərbaycanın qarşıya böyük hədəflər qoyaraq onlara doğru qətiyyətlə irəlilədiyini vurğulayan Əli Həsənov Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası barədə ətraflı məlumat verib. Bildirib ki, qarşıdakı illərdə Azərbaycanda işsizlik minimum həddə enəcək, ölkəmiz inkişaf etmiş dövlətlər sırasına daxil olacaq, milli iqtisadiyyatın neftdən asılılığı tam aradan qaldırılacaq.
Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib. Vurğulayıb ki, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib və bunun nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün ordusu yaranıb. BMT Təhlükəsizlik Şurasının Ermənistanın zəbt etdiyi torpaqları qeyd-şərtsiz boşaltması barədə dörd qətnaməsinə baxmayaraq, bu ölkə hələ də işğala son qoymaq istəmir. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti də hələ ki bir nəticə vermir.
Azərbaycan ilə Yaponiya arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran Əli Həsənov deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyondan artıq azərbaycanlıya hərtərəfli yardım göstərən ölkələrdən biri də məhz Yaponiyadır.
“Fuji Optical Co.LTD” şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirən Baş nazirin müavini bunun ən böyük humanistlik və xeyirxahlıq nümunəsi olduğunu bir daha xatırladıb. Bu xeyirxah missiyanın bundan sonra da uğurla davam etdirilməsi üçün Azərbaycan hökuməti tərəfindən hərtərəfli şərait yaradılacağını diqqətə çatdırıb.
Yaponiya mətbuatının Azərbaycan nümayəndə heyətinin səfərinə göstərdiyi böyük marağa görə təşəkkürünü bildirən Əli Həsənov yapon jurnalistləri ölkəmizdəki sürətli inkişafı, əldə olunan böyük uğurları görmək üçün Azərbaycana dəvət edib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

