Azərbaycan ümumdünya qadınlarının dialoq platformasını formalaşdırır
04.09.2015 [10:17]
İCAPP-ın Qadınlar Qolunun III iclasında bir sıra vacib məsələlər müzakirə olunub
Ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələri yüksələn xətlə inkişaf edir. Partiyanın beynəlxalq əməkdaşlığının coğrafiyası genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. YAP müasir qloballaşan dünyanın çağırışlarına çevik reaksiya verərək, əməkdaşlıq imkanlarından maksimum faydalanır və Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində geniş fəaliyyət göstərir. Ümumiyyətlə, YAP-ın müxtəlif ölkələrin siyasi partiyaları və demokratik təsisatları ilə qurduğu işgüzar və səmimi münasibətlər ardıcıl olaraq inkişaf edir. YAP-ın beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. YAP dünyada mövcud olan siyasi partiyaların, beynəlxalq birliklərin işində də yaxından iştirak edir. Bunların sırasında Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransını (İCAPP) xüsusi vurğulamaq lazımdır. YAP bu təşkilat çərçivəsində aktiv fəaliyyət göstərir və aparıcı rola malikdir. Həmçinin, YAP bu təşkilatın bir çox tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edib.
Yeri gəlmişkən, sentyabrın 2-də Bakıda YAP-ın ev sahibliyi ilə İCAPP-ın Qadınlar Qolunun III iclası keçirilib. 18 ölkədən 40 nəfərə yaxın nümayəndənin iştirak etdiyi iclasda qadınların dünyada üzləşdiyi problemlər və bu problemlərdən çıxış yolları geniş müzakirə olunub.
Tədbirin əhəmiyyətindən danışan YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun III iclasının Bakı şəhərində keçirilməsi çox önəmlidir. M.İbrahimqızı bildirib ki, bu cür konfranslar quruma üzv olan dövlətlərdə qadınların inkişafına, qarşıda duran problemlərin həllinə mühüm töhfə verir. Onun sözlərinə görə, YAP İCAPP-ın aparıcı üzvlərindən biridir. “Asiyada 70-dən çox ölkə var. İCAPP-da bu ölkələri 300-dən çox siyasi partiya təmsil edir. İCAPP-ın bir neçə mötəbər iclasları YAP-ın təşkilatçılığı ilə Bakıda keçirilib. Üçüncü ildir ki, İCAPP-ın Qadınlar Qolu mövcuddur. İnanırıq ki, Bakı toplantısında aparılan müzakirələr, qəbul olunan qərarlar təşkilatın işinə böyük töhfələr verəcək”, - deyə M.İbrahimqızı vurğulayıb. Keçirilən tədbirin qadınlar hərəkatında yeni səhifə açacağını deyən M.İbrahimqızı Azərbaycanın Asiya qadın hərəkatı ilə yanaşı, bu istiqamətdə dünyadakı mövqeyindən də bəhs edib. Qeyd edib ki, Asiya qadınlarının böyük potensialı olsa da, onların dövlət qurumlarında təmsil olunması kifayət qədər deyildir və buna böyük zərurət vardır. “Biz istərdik ki, bu istiqamətdə qazandığımız təcrübəni bir-birimizlə paylaşaq. Əminəm ki, İCAPP-ın Qadınlar Qolu özünün xoş məramı ilə Asiyanın bütün siyasi qadınlarını qanadı altına alacaq. Bu tədbirimiz qadınlar hərəkatında yeni tarix olmaqla yanaşı, dünyada dostluq və əməkdaşlıq, sülh və bərabərlik, təhlükəsizlik və davamlı inkişaf üçün əsas rol oynayacaqdır”, - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.
“Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun III iclasının Bakıda keçirilməsi böyük ictimai-siyasi əhəmiyyətə malikdir”. Bu fikri isə YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. İclasda “Qadınların sağlamlığı və təhsili üzrə II plenar sessiya”da məruzə ilə çıxış etmiş Sədaqət Vəliyeva açıqlamasında bildirib ki, Asiya ölkələrinin aparıcı siyasi partiyalarının təmsilçilərinin Azərbaycanda toplanması regional və qlobal miqyasda mesajların verilməsinə əsas yaratdı: “İlk olaraq, deyim ki, ümumiyyətlə, İCAPP-ın mühüm iclaslarının Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycanda keçirilməsi həm ölkəmizin siyasi-iqtisadi qüdrətini nümayiş etdirir, həm də ölkəmizin iqtidar partiyasının dünya miqyasında nüfuzundan xəbər verir. Asiyanın 20-dək aparıcı ölkəsinin qadın nümayəndələrinin Bakıya gəlmələri, Azərbaycanın sürətli inkişafını əyani şəkildə görmələri və bunu dilə gətirərək səmimi etiraflar etmələri də təbii ki, ölkəmizin uğuru sayılır. Bilirsiniz ki, bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər bir sıra qərəzli dairələri narahat etdiyindən ölkəmizə qarşı hücumlar edilir. İnformasiya əsrində isə bunu daha geniş şəkildə həyata keçirməyə cəhdlər göstərirlər. Lakin bu cür tədbirlərin keçirilməsilə bir daha isbatlanır ki, Azərbaycanda siyasi-iqtisadi inkişafla yanaşı, demokratik proseslər yüksək səviyyədə həyata keçirilir, insan hüquq və azadlıqları təmin edilir, qadınlar sosial-ictimai sektorda olduğu kimi siyasi və idarəetmə sahəsində də irəli çəkilir, onlara yüksək etimad göstərilir”.
Deputat əlavə edib ki, bu iclasla regionlarda baş verən müharibələrin ağır nəticələrinə, qadınlar və uşaqlarla bağlı problemlərə və onların həll yollarına diqqət çəkilib: “Hər kəsə bəllidir ki, bu gün istər Yaxın və Orta Şərqdə, istərsə də, Cənub-Şərqi Asiya regionlarında iri və xırda münaqişələr mövcuddur. Məhz bu münaqişələrdə daha çox əziyyət çəkən qadınlar və uşaqlar olur. Azərbaycanda toplaşan Asiya ölkələri qadınları dünya qadınlarına səslənərək bu cür müharibələrə, qadın və uşaq ölümlərinə qarşı birgə mübarizə aparmağı təklif etdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə diqqət yetirildi və bir daha bu cür müharibələrin baş verməməsi üçün birgə səylərin artırılmasının vacibliyi önə çəkildi”.
Deputat əlavə olaraq qeyd edib ki, Azərbaycan bu cür konfranslar, iclaslar keçirməklə ümumdünya qadınlarının dialoq platformasını formalaşdırır.
YAP Gənclər Birliyinin sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Samirə Quliyeva İCAPP-ın Qadınlar Qolunun III iclasının Azərbaycanda keçirilməsini, ilk növbədə, ölkəmizin, o cümlədən, Yeni Azərbaycan Partiyasının beynəlxalq nüfuzu ilə əlaqələndirib. Azərbaycan qadınının öz keçmişinə, milli və mənəvi, eləcə də, bəşəri dəyərlərə sadiq olduğunu deyən S.Quliyeva qadınlara ilk səsvermə hüququnun da ötən əsrin əvvəlində məhz ölkəmizdə verildiyini xatırladıb. Onun sözlərinə görə, Azərbaycanın Asiya ölkələri ilə ikitərəfli və çoxtərəfli münasibətlər qurmasının çox ciddi əsasları var. İCAPP-ın Qadınlar Qolunun geniş fəaliyyət göstərərək siyasi proseslərə öz töhfəsini vermək imkanına malik olduğunu söyləyən S.Quliyeva sülh, əmin-amanlıq, ədalət uğrunda mübarizədə Azərbaycan qadınlarının dünya ölkələrinin qadınları, o cümlədən, asiyalı qadınlarla birgə olduqlarını vurğulayıb.
“Müstəqil Azərbaycanda qadın siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan qadınları dövlət qurumları, hüquq-mühafizə orqanları, sənaye və biznes sahələrində təmsil olunurlar. Dünya təcrübəsi göstərir ki, müasir dövrdə hər bir ölkədə insan hüquqlarının başlıca komponentlərindən biri gender bərabərliyinin təmin olunmasıdır. Bu sahədə mövcud problemlərin həlli istiqamətində məqsədyönlü və davamlı addımlar atmadan ölkədə vətəndaş cəmiyyəti quruculuğuna, sosial-iqtisadi inkişafa nail olmaq mümkün deyil. Gender bərabərliyinin təmin olunması bilavasitə güclü dövlət dəstəyi ilə mümkündür. Məhz buna görə də dövlət başçısı İlham Əliyev müstəqil Azərbaycanda qadın hüquqlarının qorunması və inkişafı siyasətinin formalaşdırılmasına böyük diqqət yetirir. Hesab edirəm ki, Azərbaycanın bu yöndəki təcrübəsi Asiya ölkələri üçün nümunə ola bilər. Bu baxımdan, İCAPP-ın Qadınlar Qolunun növbəti toplantısının Bakıda keçirilməsi əhəmiyyətlidir”, - deyə S.Quliyeva qeyd edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58

