Dövlətlərin siyasi maraqları və Azərbaycanın təhlükəsizliyi
17.09.2015 [10:07]
Prezident İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə dünya siyasətinin mühüm aspektləri, digər ölkələrin fonunda Azərbaycanda sabit siyasi vəziyyətin qorunub-saxlanması, ümumi böhranın və neftin qiymətinin düşməsi kontekstində güclənən iqtisadi inkişafa toxunulub.
Müşavirədə çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, Avrasiyadakı siyasi, hərbi və iqtisadi böhranın əsas səbəbi ayrı-ayrı ölkələrin sabitliyinin və siyasi maraqlarının pozulmasıdır.
Dövlət başçısı vurğulayıb ki, müxtəlif obyektiv və subyektiv səbəblər iqtisadi enişlə nəticələnə bilər, amma bizim vəzifəmiz maksimum şəkildə ölkə iqtisadiyyatını dünyadakı neqativ proseslərdən qorumaq, dövlətimizin təhlükəsizliyini, sabitliyini və iqtisadi inkişafını təmin etməkdir. Dövlət başçısının sözlərinə görə, destabilləşməyə səbəb dünyanın bir sıra aparıcı ölkələrinin hərbi müdaxiləsidir. Yaxın Şərq və Şimali Afrikada hökm sürən indiki xaosun səbəbi məhz budur. Bu proseslərdən ən çox zərər görənlər isə dinc, heç nədə günahı olmayan insanlardır. Müharibə dəhşətindən xilas olmağa çalışan yüz minlərlə insan evlərini tərk edir və Qərbə yönəlir.
Bu, xarici müdaxilənin, bu ölkələrdən heç birinin ənənələri və xüsusiyyətlərini nəzərə almadan Qərb dövlətlərinin idarə etdiyi müəyyən standartların tətbiqinə cəhdin nəticəsidir. Nəticədə yüz minlərlə miqrant ölkələrindəki fəlakətlərdən xilas olaraq Avropaya axın edir.
Nə vaxtsa Şimali Afrikada və Yaxın Şərqdə baş verənləri “Ərəb baharı” adlandırmaqla dünya ictimaiyyəti əsl faciə ilə qarşılaşdı, belə ki, nəticələr özünü çox gözlətmədi. İndi bu mürəkkəb vəziyyətdən çıxış yolları axtarmağın, düşünülmüş qərarlar qəbul etməyin vaxtıdır.
Prezident İlham Əliyev haqlı olaraq qeyd edib ki, Avropa İkinci Dünya müharibəsindən sonra ilk dəfə belə irimiqyaslı humanitar fəlakətlə üzləşib. Qərbin bir çox uzaqgörən siyasətçiləri bunu qəbul edirlər. Bu, bir vaxtlar öz evləri və sabit gəlirləri olan, indi isə heç nələri qalmayan adi insanlara təsir edən fəlakətdir. Son nəticədə onlar sanki avropalı siyasətçilərə Şimali Afrika və Yaxın Şərq ölkələrinə qarşı atdıqları səhv addımları xatırladaraq Avropaya üz tuturlar.
Yüz minlərlə qaçqının Avropaya axın etdiyi Yaxın Şərqdə və Şimali Afrikadakı hazırkı vəziyyət başda ABŞ olmaqla Qərb koalisiyasının bu ölkələrə qarşı qəbul etdiyi məsuliyyətsiz qərarların aydın göstəricisidr. Dövlətimizin başçısı qeyd edib ki, miqrantlar artıq bir neçə ildir ki, bu humanitar fəlakətlə üz-üzədirlər.
Azərbaycana gəldikdə isə, bu mənfi fonda ölkə iqtisadiyyatı inkişaf etməyə davam edir, sabitlik möhkəmlənir, beynəlxalq mövqeyimiz daha da güclənir. Azərbaycanla əməkdaşlıq edən ölkələrin sayı günü-gündən artır. Azərbaycan beynəlxalq birliyin vacib və nüfuzlu üzvlərindən birinə çevrilib. Ölkədəki proseslər müsbət istiqamətdə inkişaf edir. Ölkəmizin iqtisadiyyatı hətta böhran illərində uğurla inkişaf edir, - deyə Azərbaycan Prezidenti bildirib.
Azərbaycanın ətrafında baş verənlərin fonunda ölkəmiz həqiqətən sabitlik və təhlükəsizlik adası kimi görünür. Çıxışında Azərbaycandakı iqtisadi vəziyyətə toxunan Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizin ətrafında baş verən neqativ proseslərə, həmçinin neftin qiymətinin düşməsinə baxmayaraq, biz yenə də uğurla inkişaf edirik. Belə ki, cari ilin ilk yarım ilində ÜDM 6 faiz artıb və s. Bütün bunlar bu nəticələrin heç də təsadüfi olmadığını göstərir.
Yeri gəlmişkən, dövlət başçısı çıxışında qeyd edib ki, neftin qiymətinin düşməsi heç də hər zaman təbii proses deyil, belə ki, bu, ayrı-ayrı ölkələrdəki vəziyyətin destabilləşməsində maraqlı olan aparıcı dünya dövlətlərinin xüsusi addımı da ola bilər. Belə vəziyyətlərdə bu ölkələrin planları ilə oynamaq yox, öz iqtisadiyyatının effektivliyini qoruyub saxlamağa çalışmaq lazımdır.
Azərbaycan Prezidenti bildirib ki, cari ilin başa çatan dövrü ərzində qeyri-neft sahəsi 9 faizdən çox inkişaf edib, inflyasiya ən aşağı səviyyədədir, kənd təsərrüfatı məhsullarının istehsalı 7.3 faiz, qeyri-neft sənayesi məhsullarının istehsalı isə 14 faiz artıb. Bütün bunlar böhran ilində əldə olunmuş nailiyyətlərdir. Dünya miqyasında belə yüksək nəticələr görmək çətindir. Çünki biz, ilk növbədə, güclü siyasi iradəyə malikik və öz siyasətimizi yalnız Azərbaycan xalqının maraqları üzərində qururuq. Burada əsas amil düşünülmüş, iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafına istiqamətlənmiş siyasətdir.
Ölkə Prezidenti bəyan edib ki, Yaxın Şərqdə həyata keçirilən iyrənc ssenari Azərbaycan üçün də hazırlanmışdı. 2011-ci və 2012-ci illərdə bəzi xarici dairələr Azərbaycanda sabitliyi pozmaq, ölkəni xaos və hərc-mərclik, iqtisadi tənəzzül və siyasi ekstremizm girdabına, mənəvi-əxlaqi və intellektual böhrana sürükləmək üçün əllərindən gələni etdilər. “Beşinci kolon”un Azərbaycana girməsi və vəziyyətin gərginləşməsinə səbəb olması məqsədilə böyük məbləğdə pullar, on milyonlarla dollar sərf olundu.
Bunlar artıq sübut edilmiş faktlar və rəqəmlərdir. Vəziyyətin gərginləşdirilməsi, xaricdəki müəyyən dairələrə xidmət edən şəxslərin hakimiyyətə gətirilməsi, Azərbaycanın nəzarət altına salınması, ölkəmizin özünüidarə qaydalarını, daxili və xarici siyasətdə hansı prioritetlərin seçilməsinin diktə oluna biləcəyi “oyuncağa” çevrilməsi tapşırığı verilmişdi.
Bu arada məlum oldu ki, Avropa Parlamenti Azərbaycan barədə ifrat subyektivliyi ilə seçilən və anti-Azərbaycan xarakterini aydın əks etdirən qətnamə qəbul edib. Sənəddə xüsusilə Azərbaycanda guya vətəndaş institutlarına qarşı təzyiqlərin olması, xaricdən maliyyələşən qeyri-hökumət təşkilatları üçün hüquqi çərçivələrin məhdudlaşdırılması diqqətə çatdırılır.
Qətnamədə Avropa İttifaqına azərbaycanlı məmurlara, hakimlərə və siyasətçilərə qarşı məqsədli sanksiyalar tətbiq etmək, həmçinin Azərbaycanla Aİ arasındakı strateji tərəfdaşlıq sazişi ilə bağlı işi dayandırmaq tövsiyə olunur.
Təəssüflə qeyd etmək lazımdır ki, Avropa Parlamenti bəzi Qərb dairələrinin müstəqil ağıllı siyasət yürüdən ölkələrə qarşı hərtərəfli təzyiq göstərməyə çalışdıqları böyük mexanizmin halqalarından biridir. Bu fakt uzun müddətdir ki, şübhə doğurmur.
Bütün deyilənlərdən belə nəticə çıxır ki, müəyyən qüvvələrin Azərbaycanda vəziyyəti destabilləşdirmək cəhdləri uğursuzluqla nəticələnəcək, xalqın dəstəyinə arxalanan ölkə rəhbərliyi isə respublikanın təhlükəsizliyinin, sabitliyinin və iqtisadi inkişafının təmin olunması üçün əlindən gələni edəcəkdir.
Newtimes.az
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58

