Obama "erməni soyqırımı"nı tanımaqdan imtina edəcək
18.03.2009 [13:36]
Bütün ermənilər və Türkiyə ictimaiyyəti aprelin 24-də ABŞ prezidenti Barak Obamanın ağzından çıxacaq bir kəlməni gözləyir. Görəsən, seçki kampaniyası dövründə ermənilərə “soyqırımı” tanıyacağı yönündə vəd verən Obama bu iddiaları tanıyan ilk ABŞ dövlət başçısı olmaq istəyəcəkmi? İstər Türkiyə mətbuatında, istər ABŞ mediasında bu məsələ ilə bağlı şərhlər müxtəlifdir. Türkiyə KİV-i bir neçə gün öncə Hillari Klintonun Ankaraya gerçəkləşmiş ziyarətinə qədər bu məsələyə daha pessimist yanaşırdısa, səfərin ardından ab-hava bir az yumşalıb. Elə ABŞ mətbuatı da seçkilərdən əvvəl müşahidə etdiklərimizdən fərqli olaraq, Obamanın “soyqırımı” iddialarını tanıyacağına şübhə yeri qoyur.
Məsələn, ABŞ-ın Kaliforniya ştatında dərc olunan “Los Angeles Times” qəzeti Barak Obama administrasiyasının aprelin 24-də veriləcək ənənəvi prezident açıqlamasında 1915-ci il hadisələrini soyqırım olaraq qiymətləndirməkdə tərəddüd etdiyini yazıb. Qəzet administrasiyanın Türkiyənin Orta Şərq regionunda ABŞ-a dəstəyini riskə atmamaq üçün açıqlamanı təxirə salmağı düşündüyünü xəbər verib: “Prezident Obama və digər səlahiyyətli şəxslər prezident seçkiləri kampaniyasında Osmanlı türkləri tərəfindən 1915-ci ildə həyata keçirilən erməni qətllərini rəsmən soyqırım kimi tanımağı vəd etmişdilər. Ancaq administrasiya hazırda Əfqanıstan, İraq, İran və digər təhlükəsizlik məsələlərində Ankaradan yardım istəyir. Səlahiyyətli şəxslər Türkiyə ilə qonşu Ermənistan arasındakı münasibətlərdə buzların əriməsi istiqamətində irəliləyişlərə də diqqət çəkərək prezident açıqlamasını təxirə salmağı düşünürlər. ABŞ-ın açıqlaması bu irəliləyişləri təhlükə altına sala bilər”.
Qəzetə açıqlama verən ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Maykl Hammer də hazırda Ermənistanla Türkiyənin keçmişlə bağlı problemlərinin həlli üçün çalışdıqlarını deyib. O, münasibətlərdəki irəliləyişin cəsarətləndirici olduğunu vurğulayaraq Ermənistanla Türkiyə arasında keçmişə dair açıq və dürüst dialoqun əhəmiyyətinə inandıqlarını söyləyib. ABŞ-ın Türkiyədəki sabiq səfiri Mark Perris isə bildirib ki, Türkiyə B. Obamanın “soyqırımı” tanıyacağını düşünərsə, Ermənistanla münasibətləri düzəltməkdə istəksiz ola bilər.
Ermənistanın ən böyük müttəfiqi olan Rusiyada da ABŞ-ın “erməni soyqırımı”nı tanıyacağına inananlar çox azdır. Şimal qonşumuzda da belə bir fikir hakimdir ki, Obamanın vədləri yalnız seçkidə xal toplamaq üçün olub və reallaşdırılması mümkün deyil. Rusiya Elmlər Akademiyası yanında ABŞ və Kanada İnstitutunun rəhbəri Sergey Roqov deyib ki, bu gün Türkiyə ABŞ-ın ən yaxın müttəfiqlərindən biridir, ona görə də “erməni soyqırımı”nı tanımaq Vaşinqton üçün heç bir siyasi divident qazandırmır: “ABŞ-da kürsüyə əyləşən hər bir demokratik seçki kampaniyası dövründə xeyli vədlər verir. Onların çoxu isə reallaşmamış qalır. Məsələn, bundan öncəki dövrlərdə də ABŞ prezidentliyinə namizəd olmuş demokratlar ən yüksək posta seçiləcəyi təqdirdə Birləşmiş Ştatların Tel-Əvivdəki konsulluğunun binasının Qüdsə keçiriləcəyi yönündə vəd verib, amma heç biri bu addımı atmağa cəsarət etməyib. “Erməni soyqırımı” məsələsi də bu məsələlərdən biridir”.
Elə Ermənistanın özündə də vaxt daraldıqca bununla bağlı ümidlər tükənir. Xarici işlər nazirinin müavini Arman Kirokasyan qatıldığı tədbirlərin birində sualları cavablandlırarkən “Obamanın verdiyi sözü tutacağından əmin deyilik” cavabını verib.
Göründüyü kimi, aprelin 24-ə qalan vaxt azaldıqca Obamanın “erməni soyqırımı”nı tanıyacağına dair inamlar azalır və şübhəsiz, ABŞ-ın Türkiyə ilə münasibətlərə böyük zərbə olacaq bu addımı atmayacağına inananlar daha çoxdur. üstəlik, son zamanlar Vaşinqtonla Ankara arasında təmaslar belə mütəmadiləşmiş və effektiv hal almışkən Obamanın belə bir davranış sərgiləyəcəyi şübhə doğrurur. Digər tərəfdən, Vaşinqtonun indi Türkiyəyə İraq əməliyyatlarında olduğu qədər çox ehtiyacı var.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54
Dünya
19 Yanvar 10:20
Dünya
19 Yanvar 10:09
Dünya
19 Yanvar 09:41
Sosial
19 Yanvar 09:18
Sosial
19 Yanvar 08:56
Dünya
19 Yanvar 08:22
Dünya
19 Yanvar 08:10
Sosial
19 Yanvar 08:03
Dünya
19 Yanvar 07:45
Elm
18 Yanvar 23:32
Hadisə
18 Yanvar 22:15

