Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin qədim və zəngin tarixi var
15.12.2015 [10:32]
Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin qədim və zəngin tarixi var. Azərbaycan və türkmən xalqlarını bir çox ortaq dəyərlər birləşdirir. Bunlar ilk növbədə xalqlarımızın eyni köklərə bağlı olmasıdır.
Bu sözləri Türkmənistanın paytaxtı Aşqabadda “Bitərəflik siyasəti: Sülh, təhlükəsizlik və inkişaf naminə beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən konfransda Azərbaycan Respublikasını təmsil edən nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədri Oqtay Əsədov deyib.
Konfransın iştirakçıları əvvəlcə Aşqabaddakı “Bitərəflik” monumentini ziyarət ediblər.
Sonra Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə rəsmi şəxslərin salamlaşma mərasimi keçirilib.
Türkmənistan Prezidenti konfransda çıxış edərək bildirib ki, artıq 20 ildir ölkəsi bitərəf dövlət statusunu saxlamaqla əmin-amanlıq və inkişaf naminə beynəlxalq əməkdaşlığa öz töhfəsini verir. O, çıxışında bir çox ölkələrlə əməkdaşlığın müxtəlif cəhətlərinə toxunub, bitərəfliyin 20 illik yubileyinə həsr olunan konfransa qatılan iştirakçılara minnətdarlığını bildirib.
Konfransda çıxış edən Oqtay Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və təbriklərini, eləcə də Türkmənistan xalqına və dövlətinə ən xoş arzularını çatdırıb. Bildirilib ki, konfransda aparılan fikir mübadiləsi və müzakirələr qardaş Türkmənistanın son 20 ildə keçdiyi inkişaf yoluna nəzər salmağa imkan verəcək və bitərəflik siyasəti yolunda qazandığı təcrübəni dərindən öyrənməyə kömək göstərəcək. Oqtay Əsədov vurğulayıb ki, bitərəflik statusu dövlətlərin uğurlu müstəqil inkişafının təminatçısı və səmərəli xarici siyasət modeli olduğunu artıq sübuta yetirib. Bu statusun əsas prinsipləri onu beynəlxalq təhlükəsizlik sisteminin mühüm elementinə çevirib. Türkmənistan dünyada yeganə dövlətdir ki, onun bitərəflik statusu BMT Baş Məclisinin 1995-ci il 12 dekabr tarixli qətnaməsi ilə bəyənilib və təsdiq edilib. Bu tarixi seçim Türkmənistana öz xarici siyasət strategiyasının əsas məzmununu və istiqamətini müəyyənləşdirməyə, xarici dövlətlər ilə bərabərhüquqlu münasibətlər qurmağa imkan verib. Türkmənistanın bitərəflik potensialı bölgədə sülh və sabitliyin qorunmasının, konstruktiv dialoq və tərəfdaşlığın təmin edilməsinin ən vacib amillərindən birini təşkil edir.
Milli Məclisin sədri bildirib ki, ötən əsrin sonlarında Azərbaycan və Türkmənistan müstəqilliklərini bərpa etdikdən sonra xalqlarımız arasında əlaqələrin möhkəmlənməsi və inkişaf etməsi üçün tamamilə yeni şərait yaranıb. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən ölkələrimiz bu gün müxtəlif sahələrdə səmərəli əməkdaşlıq edirlər. Prezidentlər İlham Əliyev ilə Qurbanqulu Berdiməhəmmədovun fəal siyasi təmasları Azərbaycan-Türkmənistan əlaqələrinin intensiv inkişafı üçün möhkəm təməl rolunu oynayır. İki ölkə arasında münasibətlərin inkişafında parlamentlər də yaxından iştirak edirlər.
Çıxışının sonunda O.Əsədov Türkmənistan Prezidentini və türkmən xalqını bir daha bitərəflik bayramı və yubileyi münasibətilə ürəkdən təbrik edib, onlara sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.
Digər çıxışlarda da vurğulanıb ki, bitərəflik statusu beynəlxalq maliyyə və sənaye qurumlarının Türkmənistana etibarını və ölkə iqtisadiyyatının xarici investisiyalar üçün cazibədarlığını artırıb. Zəngin karbohidrogen ehtiyatlarından və digər təbii ehtiyatlardan səmərəli istifadə olunması, qeyri-neft sektorunun inkişaf etdirilməsi Türkmənistan əhalisinin firavan yaşayışını və rifahını təmin edir.
Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovun konfransda iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri olub. Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər də konfransda iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45

