Mübariz Qurbanlı: Dünyadakı bütün problemlərin həlli multikulturalizmdən asılıdır
10.02.2016 [10:08]
Fevralın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbinin müxtəlif ölkələrdən olan iştirakçıları ilə görüşüb.
Mübariz Qurbanlı bildirib ki, bu gün dünyada multikulturalizmin alternativi yoxdur. Tarixən tolerant və multikultural dəyərləri üstün tutan, əhalisinin 96 faizini müsəlmanlar təşkil edən Azərbaycanda bütün dinlərin nümayəndələri - müsəlman, xristian, yəhudilər əsrlərdir sülh və qardaşlıq şəraitində yaşayırlar. Azərbaycan multikulturalizm modelinin dünyaya nümunə ola biləcəyini vurğulayan Komitə sədri ölkəmizdə İslam dininin müxtəlif məzhəbləri arasında həmrəylik olduğunu, Cənubi Qafqazın ən böyük məscidi sayılan Heydər məscidində vəhdət namazlarının qılındığını diqqətə çatdırıb.
Ölkəmizdəki dini konfessiyalar barədə iştirakçılara ətraflı məlumat verən Mübariz Qurbanlı bildirib ki, bu konfessiyalar anlaşma şəraitində fəaliyyət göstərirlər. Azərbaycanda multikultural mühitin kökündə Azərbaycan xalqının mentalitetinin, xalqın tərbiyəsinin dayandığını deyən Komitə sədri azərbaycanlı ailələrdə kiməsə nifrət hissinin deyil, sevginin, hörmətin, humanizm, mərhəmət hisslərinin təşviq edildiyini vurğulayıb.
Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi, eləcə də həyata keçirilən bütün bu işlər multikulturalizmin dövlət siyasətində prioritet olmasının, Azərbaycanda müxtəlif konfessiyalar və etnik birliklərin dostluq, qardaşlıq şəraitində yaşamasının, ölkəmizdə normal multikultural mühitin mövcudluğunun göstəricisidir. Azərbaycanda dövlət siyasətinin tolerant mühiti dəstəklədiyini diqqətə çatdıran Mübariz Qurbanlı qeyri-islam dini icmalara dövlət tərəfindən mütəmadi maliyyə yardımı göstərildiyini, məscidlər, sinaqoqlar və kilsələrin “mavi yanacaq”la təminatda güzəştlər əldə etdiklərini deyib.
Mübariz Qurbanlı qeyd edib ki, dünyanın 30 ölkəsində milli, etnik, dini zəmində toqquşmalarda son 15 ildə ölənlərin sayı orta hesabla 2,5 milyona çatıb, ən azı, 50 milyon insan isə öz torpağından didərgin düşüb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə iştirakçılara geniş məlumat verən, bu münaqişə nəticəsində ərazilərimizin 20 faizinin işğal olunduğunu, 1 milyon azərbaycanlının öz doğma yurd-yuvasından didərgin düşdüyünü vurğulayan Mübariz Qurbanlı ermənilərin işğal etdikləri ərazilərdə tarixi və dini abidələrimizi məhv etdiklərini bildirib. Komitə sədri dünyadakı bütün problemlərin həllinin dinlər, sivilizasiyalararası dialoqlardan, digər dinlərin, dillərin, müxtəlif mədəniyyətlərin, eləcə də ayrı-ayrı irqlərin nümayəndələrinə bərabər münasibətin, hörmətin göstərilməsindən - multikulturalizmdən asılı olduğunu deyib.
Qeyd edək ki, 2015-ci ilin yaz və payız semestrlərində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm adamlarının qatıldıqları Beynəlxalq Multikulturalizm qış məktəbinə Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya və Almaniyanın ali təhsil ocaqlarından 43, Azərbaycanın yerli universitetlərindən 12 nəfər olmaqla, ümumilikdə 55 tələbə, eləcə də yerli və xarici mütəxəssislər qatılıblar.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40

