/ / İsveçrə rəsmiləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər barədə məlumatlandırılıb
İsveçrə rəsmiləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər barədə məlumatlandırılıb
16.04.2016 [10:55]
Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti İsveçrənin Bern şəhərində işgüzar səfərdə olub.
Azərbaycanın İsveçrədəki səfirliyinin məlumatına görə, Milli Məclisin nümayəndə heyəti əvvəlcə İsveçrə parlamentinin yuxarı palatası olan Kantonlar Şurasının sədri Rafael Kont ilə görüşüb. Görüşdə Bahar Muradova aprelin əvvəlində Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca baş vermiş döyüşlər, münaqişə zonasındakı hazırkı vəziyyət və Azərbaycanın dünya ictimaiyyətindən, o cümlədən İsveçrədən gözlədikləri barədə ətraflı məlumat verib.
R.Kont İsveçrənin hər zaman beynəlxalq hüququ dəstəklədiyini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də məhz beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.
Daha sonra tərəflər Azərbaycanla İsveçrə arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə, o cümlədən ölkələrin parlamentləri arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Milli Məclisin nümayəndə heyətinin Kantonlar Şurasının xarici siyasət komitəsinin sədri Kristian Levra və üzvləri ilə görüşündə tərəflər bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, cəbhə bölgəsində baş verən son hadisələr, habelə iki ölkənin parlamentləri arasında əməkdaşlıq, o cümlədən müxtəlif beynəlxalq təşkilatların parlament ölçüləri çərçivəsində qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.
Nümayəndə heyətinin İsveçrənin xarici işlər üzrə dövlət katibi İv Rosye ilə görüşündə Bahar Muradova dövlət katibinə Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyunca baş vermiş son hadisələr, onların baş vermə səbəbləri, münaqişə zonasındakı cari vəziyyət barədə məlumat verib. O, aprelin 5-də Ermənistan və Azərbaycan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında bağlanmış atəşkəs razılaşmasının çox kövrək olduğunu, hər gün Ermənistan tərəfinin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmaqda davam etdiyini və bu təxribatların davam edəcəyi təqdirdə Azərbaycan tərəfinin də buna cavab vermək hüququnun olduğunu qeyd edib.
İ.Rosye İsveçrənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər çərçivəsində həllini dəstəklədiyini, tərəflərin arzu etdikləri təqdirdə münaqişənin həlli üçün öz vasitəçilik xidmətlərini təqdim etməyə hazır olduqlarını diqqətə çatdırıb.
Daha sonra İsveçrə parlamentinə son seçkilərdən sonra yenidən yaradılan Azərbaycanla dostluq qrupunun inauqurasiya mərasimi keçirilib. Qrupun əvvəlki tərkibdə sədri, Kantonlar Şurasının sabiq üzvü Kristina Eqerzeqi-Obrist qrupun yeni sədri Filippo Lombardi və sədr müavini Tyerri Burkharda uğurlar arzulayıb. Onlar da öz növbəsində bu qrupu təsis etmək və ona rəhbərlik etməkdən qürur duyduqlarını bildiriblər. On bir üzvdən ibarət yeni qrupun təsis edilməsini alqışlayan B.Muradova Azərbaycanın dostları olaraq qrupu fəallığa, müxtəlif çoxtərəfli formatlarda qarşılıqlı dəstəyə və özünün rəhbərlik etdiyi İsveçrə ilə dostluq qrupu ilə intensiv əməkdaşlığa çağırıb. O, həmçinin qrupu Azərbaycana səfər dəvət edib.
Səfər çərçivəsində Milli Məclisin nümayəndə heyəti İsveçrədə yaşayan, çalışan və təhsil alan həmyerlilərimiz, habelə türk diasporunun rəhbərləri ilə də görüşüb. Görüşdə Azərbaycan və türk diaspor nümayəndələri ölkəmizin inkişafı, İsveçrə ilə münasibətlər və son günlər Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca baş verən hadisələr barədə ətraflı məlumatlandırılıblar. Bu xüsusda, diasporumuzun fikir və təklifləri dinlənilib, onlara daha fəal olmağa, İsveçrə cəmiyyətinə daha sıx inteqrasiya etməklə, eyni zamanda, Azərbaycanın haqq səsini yorulmadan yerli ictimaiyyətə çatdırmağa dair tövsiyələr verilib.
Səfərin sonunda Milli Məclisin sədr müavini B.Muradova İsveçrənin kütləvi informasiya vasitələrinə geniş müsahibə verib. Müsahibələrdə əsas diqqət aprelin 2-də Ermənistan tərəfindən silahlı qüvvələrin təmas xəttində törədilmiş təxribatlara ayrılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

