Bəhruz Quliyev: Üçtərəfli görüş regionda siyasi sabitliyə əvəzsiz töhfə verəcək
10.08.2016 [10:09]
“Azərbaycan, Rusiya və İran dövlət başçılarının Bakıda baş tutmuş üçtərəfli görüşü, ilk növbədə, sülhə, sabitliyə, dostluğa və tərəfdaşlığa yönəlmiş mütərəqqi addımdır”. Bu fikirləri “Trend”ə açıqlamasında siyasi ekspert, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və İran İslam Respublikasının prezidentləri İlham Əliyevin, Vladimir Putinin və Həsən Ruhaninin Bakıda keçirilmiş görüşlərini şərh edərkən deyib.
Bəhruz Quliyev bu cür formatlı görüşün regionda ilk dəfə keçirildiyini xatırladıb və bildirib ki, belə bir görüşün təşəbbüskarı kimi ölkə rəhbəri İlham Əliyevin çıxış etməsi, ilk növbədə, Onun region, eləcə də dünya siyasi arenasında böyük nüfuz sahibi və xarizmatik lider olmasından irəli gəlir: “Əlbəttə, cənab İlham Əliyevin mühüm, liderə xas üstünlüklərə malik olması, eləcə də uzaqgörən siyasəti belə bir əhəmiyyətli görüşün təməlinin Bakıda qoyulmasını şərtləndirdi”.
Siyasi ekspert qeyd edib ki, üçtərəfli görüş zamanı Xəzər hövzəsində ekoloji layihələrin həyata keçirilməsi, Şimal-Cənub layihəsi barədə ümumi razılığın əldə olunması, nəqliyyat sektorunda yeni layihələrin həyata keçirilməsində önəmli addımların atılması təqdirəlayiqdir: “Liderlər müzakirələrdən sonra razılığa gəldilər ki, artıq bu kimi görüş sammit xarakterli böyük tədbirlərə çevrilsin və növbəti illərdə iştirakçı dövlətlərin sayı artsın. Çünki iqtisadi layihələrin reallaşması ilə yanaşı, dünyada və regionda mürəkkəb siyasi vəziyyətin də normallaşdırılması istiqamətində qətiyyətli addımların atılması zərurəti yaranıb”.
B.Quliyev dünyanın ayrı-ayrı qaynar nöqtələrinin yaranma səbəbləri, hadisələrin sonrakı inkişafı barədə də fikirlərini bölüşüb: “Fakt budur ki, Qərbin bir sıra dairələri bir neçə il öncə Yaxın Şərqdə “ərəb baharı” ssenarisinə start verməklə yanlış siyasət yürütdülər və bu, sonradan beynəlxalq terrorizmin inkişafına səbəb oldu. Onlar hətta iddia edirdilər ki, bir neçə ildən sonra “ərəb baharı” postsovet ölkələrini, o cümlədən Qafqaz regionunu da əhatə edəcək. Halbuki, bu gün terror dalğası Yaxın Şərq, Şimali Afrika, kiçik Asiya ölkələrinin sərhədlərini aşaraq əks istiqamətə - Avropaya sirayət edib. Demək olar ki, hər gün Avropa ölkələrində törədilən qanlı terror hadisələrinin şahidlərinə çevrilirik. Bu baxımdan, terror təhlükəsinin regionumuza ayaq açmaması üçün ciddi, qətiyyətli addımların atılması zərurəti çoxdan yaranmışdı. Terror təhlükəsizliyinin də müzakirə olunduğu üçtərəfli görüşün məhz Bakıda təşkil edilməsi region ölkələrini hədəflərinə bir az da yaxınlaşdırdı. Düşünürəm ki, terror təhlükəsizliyi barədə aparılan danışıqlar və atılacaq növbəti addımlar nəinki regionu, eyni zamanda, dünyanı qanlı hadisələrdən sığortalamış olacaq”.
Ekspert qeyd edib ki, Bakıda keçirilən üçtərəfli görüş zamanı bir çox mühüm siyasi-iqtisadi məsələlər ətrafında müzakirələr aparıldı və qərarlar qəbul olundu: “Növbəti görüşün İranda keçirilməsi planlaşdırılır. Artıq belə proqnozla çıxış etmək mümkündür ki, əsası Bakıda qoyulmuş üçtərəfli görüş gələcəkdə region dövlətlərinin iştirak edəcəyi çoxtərəfli görüşlərə çevriləcək və bu faktor regionun və dünyanın siyasi sabitliyinə, yeni iqtisadi inkişafına əvəzsiz töhfələrini vermiş olacaq”.
Xəbər lenti
Hamısına baxSiyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20

