Komitə sədri Səudiyyə Ərəbistanı Krallığında keçirilən konfransda çıxış edib
10.02.2017 [10:18]
Xəbər verildiyi kimi, fevralın 8-9-da Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin birinci nazirlər konfransı keçirilib. Konfrans “İslam Əməkdaşlıq Təşkilatı dövlətlərində evlilik, ailə institutu və bu dəyərlərin qorunması” mövzusuna həsr olunub. Səudiyyə Ərəbistanı Əmək və Sosial İnkişaf Nazirliyinin insan hüquqları komitəsinin İƏT ilə birlikdə təşkil etdiyi konfransa quruma üzv 56 ölkədən nümayəndə heyəti iştirak edib. Tədbirin açılışında konfransın keçirilməsi ilə bağlı yaradılan Büronun sədri Səudiyyə Ərəbistanı Krallığı, sədr müavini isə Azərbaycan Respublikası seçilib.
Konfransda İslamda ailə dəyərlərinə münasibət, qadın hüquqlarının müdafiəsi, Ərəb, Asiya və Afrika ölkələrində ailə institutunun üzləşdiyi problemlər ətrafında müzakirələr aparılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə komitənin sədri Hicran Hüseynova çıxış edərək, ailə dəyərlərinin qorunması, gələcək nəsillərə ötürülməsi, ölkəmizdə ailəyə verilən qiymət və bu sahədə aparılan dövlət siyasəti haqqında məlumatları diqqətə çatdırıb.
H.Hüseynova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etdiyini qeyd edib və əlavə edib ki, paytaxt Bakının İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyi Azərbaycanın İslam dünyasının həmrəyliyinə verilən əhəmiyyətin bariz nümunəsidir.
Komitə sədri bildirib ki, hər bir xalqın öz ailə modeli vardır. Ailə üzvləri arasında səmimi əlaqələr, yaşlı nəslin nümayəndələrinə hörmət və valideyn-uşaq münasibətlərinin düzgün formalaşması Azərbaycan ailəsinin əsas dəyərlərindəndir. O, dövlət siyasətinin əsas istiqamətlərindən birinin ailə olduğunu qeyd edərək bildirib ki, bu gün ölkəmizdə gənc ailələrin, qaçqın və məcburi köçkün ailələrin sosial vəziyyətlərinin yaxşılaşdırılması prioritetlər sırasındadı. Əsrlər boyu Azərbaycan ailə modelinin dəyərləri qorunub saxlanılır. Ailə institutuna ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı ilə yanaşıldığını qeyd edən Hicran Hüseynova bu istiqamətdə həyata keçirilən tədbirləri və imzalanan mühüm sənədləri, qanunları, eyni zamanda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası haqqında məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb.
İslam dəyərlərinin və mədəniyyətlərarası dialoqun təşviqində Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu vurğulayan komitə sədri bildirib ki, Fond təhsil, səhiyyə, ailə və sosial məsələlər kimi sahələrdə kampaniyaların və layihələrin artırılması üçün böyük miqyaslı maarifləndirmə tədbirləri həyata keçirir.
H.Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən görülən işlər haqqında da danışaraq, hər il keçirilən ailə bayramları, “Azərbaycan ailəsi” film festivalı və digər layihələri qeyd edərək, ailə dəyərlərinin gənc nəslə aşılanması, ailə institutunun mühafizəsi istiqamətində reallaşan tədbirləri qeyd edib.
O, təkliflərini irəli sürərək bildirib ki, kütləvi informasiya vasitələrində ailə dəyərləri, sağlam həyat tərzi daim təbliğ olunmalıdır. Qaçqın və məcburi köçkün ailələrin sosial problemlərinin həlli, onların cəmiyyətə inteqrasiyası, zorakılıq hallarının qarşısının alınması istiqamətində birgə proqramlar hazırlanmalıdır. Komitə sədri çıxışının yekununda iştirakçılara müraciət edərək bildirib: “Hər bir ailənin xoşbəxtliyi, hər uşağın xoşbəxtliyidir loqosu altında bütün səylərimizi birləşdirməliyik”.
Konfransda ailə problemləri üzrə nazirlər, komitə sədrləri, hökumət üzvləri, beynəlxalq və regional təşkilatların nümayəndələri İƏT-ə üzv ölkələrdə nikah və ailə institutunun gücləndirilməsi, dəyərlərin qorunması sahəsində göstərilən təşəbbüslər, davamlı inkişafın hədəflərinin həyata keçirilməsində ailənin rolu, qadına qarşı zorakılıq halları ilə mübarizə və digər məsələləri müzakirə ediblər.
Tədbir çərçivəsində Komitə sədri H.Hüseynova İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yousef bin Ahmed Al-Othaimeen və Səudiyyə Ərəbistanı Krallığının Əmək və Sosial İnkişaf naziri Ali bin Nasser al Ghafis ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycanla əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib və təcrübə mübadiləsi aparılıb. Eyni zamanda, Mərakeş Krallığı, Türkiyə Respublikası, Əfqanıstan İslam Respublikası dövlətlərinin də ailə, qadın və uşaq məsələləri üzrə müvafiq nazirləri ilə görüşlər baş tutub.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25

