Milli Məclisdə Azərbaycan-Cibuti əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
25.02.2017 [10:38]
Fevralın 24-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə sədr bu cür səfərlərin ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsinə mühüm töhfələr verdiyini bildirib. Azərbaycan dost Cibuti ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Xalqlarımızın eyni dini və mənəvi dəyərləri bölüşməsi münasibətlərimizin gələcək inkişafı üçün yaxşı zəmin yaradır.
Sədr beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimizin prinsipial məsələlərdə eyni mövqedən çıxış etməsini müsbət dəyərləndirib. Qeyd edilib ki, bu işə deputatlarımız da öz töhfələrini verməkdədirlər. Spiker Cibuti parlamentində Azərbaycanla dostluq qrupunun fəaliyyət göstərməsini təqdir edib. Belə bir qrupun Milli Məclisdə də yaradılacağını söyləyib. Bildirilib ki, deputatların mütəmadi görüşləri və qarşılıqlı səfərlər parlamentlərarası münasibətlərin daha da dərinləşməsinə xidmət edir.
Sədr Cibuti Milli Assambleyasında bu il fevralın 11-də Xocalı soyqırımına ədalətli hüquqi-siyasi qiymət verən qətnamənin qəbul olunmasını müsbət dəyərləndirib. O, Milli Məclisin üzvləri və şəxsən öz adından Cibuti Milli Assambleyasının rəhbərliyinə və bu ölkənin parlament üzvlərinə dərin təşəkkürünü bildirdi. Qeyd edilib ki, Dağlıq Qarabağ probleminin həllində Cibuti həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Azərbaycan gələcəkdə də bu dəstəyə ümid edir.
Spiker Cibuti parlamentinin sədrini Azərbaycana səfərə dəvət etdiyini xatırladaraq, bu ölkənin nümayəndələrinin mayda Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında fəal iştirak edəcəklərinə inamını ifadə edib.
Milli Məclisin sədri səfər çərçivəsində ölkələrimiz arasında imzalanmış sənədləri yüksək dəyərləndirərək, ümidvar olduğunu bildirib ki, gələcəkdə bu sahədə yeni-yeni addımlar atılacaq.
Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf ölkəmizə səfərindən və burada keçirilən görüşlərdən məmnun qaldığını söyləyib. Qonaq Cibuti Milli Assambleyası sədrinin salamlarını Milli Məclisin spikerinə çatdırıb və bildirib ki, Azərbaycan tərəfinin dəvətini qəbul edərək Assambleyanın sədri İslam Həmrəyliyi Oyunları ərəfəsində ölkəmizə səfər edəcək və burada bir sıra görüşlər keçirəcək.
Mahmud Əli Yusuf Azərbaycan Prezidenti tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasını yüksək dəyərləndirib. Qonaq Afrika İttifaqının üzvü kimi ölkəsinin bu təşkilatda həmişə Azərbaycanın maraqlarını müdafiə etdiyini söyləyib və xüsusi vurğulayıb ki, Dağlıq Qarabağ probleminin həllində onların mövqeyi dəyişməzdir. Cibuti gələcəkdə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək.
Söhbət zamanı parlamentlərarası, siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin inkişafı, dünyada mövcud olan ikili standartlara qarşı həmrəylik nümayiş etdirmək barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

