Fransada növbəti erməni təxribatı iflasa uğradı
03.03.2017 [09:46]
Fransa Milli Assambleyasında bir neçə ermənipərəst deputatın yaratdığı məlumat missiyasının hesabatı açıqlanıb. İkitərəfli münasibətlərə zərbə vurmaq məqsədi daşıyan hesabat guya Fransa-Azərbaycan siyasi, iqtisadi və mədəni əlaqələrindəki xoşagəlməz məqamları araşdırıb üzə çıxarmalı idi. Qərəzli missiya və ondan qaynaqlanan subyektiv fikirlərlə dolu olan hesabat Fransa Milli Assambleyasının əksər deputatlarının narazılığına səbəb olub. Assambleyanın bir qrup üzvü qərəzli missiya və onun hesabatına qarşı birləşərək kommünike imzalayıblar. Kommünikedə erməni lobbisinin gözləntilərinin əksinə olaraq, Azərbaycanla bağlı obyektiv yanaşma nümayiş etdirilib. Kommünikenin müəllifləri ermənipərəst missiyanın hesabatında 25 ildən çoxdur davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, həmçinin bu münaqişə nəticəsində öz doğma yurdlarından didərgin düşmüş bir milyondan çox azərbaycanlının fundamental hüquqlarının pozulması faktlarının yer almamasına narazılıqlarını bildiriblər.
Milli Assambleyanın üzvü Jan-Fransua Mansel deyib: “Assambleyanın bəzi üzvlərinin həyata keçirdiyi məlumatlandırma missiyası qərəzli olduğu qədər də qeyri-qanunidir. Bu missiyanın üzvləri subyektiv fikirlərinə əsaslanaraq Azərbaycanda guya insan hüquqlarının pozulması və siyasi həbslərlə bağlı məsələləri qabartmağa çalışırlar. Assambleyada hər kəs bilir ki, bunlar əsassız iddialardır. Bütün regionu təhlükədə saxlayan Dağlıq Qarabağ münaqişəsinə hesabatda yer ayrılmır. Ancaq xırda məsələlər şişirdilir. Bu, qərəzli olmaqla yanaşı, həm də başqa bir dövlətin daxili işlərinə kobud müdaxilə etməkdir. Biz hazırladığımız kommünike ilə məlumat missiyası və onun hesabatına qəti etirazımızı bildirmişik”.
Erməni lobbisi tərəfindən idarə olunan bir neçə deputatın hazırladığı qərəzli hesabat Fransa mediası tərəfindən də rədd edilib. Missiya üzvlərinin hazırladıqları hesabatı ictimaiyyətə çatdırmaq üçün keçirdikləri mətbuat konfransı iflasa uğrayıb. Ermənipərəst deputatlar Fransua Roşeblan və qərəzli hesabat üzrə məruzəçi Jan Lui Detan boş zalda cəmi 14 dəqiqə çıxış ediblər. Azərbaycanlı jurnalistlərin sualları qarşısında aciz qalan hər iki deputat mətbuat konfransını tələsik tərk etmək məcburiyyətinə qalıblar.
Xatırladaq ki, hələ ötən ilin iyununda Fransa Milli Assambleyasının xarici məsələlər üzrə komitəsinin iclasında bu ermənipərəst deputatlar Fransa ilə Azərbaycan arasında ikitərəfli siyasi, iqtisadi və diplomatik münasibətlərə dair xüsusi araşdırma komitəsinin yaradılmasını təklif etmişdilər. Lakin Milli Assambleya rəhbərliyi bu təklifin yolverilməz olduğunu bildirərək qətnamə layihəsini rədd etmişdi.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42

