Azərbaycan ilə İordaniya arasında əlaqələr yüksək səviyyədədir
17.03.2017 [10:18]
Martın 16-da Milli Məclisin sədri Oqtay Əsədov V Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş İordaniya Senatının sədri Feysal əl-Fayez ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvəti ilə baş tutmuş bu səfərin ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib. Qeyd edilib ki, Azərbaycan tarixən dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri, o cümlədən İordaniya ilə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Əlaqələrimizin inkişafına dövlət başçılarımızın qarşılıqlı səfərləri, onların arasındakı səmimi münasibət və aparılan danışıqlar öz müsbət təsirini göstərib. Bu günədək dövlətlərimiz arasında 34 sənəd imzalanıb.
Siyasi sahədə münasibətlərimiz çox yüksək səviyyədədir. Biz iqtisadi əlaqələrimizi də genişləndirmək niyyətindəyik. Bu baxımdan hökumətlərarası komissiyanın iclaslarının və biznes forumların keçirilməsi ümumi məqsədlərə çatmaqda əhəmiyyətli rol oynaya bilər.
Sədr parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsinin önəmini vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Bildirilib ki, nüfuzlu beynəlxalq qurumlarda nümayəndə heyətlərimiz prinsipial məsələlərdə eyni mövqedən çıxış edirlər.
Spiker Azərbaycanın yerləşdiyi bölgədə özünəməxsus mövqe tutduğunu qeyd edərək, Bakıda mötəbər beynəlxalq tədbirlərin keçirilməsinin artıq bir ənənə halı aldığını söyləyib. O, 2015-ci ildə Birinci Avropa Oyunlarının keçirilməsindən və bu il IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərindən danışıb. Bildirilib ki, heç də təsadüfi deyil ki, ölkə başçısı tərəfindən 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub.
Görüşdə Dağlıq Qarabağ problemindən söz açan sədr bu məsələdə İordaniyanın Azərbaycanın haqq işini həmişə müdafiə etdiyi üçün minnətdarlığını bildirib. O, 2013-cü ilin mayında İordaniya Senatı tərəfindən Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edilməsini və bu soyqırımının pislənilməsini yüksək dəyərləndirib. Ümidvar olduğunu bildirib ki, gələcəkdə də bu iki dost, qardaş ölkə bir-birinə dəstək verəcək.
İordaniya Senatının sədri Feysal əl-Fayez ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını söyləyib. Bildirilib ki, hər iki ölkənin geosiyasi vəziyyətində oxşar cəhətlər çoxdur. Bu baxımdan qardaş dövlətlərin bir-birinə dəstək verməsi təbiidir. Qonaq dövlət başçılarımız arasındakı sıx münasibətlərin həyatın digər sahələrinə də təsir etdiyini söyləyib. O, ümidvar olduğunu bildirib ki, gələcəkdə iqtisadi, mədəni və digər sahələrdə də yüksək nəticələr əldə ediləcək.
Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, humanitar sahədə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin İordaniyadakı səfiri Sabir Ağabəyov, İordaniyanın Azərbaycandakı səfiri Nassar Habaşneh və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30

