Prezidentin Paris səfəri: müstəqil siyasətə dayanan qətiyyətli mövqe
30.03.2017 [09:41]
Azərbaycanın dövlət başçısı İlham Əliyevin Fransaya səfərinə ekspertlər böyük maraq göstərib. Bunu iki aspektdə aydın hiss etmək olur. Birincisi, Parisdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsinin məzmunu, ikincisi, Azərbaycanın Fransa ilə imzalayacağı əməkdaşlıq sazişlərinin əhatə dairəsi maraq doğururdu. Hər iki istiqamətdə, sözün həqiqi mənasında, aktual müzakirələr aparılıb. Azərbaycan tərəfi Dağlıq Qarabağla bağlı məsələni yenə konkret qoyaraq işğalçı qüvvələrin çıxarılmasını əsas hesab etdiyini bildirib. Bu kontekstdə həmsədr dövlətlərin status-kvonu dəyişməkdən bəhs etmədən real addımlar atmağa keçməli olduqları vurğulanıb. Parisdə rəsmi Bakının müxtəlif sahələr üzrə əməkdaşlığa tam açıq olduğu da bir daha təsdiqlənib. Tərəflər müxtəlif sferaları əhatə edən mühüm sənədlər imzalayıblar.
Sarkisyanın yalanları: yenə ifşa olundu
Fransa ənənəvi olaraq dünya siyasətində öz yeri olan dövlətlərdəndir. Avropa İttifaqında (Aİ) isə Almaniya ilə birlikdə aparıcı rol oynayır. Parisin qlobal geosiyasətin dinamikasına ciddi töhfələr verdiyinə şübhə yoxdur. Bu səbəbdəndir ki, əsas geosiyasi problemlərin həllində Parisin iştirakı güclüdür. O cümlədən münaqişələrin həlli, regional ixtilafların aradan qaldırılması, terrorçuluqla mübarizə, ekoloji mühitin yaxşılaşdırılması və digər sahələrdə Fransanın rolu qəbul edilir. Son illər Aİ-nin əməkdaşlıq proqramlarının həyata keçirilməsində Parisin xüsusi vəzifə yerinə yetirdiyini də vurğulamaq lazımdır.
Bunlardan əlavə, Fransa əvvəlcədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv iştirak edir. Belə bir fikir mövcuddur ki, rəsmi Paris İrəvanı himayə edir. Doğrudan da, keçən əsrin 90-cı illərində Ermənistan rəhbərliyi hər bir kritik anda Parisə üz tuturdu. Bu sırada Ki-Uest görüşündə Ulu öndər Heydər Əliyevin qətiyyətli mövqe nümayiş etdirməsindən sonra Robert Koçaryan birbaşa Parisə uçub, ağalarına şikayətlər etmişdi. Ancaq hazırda vəziyyət xeyli fərqlidir. Fransa da digər həmsədr dövlətlər kimi, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsində maraqlıdır.
Paris Vaşinqton və Moskva ilə eyni mövqedən çıxış edərək, “mövcud status-kvo qəbuledilməzdir” deyir. Eyni zamanda, Fransanın Aİ-nin gələcəyi ilə əlaqəli atdığı addımlar onu Avropaya qonşu olan ölkələr üçün daha cəlbedici edib. Ermənistan prezidenti isə hər dəfə çətinliyə düşəndə Parisə qaçmağa adət edib. Son səfərində Serj Sarkisyan fransalı iş adamları ilə görüşündə Azərbaycanın əleyhinə iftira və böhtanlar səsləndirməkdən çəkinməyib. O, konkret əməkdaşlıq proqramları təklif etmək əvəzinə, yenə də rəsmi Bakıdan şikayətlər edib. Belə görünüb ki, əslində, İrəvanın əməkdaşlıq üçün təklif etməyə nə imkanı, nə də ağlı var.
Bundan başqa, Prezident İlham Əliyevin Fransaya səfəri erməni liderin dediklərinin heç bir əsasının olmadığını əyani surətdə fransız iş adamlarına göstərdi. Azərbaycanın dövlət başçısı Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşdə ölkənin əməkdaşlıq üçün böyük imkanlara malik olduğunu və Ermənistan prezidentinin söylədiklərinin əsassızlığını bir daha sübut edib. Əgər Ermənistan S.Sarkisyanın dediyi kimidirsə, onda niyə çox kasıbdır? Konkret olaraq, rəsmi İrəvan əməkdaşlıq üçün heç bir şey təklif edə bilmirsə, həmin dövlətin hansı müsbət tərəflərindən danışmaq olar? (bax: Prezident İlham Əliyev: Bizim Fransa ilə əlaqələrimiz mühüm əhəmiyyət kəsb edir / AZƏRTAC, 14 mart 2017).
Azərbaycan Prezidentinin səfəri olduqca uğurlu alınıb. Aparılan danışıqlar, verilən mesajlar və imzalanan sənədlər bunu təsdiq edir. Onu vurğulayaq ki, İlham Əliyev bütün səfərlərində olduğu kimi, çox səmimi, açıq, aydın və dəqiq mövqe nümayiş etdirib. Fransanın dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ümumi və standart sözlər ifadə edib. Fransua Olland münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıb. Bunu S.Sarkisyana da dediyini bildirib. Diplomatik etiket baxımından, təbii ki, normal haldır.
Münaqişənin həlli: Bakı qətiyyət və konkretlik tələb edir
Lakin uzun illərdir ki, həmsədr dövlətlərin başçıları eyni şeyi təkrar edirlər. Onlar bir tərəfdən status-kvonun saxlanmasının əleyhinədirlər, digər tərəfdən isə onun dəyişməsinə əngəl olan Ermənistana qarşı heç bir konkret addım atmırlar. Əvəzində, dönə-dönə bildirirlər ki, hərbi yolla münaqişə həll edilə bilməz. Niyə?
ABŞ, Avropa ölkələri və Rusiya bəyan edirlər ki, Yaxın Şərqdəki terrorçular qəfil gəlib, onların ərazilərində terror törədərlər. Ona görə də qabaqlayıcı tədbirlər görməyə məcburdurlar.
Şübhəsiz, burada müəyyən həqiqət vardır. Ancaq həmin həqiqətlərdən əvvəl başqa həqiqət də meydana çıxıb. Azərbaycanın ərazisini erməni quldur dəstələri hərbi yolla, vicdansız və qaydasız savaşla havadarlarının birbaşa yardımı ilə işğal ediblər. Minlərlə azərbaycanlı erməni terrorunun qurbanı olublar. Onlar Azərbaycanda, Rusiyada, Gürcüstanda, Avropada erməni terrorçuların hədəfinə çevriliblər. Bu terror qruplarının yuvalarından biri də Dağlıq Qarabağdır. Bəs nəyə görə Azərbaycanın həmin terrorçuları məhv etməsinə razı deyillər? Əsrin bu paradoksunu necə izah edə bilərlər?
Bu fikirlər fonunda həmsədr dövlətlərin başçılarının söylədikləri baş aldatmağa bənzəyir. Prezident İlham Əliyev isə mövqeyini konkret ifadə edir. Parisdə Azərbaycanın dövlət başçısı bəyan edib: “Minsk qrupuna həmsədr olan ölkələrin prezidentləri - Fransa, Rusiya və Amerika prezidentləri bir neçə dəfə deyiblər ki, status-kvo qəbuledilməzdir. Biz də bunu deyirik və istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin və münaqişəyə son qoyulsun, bölgəmizdə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıda bilsinlər” (bax: Prezident İlham Əliyev və Prezident Fransua Olland mətbuata bəyanatlarla çıxış ediblər / AZƏRTAC, 14 mart 2017).
Dövlət başçısı mövqeyini daha da konkretləşdirərək, ifadə edib ki, “Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal edilmiş, etnik təmizləmə siyasəti aparılmış və bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür... Bu münaqişə ancaq beynəlxalq hüququn normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır... Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz” (bax: Prezident Fransua Ollandın adından Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə şam yeməyi verilib / AZƏRTAC, 15 mart 2017).
Beləliklə, Prezident İlham Əliyev kifayət qədər aydın və dəqiq məntiqlə bəyan edib ki, sözdə deyilənləri konkret praktikada həyata keçirməyin zamanı gəlib. Dünyanın 3 böyük dövləti cırtdan Ermənistanın BMT-nin və başqa beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə qoyulan şərtləri yerinə yetirməsi üçün ciddi addım atmayıblarsa, baş verəcəklərin məsuliyyətini Azərbaycan daşımır. Yəni işğalçı erməni silahlı qüvvələri qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılmalıdır. İnsanlar öz yurdlarına qaytarılmalıdırlar. Yalnız ondan sonra regionda sabitlikdən və sülhdən danışmaq mümkündür.
Fransa ilə münasibətlərin digər sahələrinə gəldikdə isə, Azərbaycan imzaladığı 5 sənədlə konstruktiv əlaqələrin inkişafında maraqlı olduğunu bir daha nümayiş etdirib. Dövlət başçısı Parisdə Azərbaycanın Aİ ilə əməkdaşlığın yeni formatını hazırlamağa hazır olduğunu bəyan edib. Azərbaycan iqtisadi, enerji, humanitar, elmi-texniki, ekoloji, kosmos, şəhərsalma, informasiya və başqa sahələrdə Fransa ilə əməkdaşlığını daha da inkişaf etdirəcək.
Bununla da Azərbaycan Prezidentinin Fransaya növbəti səfərinin xeyli səmərəli olduğu nəticəsini çıxara bilərik. Konkret sahələr üzrə imzalanan sazişlər bu istiqamətdə perspektivin kifayət qədər olduğunu göstərir. Eyni zamanda, Prezident Azərbaycanın xarici siyasətdə tutduğu müstəqil kursu qətiyyətlə davam etdirəcəyini, o cümlədən Ermənistanın təcavüzünün aradan qaldırılması üçün lazım olan bütün addımları atmaqda davam edəcəyini bir daha bəyan edib.
Newtimes.az
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42

