Bahar Muradova: Beynəlxalq təşkilatlar yekdil mövqe nümayiş etdirməlidirlər
30.03.2017 [09:44]
Martın 29-da Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Bahar Muradova son günlər cəbhə xəttində yaranmış vəziyyətlə əlaqədar ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttonenə məktubla müraciət edib. Bu barədə AZƏRTAC-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Sənəddə Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində mövqelərini möhkəmləndirməsi, Ermənistan prezidentinin bu ərazilərdə keçirilən hərbi təlimlərdə birbaşa iştirakı və bu ölkədə keçiriləcək parlament seçkiləri öncəsi Azərbaycanın ünvanına təxribat xarakterli bəyanatlar səsləndirməsi barədə narahatlıq ifadə olunur, beynəlxalq təşkilatların bu məsələyə birmənalı münasibət bildirməsinin vacibliyi qeyd edilir. Məktubda deyilir: “Hörmətli xanım Muttonen, icazə verin bu günlər bizi olduqca narahat edən hadisələr barədə məlumatları Sizinlə bölüşüm.
Bildiyiniz kimi, son zamanlar Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində hərbi mövqelərini açıq şəkildə möhkəmləndirir və genişləndirir, həmin ərazilərə hərbi avadanlıq ötürür. Bu, Ermənistan tərəfindən Azərbaycana qarşı gücdən qanunsuz istifadənin göstəricisidir.
2017-ci il martın 25-də genişmiqyaslı hərbi təlimlərin son mərhələsində Ermənistan prezidenti Serj Sarkisyan şəxsən iştirak edib. Bu münasibətlə o, işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfər edib və “döyüş vəzifələrini yerinə yetirərkən fərqlənən hərbi qulluqçuları təltif edib”.
Bundan əlavə, atəşkəs üçün baza sənədi olan Bişkek Protokolunun Ermənistan tərəfindən pozulmasının aydın göstəricisi olan Ermənistan prezidentinin “Bu gün Ermənistan ali baş komandanı gözünü belə qırpmadan lazım olacağı təqdirdə, İsgəndər raketləri ilə zərbə endirmək əmri verəcək” bəyanatı Ermənistanın real niyyətini və danışıqlar yolu ilə münaqişənin həll edilməsində Ermənistanın maraqlı olmadığını açıq-aydın göstərir.
Əziz həmkarım, dünən Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası ilə birgə keçirdiyiniz Beynəlxalq terrorizmlə mübarizəyə dair parlament konfransını təqdirəlayiq hesab edirəm. Azərbaycan Respublikası da terrorizmin acısını yaşayan dövlətdir. Bildiyiniz kimi, XX əsrin əvvəllərindən başlayaraq ermənilər Azərbaycan xalqına qarşı kütləvi terror hadisələri törətməkdədirlər.
Sivil siyasətçilərin, parlamentarilərin dünyada sülhün bərqərar olunması və təhlükəsizliyin möhkəmləndirilməsi üçün yol axtardıqları bir vaxtda Ermənistan rəhbərliyi təxribatçı və təcavüzkar ritorikasından istifadə etməkdə, ölkənin beynəlxalq hüquq və Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə siyasi proseslər çərçivəsində verdiyi öhdəliklərin əleyhinə çıxmaqda davam edir.
Aydındır ki, Ermənistan prezidenti qarşıdan gələn həlledici parlament seçkilərində partiyasının qalib gəlməsi üçün işğal edilmiş ərazilərimizdəki qanunsuz fəaliyyəti ilə ölkəsində xal qazanmaq və bununla da 2018-ci ilin mart ayından sonra belə ölkəsinə rəhbərlik etmək istəyir.
Bununla da insanlıq əleyhinə cinayətlərdə iştirakının doğurduğu məsuliyyətdən müəyyən müddətə də olsa, yayınmağa çalışır.
Düşünürəm ki, Ermənistanda seçkiqabağı missiyada olan müşahidəçilər, xüsusilə də DTİHB və Assambleyamızın nümayəndələri ümumi seçki standartları ilə bir araya sığmayan belə halları öz hesabatlarında əks etdirməlidirlər.
Hesab edirəm ki, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT və onun Parlament Assambleyası Helsinki Yekun Aktında da əks olunduğu kimi, dövlətlərarası münasibətlərin baza prinsiplərinin kobud şəkildə pozulmasının qarşısının alınması üçün yekdil mövqe nümayiş etdirməli və baş verən hadisələrə birmənalı münasibətini bildirməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14

