Avropa Şurasının ekspertlər qrupunun QHT-lərlə bağlı hesabatı təqdim edilib
19.04.2017 [10:03]
Aprelin 18-də Bakıda qeyri-hökumət təşkilatlarına dair Azərbaycan qanunvericiliyi və praktikasının Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Avropa İttifaqı ilə Avropa Şurasının birgə layihəsi olan “Azərbaycanda vətəndaş cəmiyyəti dialoqu” layihəsi çərçivəsində Avropa Şurasının ekspertlər qrupunun hazırladığı hesabat təqdim edilib. Hesabatda bəzi tövsiyələr öz əksini tapıb.
Milli Məclisin sədr müavini Bahar Muradova tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra qeyri-hökumət təşkilatlarının ölkə həyatının bir hissəsinə çevrilməsi istiqamətində lazımi işlər görülüb. Ölkəmiz müvafiq konvensiyalara qoşulub, qanunvericilik bazası formalaşdırılıb. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında QHT-lərin inkişafı ilə bağlı müddəalar da yer alıb. Bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirilir. Bütün bunlara baxmayaraq, QHT-lərlə bağlı bəzi problemlərin mövcudluğunu da inkar etmək olmaz. Bəzi nöqsanlar ola bilər. Azərbaycan hökuməti hər zaman mövcud problemlərin açıq, şəffaf müzakirəsinin tərəfdarı olub. Azərbaycanda QHT-lərin sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. Qanunların icrası üçün institusional dəstək təmin olunub.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev bildirib ki, layihə çərçivəsində bir sıra işlər görülüb, ekspertlərin və QHT nümayəndələrinin iştirakı ilə görüşlər keçirilib. QHT-lərin beynəlxalq standartlara uyğunlaşdırılmasına dair tövsiyələr vətəndaş dialoquna nail olunması istiqamətində müsbət rol oynayacaq. QHT-lərin fəaliyyətinin gücləndirilməsi təkcə qanunvericilik məsələlərinin təkmilləşdirilməsi ilə kifayətlənmir. QHT üzvlərinin peşəkarlığının, şəffaflığın və hesabatlılığın artırılması da vacibdir. O, ümid etdiyini bildirib ki, Avropa Şurasının tövsiyələri burada öz əksini tapacaq və konstruktiv əməkdaşlıq həyata keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Azərbaycanın QHT-lərə dair qanunvericilik sahəsində beynəlxalq təşkilatlarla daim əməkdaşlığa hazır olduğunu bildirib. O deyib ki, Azərbaycanda QHT-lərlə bağlı qanunvericiliyə dəyişiklikləri şərtləndirən üç amil var: Birincisi şəffaflıqdır. Yəni, xarici qrantlarla bağlı şəffaflığa nail olmaqdır. İkinci amil donorların fəaliyyətində müəyyən təkrarçılığın qarşısını almaqdır. Təkrarçılıq olduqda həyata keçirilən layihələrin səmərəsi ola bilməz. Üçüncü amil isə təhlükəsizliklə bağlı olan məsələdir. Bəzən QHT adı altında radikal birləşmələr maliyyələşdirilir, terrorçuluğa dəstək verilir. Bunların qarşısının alınması üçün qanunvericilikdə dəyişikliklər edildi. Bununla yanaşı, Azərbaycanda ötən il xarici donorların fəaliyyəti ilə bağlı bir sıra addımlar atılıb. Vahid pəncərə sistemi qəbul edilib və sənədlər asanlaşdırılıb.
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqana Filipoviç bildirib ki, Avropa Şurası Azərbaycanla əməkdaşlığa dair 2014-2017 fəaliyyət planını təsdiqləyib. Layihə bu çərçivədə həyata keçirilir. Layihənin məqsədi QHT-lərin fəaliyyətinin yaxşılaşdırılması və onlar üçün əlverişli mühitin yaradılmasıdır. Layihə ötən ilin martından başlanıb və bundan əvvəl danışıqlar üçün müəyyən müddət tələb olunub.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard təmsil etdiyi qurumun vətəndaş cəmiyyətlərinin inkişafına daim dəstək verdiyini bildirib və layihənin daha bir il davam edəcəyini söyləyib.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, Azərbaycanda qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericilik ümumilikdə Avropa standartlarına uyğundur. Təqdim olunan hesabatda hər hansı irad yoxdur, sadəcə ümumi tövsiyələr var. Qanunla bağlı yeniliklərin müzakirə edilməsinə ehtiyac yoxdur. Bizim bir müddət əvvəl qanunvericiliyə etdiyimiz dəyişikliklər şəffaflığın təmin edilməsi ilə bağlıdır. Qanunun tətbiqi ilə bağlı hər hansı çatışmazlıq varsa, biz milli qeyri-hökumət təşkilatları ilə müzakirələr aparmağa hazırıq.
Sonra hesabat ətrafında müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

