Dünya Bankının nümayəndələri bölgələrimizdə həyata keçirilən yeni layihələrlə tanış olublar
06.05.2017 [12:23]
Dünya Bankının sosial inkişaf üzrə baş mütəxəssisi, layihə rəhbəri Robert Vrobelin rəhbərliyi ilə nümayəndə heyəti “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi” çərçivəsində icra olunan layihə yerlərinə baş çəkdikdən sonra mayın 4-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Robert Vrobel bildirib ki, səfər proqramı çərçivəsində Gəncə, Yevlax, Ağdam, Goranboy və Bərdə rayonlarında həyata keçirilən yeni layihələrlə tanış olublar. Bu layihələrin ən yaxşı layihələr sırasında olduğunu deyən Robert Vrobel istər məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, istər gəlirgətirmə, istərsə də gənclərə dəstəklə bağlı həyata keçirilən işləri xüsusi qiymətləndirib. O, həmçinin qeyd edib ki, Azərbaycanda bu sahədə qazanılan uğurları görmək daha da ürəkaçandır.
Robert Vrobel həyata keçirilən layihələr çərçivəsində indiyə kimi 103-ə yaxın yataqxanada təmir-bərpa işlərinin aparıldığını bildirib və bu işlərin davam etdirilməsini təklif edib.
Görüşdə Baş nazirin müavini Əli Həsənov Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. Bildirib ki, indiyədək Dünya Bankının xətti ilə məcburi köçkünlərlə bağlı imzalanmış kredit sazişlərinə uyğun olaraq müxtəlif növ infrastruktur layihələri, mikrokreditlərin verilməsi, gəlir imkanlarının dəstəklənməsi və digər komponentlər üzrə nəzərdə tutulmuş tədbirlər uğurla və şəffaf şəkildə həyata keçirilib və bundan sonra da bu sahədə nəzarət mexanizmi daha da güclü olacaq.
Baş nazirin müavini Dünya Bankının nümayəndələrinin yeni layihə yerlərinə səfər etmələrini və həyata keçirilən işlərlə tanış olmalarını yüksək qiymətləndirib və bu səfərlərin tez-tez olmasının vacibliyini vurğulayıb.
Baş nazirin müavini deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət nəticəsində bu gün Azərbaycan sürətlə inkişaf edərək dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Bu gün Azərbaycan dövləti vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb və ölkəmizin gündən-günə artan iqtisadi inkişafı bu problemlərin həllinə imkan yaradıb. Ancaq bununla yanaşı, qaçqın və məcburi köçkünlər üçün prioritet sahələrdən olan, xüsusilə gəlirgətirmə, infrastruktur, gənclərin dəstəklənməsi, mikrokredit proqramları üzrə həyata keçirilən layihələrə üstünlük verilməsi zərurəti qalmaqdadır.
Baş nazirin müavini Əli Həsənov məcburi köçkünlərin sosial-məişət və məşğulluq problemlərinin həllinə istiqamətlənmiş səylərin gücləndirilməsi məqsədilə ölkə Prezidentinin tapşırığına əsasən Azərbaycan Hökuməti və Dünya Bankı arasında imzalanmış yeni Kredit Sazişinin məcburi köçkünlərin həyatında mühüm rol oynayacağını qeyd edib.
Görüşdə Robert Vrobel həyata keçirilən layihələrlə bağlı müxtəlif suallarla müraciət edib və onları maraqlandıran məsələlərə ətraflı aydınlıq gətirilib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

