Azərbaycan-ABŞ münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub
07.06.2017 [15:10]
Ekspertlərin qənaətinə görə Donald Trampın məktubları ABŞ-ın ölkəmizlə əməkdaşlığa böyük önəm verdiyini təsdiqləyir
Məlum olduğu kimi, ölkəmiz balanslaşdırılmış xarici siyasət kursu ilə beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Azərbaycan özünün xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Bütün bunların müqabilində ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər.
Bu məqamda qeyd etmək yerinə düşər ki, müasir beynəlxalq münasibətlər sisteminin güc mərkəzlərindən biri olan Amerika Birləşmiş Ştatları da ölkəmizlə əməkdaşlığa xüsusi önəm verir. Məhz ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubları da bunu aşkar şəkildə ifadə edir.
Məsələ ilə bağlı YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, ABŞ dövlət başçısı Prezident İlham Əliyevə ünvanladığı məktublarda ötən dövr ərzində Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın birgə qurduğu tərəfdaşlığı yüksək qiymətləndirir və bu tərəfdaşlığın davamlı inkişafını arzulayır. Onun sözlərinə görə, məktublardan da göründüyü kimi, Donald Tramp Azərbaycanı Birləşmiş Ştatların dəyərli tərəfdaşı hesab edir: “Bununla yanaşı, rəsmi Vaşinqton Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və islahatların həyata keçirilməsi istiqamətində gördüyü işləri dəstəkləyir və alqışlayır, eləcə də xalqlarımızın rifahına xidmət edən digər əməkdaşlıq sahələrinin də araşdırılmasını arzulayır. Eyni zamanda, Azərbaycanda gedən islahatlara mühüm əhəmiyyət verdiyini bildirən Donald Tramp iqtisadiyyat, idarəçilik və məhkəmə sahələrində islahatların davam etdirildiyi bir zamanda Birləşmiş Ştatların ölkəmizlə birgə işləməyə hazır olduğunu bildirib. Bundan əlavə, məktublarda vurğulanıb ki, ABŞ Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən Cənub Qaz Dəhlizini qətiyyətlə dəstəkləməkdə davam edir, həmçinin Azərbaycanın və beynəlxalq tərəfdaşların onun tamamlanmasına yönəlmiş səylərini alqışlayır. ABŞ qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir”.
Millət vəkili qeyd edib ki, Azərbaycan ABŞ-ın fəal regional təhlükəsizlik siyasətinə, beynəlxalq və regional sülhyaratma təşəbbüslərinə, hərbi və siyasi tərəfdaşlıq çağırışlarına hərtərəfli dəstək verib. Təbii ki, Azərbaycan ABŞ və NATO ilə “Sülh naminə tərəfdaşlıq” və “Fərdi tərəfdaşlıq” proqramları çərçivəsində ikitərəfli və çoxtərəfli hərbi-strateji əməkdaşlığı gücləndirib, Əfqanıstana və İraqa ABŞ və NATO təyyarələrinin sərbəst uçuşu üçün hərbi hava dəhlizi açıb, o cümlədən ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizə koalisiyasına qoşularaq, onunla birlikdə dünyanın ayrı-ayrı münaqişə bölgələrində sülhyaratma proseslərində iştirak edib. M.İbrahimqızının sözlərinə görə, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılmasında böyük imkanlar var. ABŞ-ın Minsk qrupunun həmsədr dövləti olduğunu xatırladan millət vəkilinin fikrincə, Birləşmiş Ştatlar münaqişənin həlli istiqamətində səylərini daha da artıra bilər: “Əsas məsələ odur ki, işğalçı Ermənistana qarşı təzyiq və təsirlər gücləndirilsin. Belə olan halda, ABŞ-ın tutduğu ədalətli mövqe münaqişənin həllini sürətləndirməklə yanaşı, ölkələrimiz arasında əlaqələri daha da gücləndirə bilər”.
Milli Məclisin deputatı Elman Məmmədov isə deyib ki, ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubları iki ölkə arasında əməkdaşlığa daha yüksək önəm verdiyini nümayiş etdirir. Onun sözlərinə görə, Ağ Ev rəhbərinin mesajlarından məlum olur ki, ABŞ Prezidenti Azərbaycanı Birləşmiş Ştatların dəyərli tərəfdaşı hesab edir və ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin gücləndirilməsini arzu edir: “Bu məktublar Azərbaycan Prezidentinə olan diqqət və dəyərin təzahürüdür. Bu, onu göstərir ki, Azərbaycanla ABŞ arasında bütün istiqamətlərdə münasibətlər günü-gündən daha da genişlənir. Bu həmçinin Azərbaycanın dünya siyasətində əldə etdiyi uğurlardan xəbər verir”.
Millət vəkili qeyd edib ki, Donald Trampın məktubları Azərbaycan Prezidentinin uzun illər apardığı siyasətin nəticəsidir: “ABŞ-ın Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və islahatların həyata keçirilməsi istiqamətində gördüyü işləri dəstəkləməsi, habelə iki ölkə arasında yeni faydalı biznes əlaqələrinin qurulmasına maraq göstərməsi bizim nailiyyətimizdir”.
E.Məmmədovun sözlərinə görə, həmsədr dövlət olaraq ABŞ Dağlıq Qarabağ probleminin həllində mühüm rol oynaya bilər: “Bütövlükdə Prezident Trampın məktubları ölkələr arasında münasibətlərin inkişafında yeni səhifənin açılmasına böyük imkanların olduğunu göstərir. Azərbaycan tərəfi ABŞ-la münasibətlərin yeni mərhələdə inkişafı üçün üzərinə düşən addımları atmağa hazırdır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

