“The Washington Times” qəzeti Ermənistanın dinc azərbaycanlı əhaliyə hücumundan yazır
08.07.2017 [13:22]
“The Washington Times” qəzetində Beqin-Sadat Strateji Araşdırmalar Mərkəzinin eksperti Aleksandr Murinsonun “Ermənistanın dinc azərbaycanlı əhaliyə hücumu” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Azərbaycanın işğal edilmiş ərazilərindəki erməni hərbi hissələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində Sahibə Allahverdiyeva və Zəhra Quliyevanın həlak olmasından danışılır.
Müəllif yazır ki, ABŞ-ın Müstəqillik Günündə amerikalılar hər yerdə atəşfəşanlıq etdikləri kimi, erməni hərbçiləri də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda günahsız mülki şəxslərə qarşı “öz partlayıcı vasitələrindən” istifadə ediblər. Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Norika Nikolai və Avropa Parlamentinin vitse-prezidenti Rişard Çarnetski birgə bəyanatlarında vurğulayıblar ki, “mülki şəxslərin, qadın və uşaqların kütləvi şəkildə qətlə yetirilməsi istənilən halda yolverilməzdir və dərhal dayandırılmalıdır. Müəyyən olunub ki, bu qətl Ermənistan silahlı qüvvələrinin minomyot və qumbaraatanlardan istifadə etməklə Füzuli rayonunun Alxanlı kəndində əliyalın mülki azərbaycanlı şəxslərə hücumu nəticəsində baş verib”.
Demək olar ki, hər gün erməni hərbçiləri minomyot və snayperlərdən istifadə edərək Azərbaycanı onun işğal edilmiş Dağlıq Qarabağ regionundan ayıran demarkasiya xətti - təmas xətti boyunca mülki şəxsləri mütəmadi atəşə tutur. İyulun 4-də baş vermiş insident Ermənistanın Azərbaycanda cavab reaksiyası doğurmaq məqsədilə mülki obyektlərə hücumu əhatə edən yeni hərbi doktrinasına dəlalət edir ki, sonradan onu təcavüzkar adlandırsın. Azərbaycan Ordusunun zəbt olunmuş torpaqların müəyyən hissəsini azad etməsi ilə nəticələnən 2016-cı ilin aprel toqquşmasından danışan Murinson yazır ki, hərbi əməliyyatlar zamanı Azərbaycan hərbçiləri ən yeni silahlardan istifadə ediblər. Komandanlıq və idarəçilik sistemi, silahlı qüvvələr açıq-aşkar çox yaxşı hazırlıqlı idi və onlar erməni hərbçilərindən xeyli peşəkarcasına fəaliyyət göstəriblər. Cavab zərbəsi endirməyə məcbur olan Azərbaycan erməni ordusunu darmadağın edib, strateji yüksəklikləri və ərazinin bir hissəsini azad edib.
Alxanlı kəndinin atəşə tutulmasından danışan müəllif yazır ki, erməni hərbçiləri Azərbaycan mövqelərinə, tanklarına və qoşunlarına hücum etməkdən açıq-aşkar çəkiniblər. Bunun əvəzinə, Azərbaycanın Alxanlı kəndi 82 və 120 millimetrlik minomyotlardan və ağır qumbaraatanlardan atəşə tutulub. İkiyaşlı Zəhra və nənəsi Sahibə Allahverdiyeva həlak olub, daha bir sakin yaralanıb.
Məqalənin sonunda Murinson qeyd edir ki, Tramp Administrasiyasının Azərbaycana diplomatik, hərbi və siyasi dəstəyi Vaşinqtonun marağındadır, xüsusən ona görə ki, bu ölkə ABŞ-ın ən səmimi, stabil və etibarlı dostlarından biridir.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

