Növbəti humanist akt icra olundu
31.07.2009 [10:21]
Humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı ərəfəsində Amnistiya Aktı qəbul edilib.
Amnistiya Aktının icrasının yekunlarına dair aparılmış ümumiləşdirmə və təhlillər nəticəsində həmin aktın 9 min 564 şəxsə tətbiq olunduğu müəyyən edilib Onlardan 8 min 604-ü kişi, 960-ı qadın, o cümlədən 23-ü yetkinlik yaşına çatmayan şəxsdir.
Azadlıqdan məhrumetmə növündə cəza çəkən 2 min 30 və intizam xarakterli hərbi hissədə saxlama cəzasını çəkən 137 şəxs amnistiya nəticəsində azadlığa buraxılıb, 516 şəxsin isə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Bundan əlavə, azadlığın məhdudlaşdırılması növündə cəza çəkən 1600, islah işləri növündə cəza çəkən 2 min 853, ictimai işlər növündə cəza çəkən 198, habelə maddi vəziyyəti ilə əlaqədar olaraq təxminən 670 min manat məbləğində cəriməni ödəyə bilməyən 1.860 məhkum şəxs cəzalardan azad olunub. Həmçinin şərti məhkum edilib, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 369 məhkum barəsində də amnistiya tətbiq edilib.
Amnistiyanın təsiri altına düşmüş şəxslərin 95 faizi böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər törətməyə görə məhkum olunmuş şəxslərdir. Cəzadan azad olunmuş şəxslərin qalan hissəsi isə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş və cəzalarının sonuna az müddət qaldığı üçün Amnistiya Aktı ilə nəzərdə tutulan məhdudiyyətlərin təsiri altına düşməyən şəxslər olub.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi humanizm siyasəti nəticəsində 1995-ci ildə əfv və amnistiya təsisatları bərpa edildikdən sonra qəbul edilən 9 Amnistiya Aktı 96 mindən çox şəxsə tətbiq edilib, o cümlədən təxminən 25 min məhkum cəzaçəkmə müəssisələrindən azad olunub.
Bu mərhəmətli addımın təşəbbüskarı olan Heydər Əliyev Fondu ümidvardır kı, barələrində amnistiya tətbiq edilmiş şəxslər müasir Azərbaycan dövlətinin layiqli vətəndaşı olacaq, qanunlara hörmət ruhunda davranaraq Vətənə və xalqa sədaqətlə xidmət edəcəklər.
Xəbər lenti
Hamısına baxSosial
20 Yanvar 16:54
Dünya
20 Yanvar 16:23
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Gündəm
20 Yanvar 11:51
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35

