XALQ-HAKİMİYYƏT birliyi Azərbaycan dövlətçiliyinin təməl prinsipidir
04.08.2009 [09:37]
İnkişaf elə bir hadisədir ki, onun baş verməsi üçün mütləq şəkildə müəyyən komponentlər kompleks halına gətirilməlidir. Məhz bu kompleksin yaradılması, istiqamətləndirilməsi, konsepsiya şəklinə salınması və davamlı şəkil alması nəticə etibarilə inkişafa səbəb olur. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın inkişafının da əsası məhz 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtması ilə qoyuldu. Güclü lider xüsusiyyətlərinə malik olan, dünyanın ən böyük siyasətçilərindən biri sayılan Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyini xilas etməsinin ardından ölkənin gələcək inkişaf konsepsiyası hazırlandı. Bu mənada inkişaf konsepsiyasının ən əsas komponenti Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına dair imzalanan “Əsrin müqaviləsi” oldu. Əsası Ulu öndər tərəfindən qoyulan Azərbaycanın neft strategiyası ölkəmizin bu gün dünyanın ən aparıcı dövlətləri ilə çoxtərəfli əlaqələrə malik olmasına, digər tərəfdən, neft-qaz ixracatçısı kimi həm yerləşdiyi regionun, həm də ümumilikdə Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olmasına şərait yaratdı. ümummilli lider Heydər Əliyevin dahiliyi və uzaqgörən siyasət yürütməsi nəticəsində Azərbaycan az bir zaman içində inkişaf yoluna qədəm qoydu. İstər iqtisadi, istərsə də siyasi cəhətdən sabitliyin yaradılması, ölkədə qanunvericiliyin hakim olması, vətəndaş cəmiyyətinin yaradılması, azad və demokratik seçki mühitinin formalaşdırılması Azərbaycanda demokratik dövlət quruculuğu prosesinin mükəmməl şəkildə həyata keçirilməsinə yol açdı.
Bu gün isə Azərbaycanın inkişafı, istər iqtisadi, istərsə də siyasi sferada dünyanın aparıcı ölkələri ilə əməkdaşlıq, hətta müttəfiqlik əlaqələrinə malik olması, dünyamiqyaslı layihələrdə həm iştirakçı, həm əsas ixracatçı, həm də tranzit ölkə qismində çıxış etməsi dünya ictimaiyyətinin diqqət mərkəzindədir. ölkəmizdə keçirilən bütün seçkilərdə, o cümlədən, üzvü olduğumuz beynəlxalq təşkilatların yerli ofisləri vasitəsilə Azərbaycandakı demokratik mühitlə tanış olan dünya ictimaiyyəti xalqla hakimiyyətin birliyinin nail olduğu bu göstəricilərə heyranlıqla yanaşır.
ABŞ-da yerləşən, dünya üzrə insan resurslarını öyrənən və statistik araşdırma xidmətləri göstərən nüfuzlu “Gallup” təşkilatının keçirdiyi sorğuda da Azərbaycanda nail olunan uğurların əsasında məhz xalq-hakimiyyət birliyinin dayandığı bir daha təsdiqlənib. İyulun 31-də keçmiş sovet respublikaları üzrə yeni sorğusunun nəticələrini elan edən təşkilat hər ölkədə 1000 respondentə müraciət edib. “Siz ölkənizin rəhbərliyinin fəaliyyətindən razısınızmı” sualı ilə müraciət olunan respondentlər arasında ən yüksək razılıq ifadəsi Azərbaycanda qeydə alınıb. Respondentlərin 77 faizi bu suala müsbət cavab verib. Elə bu göstərici Azərbaycanın “Gallup”un sorğusunda birinci yeri tutmasına səbəb olub.
Təəssüf ki, sorğunun nəticəsi kimlərisə narahat edir. ölkəmizə, xalqımıza düşmən kəsilən ölkələrin KİV-lərinin bu nəticəyə qarşı qıcıqlanması olduqca təbiidir. çünki 16 ildir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan bu gün inkişaf göstəricilərinə görə Azərbaycandan on dəfələrlə geri qalır. Bu gün Ermənistan bütün dünyaya əl açıb pul dilənir, amma Azərbaycan qiyməti milyard dollarlarla ölçülən dünyamiqyaslı layihələrdə yer alır, ölkəmizin gələcəyinin daha da güclü və qüdrətli olması istiqamətində iş aparılır. Amma ölkə daxilində bir sıra “millətsevərlərin və dövlətsevərlərin” bu sorğudan keçirdikləri narahatçılıq başadüşülən deyil.
Bu gün Azərbaycanda daxili sabitlik yüksək səviyyədədir. ölkədə silahlı müxalifət mövcud deyil, müxalifətdə təmsil olunanlara qarşı heç bir repressiv təhlükə yoxdur, insanlar qanunların verdiyi hüquqla yaşayırlar. ölkənin hər bir vətəndaşının seçib-seçilmək hüququ mövcuddur. Azərbaycan bir sıra beynəlxalq təşkilatların insan hüquqları konvensiyalarına qoşulub. ölkədə vətəndaşların konstitusion hüquqları tanınır. QHT-lər, müstəqil televiziyalar, o cümlədən, ictimai televiziya, müstəqil qəzetlər fəaliyyət göstərir. Azərbaycanda söz azadlığı, fikir prülarizmi mövcuddur. Təbii ki, bu kimi faktorlar Azərbaycanda demokratik mühitin mövcud olduğunun göstəricisidir. Bu isə vətəndaşların ölkə hakimiyyətinə inamını artırır.
Digər bir misal. Azərbaycanın ən böyük problemi sayılan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkə hakimiyyətinin mövqeyi birmənalı və dəyişməzdir: İşğal altında olan Dağlıq Qarabağ Azərbaycan ərazisidir və münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Artıq bu istiqamətdə mühüm irəliləyişlərə imza atılıb, qəbul olunan Moskva Bəyannaməsində Azərbaycanın mövqeyi qəti surətdə əks olunub. Bundan başqa, BMT, NATO, AŞ PA, ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini qəbul etdiyi qətnamələrlə dəstəkləyib. Eyni zamanda ölkə rəhbərliyi problemin sülh yolu ilə tənzimlənməsinə çalışır. Bu işdə hakimiyyətin ən çox güvəndiyi məhz Azərbaycan xalqıdır. Məhz xalqın birliyi, xalqın hakimiyyətə inamı və hakimiyyətin xalqın mənafeyinə uyğun hərəkəti xalq-hakimiyyət tandeminin əldə etdiyi uğurların əsas bazasıdır.
Azərbaycan xalqı öz hakimiyyətini həm də ona görə dəyərləndirir, sevir ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev hər bir zaman vətəndaşının varlı yaşaması, gələcəyinin təminatlı olması istiqamətində bütün lazımi addımları atır. Prezident İlham Əliyev “bütün vətəndaşların Prezidenti olacağam” dedi və vədinə əməl etdi. Bu gün kimliyindən asılı olmayaraq bütün ölkə vətəndaşları qanun qarşısında eyni məsuliyyətə malikdir. Bu gün dünyanı öz ağuşuna alan, böyük dövlətlərin iqtisadiyyatını uçuruma salan iqtisadi böhran Azərbaycandan yan keçir. Bu uğurun da təməlində əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyası dayanır. Prezident İlham Əliyev bu siyasəti müasir dünyamızda olduqca böyük əzmlə, yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirir. Aparılan genişmiqyaslı sosial-iqtisadi islahatlar, həyata keçirilən möhtəşəm layihələr Azərbaycanı beynəlxalq aləmdə nüfuz sahibinə çevirib. Son beş ildə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artıb, adambaşına düşən gəlir 5500 dollara çatıb. Respublikamızda sənaye istehsalının həcmi 2,5 dəfə yüksəlib, sənayeləşmə prosesi geniş vüsət alıb, 766 min yeni iş yeri açılıb. Həyata keçirilən islahatlar Azərbaycanda yoxsulluğun səviyyəsinin kəskin şəkildə azalmasına gətirib çıxarıb, bu göstərici 49 faizdən 13,2 faizə enib. ötən beş ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri 12 dəfədən çox artıb. Əhalinin minimum əməkhaqqı 8,3 dəfə, minimum pensiyanın məbləği 4 dəfə yüksəlib. Təsadüfi deyil ki, Dünya Bankı tərəfindən açıqlanan “Doing Business-2009” hesabatında Azərbaycan dünya ölkələri sırasında ən islahatçı dövlət elan edilib.
Qeyd olunan faktlar bu gün Azərbaycan dövlətindəki sabitliyin, inkişafın, xalq-hakimiyyət birliyinin paxıllığını çəkənlərə cavab deyil. çünki Azərbaycan dövlətinin vətəndaşlarının öz hakimiyyətlərindən niyə razı olduğunu görmək üçün, sadəcə, yaşadığın evin pəncərəsindən boylanmaq kifayətdir. Əsası isə odur ki, sən haqqı görüb, haqqı danışa biləsən...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

