/ / Moskvanın anti-Azərbaycan dairələrin platsdarmına çevrilməsi Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir
Moskvanın anti-Azərbaycan dairələrin platsdarmına çevrilməsi Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir
14.12.2017 [10:03]
Ermənistanda Azərbaycan əleyhinə “ikinci cəbhə” açmaq məqsədilə telekanal və mərkəzlər yaradan xəyanətkarlar fəaliyyətlərini Rusiyada davam etdirirlər
Müstəqil Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində ölkəmiz həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir, eləcə də regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır. Heç bir beynəlxalq qurumdan və milli dövlətdən asılı olmayan Azərbaycan Respublikası artıq regional aktordan beynəlxalq strateji tərəfdaşa çevrilməkdədir.
Azərbaycan daim ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət göstərib və müstəsna töhfələr verib
Bu kontekstdə ölkəmiz həm region dövlətləri, həm də regiondankənar ölkələrlə səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam və inkişaf etdirir. Azərbaycan Respublikasının sıx əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri də Rusiya Federasiyasıdır. Qeyd etmək lazımdır ki, Rusiya və Azərbaycan, eləcə də iki ölkənin rəhbərliyi arasında həmişə qarşılıqlı anlaşma mühiti hökm sürüb. Azərbaycan daim münasibətlərin inkişafında və əməkdaşlıq əlaqələrinin genişlənməsində maraqlı olduğunu ifadə edib, ikitərəfli münasibətlərin inkişafına müstəsna töhfələr verib. Digər tərəfdən, ölkəmiz öz ərazisindən Rusiyaya qarşı üçüncü tərəflərin - beynəlxalq terror şəbəkəsi və separatçı qüvvələrin istifadəsinə izin verməyib, belə qüvvələrin respublikamızdan keçərək Rusiyaya sızmasının qarşısını qətiyyətlə alıb. Eyni zamanda, Rusiya və Azərbaycan terrorizm və ekstremizmin yayılmasının qarşının alınması məqsədilə birgə əməliyyatlar keçiriblər. Ən əsası, Azərbaycan mediası və vətəndaş cəmiyyəti institutları Rusiya üçün strateji əhəmiyyətə malik olan ərazi bütövlüyü məsələsində qəti və birmənalı mövqe nümayiş etdirib. Yəni bəhs olunan qurumlar Rusiyanın ərazi bütövlüyü ilə bağlı məsələlərin müzakirəsində iki ölkə əlaqələrinin ruhuna zidd mövqe tutmayıb.
Rusiyanın bəzi dairələri Moskvanı müəyyən məkrli planları reallaşdırmaq üçün platsdarma çevirməkdədirlər
Bütün bunlara baxmayaraq, Rusiyanın bəzi dairələri, eləcə də onların təsirində olan media təsisatları və vətəndaş cəmiyyəti institutları iki ölkə münasibətlərinin ruhuna - mahiyyətinə zidd mövqe nümayiş etdiriblər. Belə ki, bu ölkənin müəyyən strukturlarına sızmış erməni əsilli şəxslər Rusiya mediasını və vətəndaş cəmiyyəti təsisatlarını Ermənistan dövlətinin anti-Azərbaycan siyasətini yürütmək üçün vasitəyə çeviriblər. Eyni zamanda, bu prosesdə Moskvanı müəyyən məkrli planları reallaşdırmaq üçün platsdarma çevirməkdədirlər.
Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimilər erməni xüsusi xidmət orqanlarının sifarişi ilə fəaliyyət göstərirlər
Bu məqamda qeyd etmək yerinə düşər ki, bir müddət əvvəl Ermənistanda Azərbaycan əleyhinə “ikinci cəbhə” açmaq məqsədilə telekanal və mərkəzlər yaradılmışdı. Bu kontekstdə Azərbaycan dövlətinə, o cümlədən mənsub olduqları Talış bölgəsinə və talışəsilli vətəndaşlarımıza xəyanət etmiş Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimilərdən istifadə edilmişdi. Hazırda Azərbaycan ictimaiyyətinin, o cümlədən ilk növbədə talışəsilli vətəndaşlarımızın qınağı səbəbindən erməni xüsusi xidmət orqanları taktika dəyişikliyinə gedərək həmin qurumların fəaliyyətini Moskvaya köçürüblər.
Yeri gəlmişkən, bəhs olunan F.Aboszadə erməni xüsusi xidmət orqanlarının və Rusiyanın müəyyən dairələrinin sifarişi ilə fəaliyyət göstərir. 1981-1995-ci illərdə BDU-da çalışan, əvvəl Kommunist Partiyası, sonra isə AXC hakimiyyəti dövründə sürətli karyera sıçrayışı etmək cəhdləri uğursuzluğa düçar olan bu şəxsin “Politologiya” dərsliyi adı ilə AXC-ni və onun sədrini mədh edən kitab yazması da yetərincə qiymətləndirilməyib. O, mənsub olduğu linqvistik icmanı regional separatçılıq avantürasına çəkməyə cəhd etsə də, bölgə əhalisinin qətiyyətli səyi ilə onun bu cəhdi iflasa uğrayıb.
Azərbaycan dövlətinə və xalqına təhqirlər yağdıran Zabil Məhərrəmov da fəaliyyətini Yerevandan Moskvaya köçürüb. Onun bir müddət əvvəl “bizim qardaşlarımız türklər yox, ermənilərdir. Ermənistan bizim pənahımızdır” bəyanatı ilə çıxış etməsi bu şəxsin simasını və kimliyini ortaya qoyur.
Moskva fərqində olmalıdır ki...
Bütövlükdə, Moskvada Azərbaycan əleyhinə bu tipli aqressiv fəaliyyət özünə yer tapıb və bu, birmənalı şəkildə Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir. Bu həm də Rusiyanın strateji maraqlarına uyğun deyil. Rusiya tərəfi fərqində olmalıdır ki, erməni lobbisi Moskvanı getdikcə öz qurbanına çevirir, onu geostrateji əhəmiyyətli bölgələrdə daha çox təcrid vəziyyətinə salır. Rusiya özünün milli mənafeyini və strateji maraqlarını nəzərə alaraq daha rasional və konkret mövqedən çıxış etməli, bu ölkədəki müəyyən çevrələrin və erməni xüsusi xidmət orqanlarının məkrli planlarının qarşısını almalıdır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25

