/ / Hikmət Babaoğlu: Azərbaycan ictimai rəyi onunla manipulyasiya etmək istəyənləri qınayacaq qədər kamildir
Hikmət Babaoğlu: Azərbaycan ictimai rəyi onunla manipulyasiya etmək istəyənləri qınayacaq qədər kamildir
24.03.2018 [10:07]
“Müasir texniki tərəqqi postmodernist cəmiyyətlərə ən müxtəlif ictimai kommunikasiya vasitələri təqdim edir. Hazırda internet resursları üzərindən çox fərqli metod və üsullarla ünsiyyət qurmaqla kütləvi auditoriyaya asanlıqla çıxmaq mümkündür”. Bunu Trend-ə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, yeni resurslarla informasiyanın idarə olunması və onun ictimai rəyə təsirinin səmərəli təşkili daha asandır. Ona görə də bütün informasiya cəmiyyətlərində bu vasitədən məmnuniyyətlə istifadə edirlər: “Əgər informasiyaya institusional forma verməklə onu hətta idarəetmə vasitəsinə çevirməyin mümkünlüyünü də nəzərə alsaq, belə universal vasitədən istifadə etməyin nə qədər zəruri olduğunu görə bilərik. Azərbaycan da qlobal informasiya məkanının subyektlərindən biridir və ölkəmizdə internet istifadəçiləri ölkə əhalisinin 80 faizindən çoxunu təşkil edir. Belə olduqda, əlbəttə, bu resursların imkanlarından ilk növbədə informasiya təhlükəsizliyimizə cavabdeh olan qurumlar istifadə etməlidirlər. Elə edirlər də. Çünki informasiya məkanımızın düzgün istiqamətə yönləndirilməsi milli maraqlarımız baxımından strateji əhəmiyyətli məsələdir. İnformasiyanı bir qrup manipulyatorun istismarına vermək qətiyyən olmaz. Çünki informasiya ictimai rəyi həmrəy edə biləcək gücə sahib olduğu kimi, onu milli maraqların əleyhinə də formalaşdıracaq gücə sahibdir”.
Onun sözlərinə görə, vəziyyət belə olduqda ölkəmizin informasiya təhlükəsizliyi kimi vacib məsələlərlə məşğul olan qurumlar və onlara rəhbərlik edən şəxslər də bütün növ vasitələrdən, o cümlədən “Facebook”, “Twitter”, “WhatsApp” kimi vasitələrdən istifadə etməlidirlər: “Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bu tipli strateji məsələləri dərindən bilən məmur kimi, əlbəttə, yeni vasitələrdən dövlət maraqlarımız üçün istifadə etməlidir və çox effektiv də istifadə edir. Ancaq görünür, qlobal imperializmin bu silahından bir azərbaycanlı məmurun imperializmin nökərlərinə qarşı belə uğurla istifadə etməsi həmin nökərlərin və hətta onların ağalarının xoşuna gəlmir. Ona görə də öz məntiqsiz hərəkətlərinə görə bunu müxtəlif formada yozmağa çalışırlar. Onlara elə gəlir ki, beləliklə, ictimai rəyi manipulyasiya edərək onu doğru yoldan sapdıracaqlar. Ancaq xəbərləri yoxdur ki, kifayət qədər intellektual əsaslarda formalaşan Azərbaycan ictimai rəyi nəinki manipulyasiya ediləcək qədər sadəlövh deyil, tam əksinə, onunla manipulyasiya etmək istəyənləri qınayacaq qədər kamildir”.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19

