Sudanın dövlət naziri: Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsində maraqlıyıq
07.04.2018 [10:08]
Aprelin 6-da Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Sudanın xarici işlər üzrə dövlət naziri Mohamed Abdalla İdris Mohamedin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, spiker Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığın hər iki ölkənin maraqlarına xidmət etdiyini söyləyib. Bildirib ki, əməkdaşlığımızın inkişafı, heç şübhəsiz, münasibətlərimizin daha da dərinləşməsinə töhfəsini verəcək.
Oqtay Əsədov qeyd edib ki, Azərbaycan onun dövlət müstəqilliyini tanıyan ilk Afrika dövlətlərindən biri kimi Sudanla həyatın müxtəlif sahələrində münasibətlərin dərinləşməsinə böyük önəm verir. Bu sahədə siyasi iradənin mövcudluğu əlaqələrimizin gələcəyinə böyük ümidlərlə baxmağa zəmin yaradır. İqtisadi sahədə əməkdaşlığımızı daha da möhkəmləndirmək üçün potensial imkanlar mövcuddur. Humanitar, elm, təhsil sahələrində də mövcud ənənələri inkişaf etdirmək üçün yaxşı imkanlar var. Bu gün nümayəndə heyətlərimiz BMT, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO, Qoşulmama Hərəkatı kimi beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıq edirlər. Biz parlamentlər səviyyəsində münasibətlərimizi inkişaf etdirmək niyyətindəyik. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının yaradılması parlamentlərarası əlaqələrimizin inkişafına dəyərli töhfə vermiş olardı. Çünki bu qruplar qanunverici orqanlar arasında körpü rolunu oynayır.
Sədr deyib ki, Azərbaycan ictimaiyyəti 2014-cü ilin sentyabrında Sudan Milli Assambleyasının xarici əlaqələr komitəsi tərəfindən Xocalı soyqırımı ilə əlaqədar qəbul edilmiş qərarı həmişə minnətdarlıq hissi ilə xatırlayır. “Biz Azərbaycan üçün ən ağrılı problem olan Dağlıq Qarabağ məsələsində Sudanın ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndiririk. İnanırıq ki, Sudan nümayəndə heyətinin ölkəmizə səfəri tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından önəmli olacaq. Azərbaycan tərəfi Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək məsələsində Sudan hökumətinin dəstəyinə ümid edir”, - deyə Oqtay Əsədov bildirib.
Dövlət naziri Mohamed Abdalla İdris Mohamed Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransında iştirakından və səfər çərçivəsində keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bildirilib ki, belə tədbirlərdə nümayəndə heyətlərinin görüşləri və aparılan fikir mübadiləsi ümumi məqsədlərə xidmət edir. Qonaq ölkəsinin Azərbaycanla siyasi, mədəni, humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu söyləyib. O deyib ki, təmsil etdiyi ölkə Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Sudanın ölkəmizdəki səfiri Abbas Mustafa Əhməd Abdallay və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

