AŞPA ölkəmizə daim ikili standartlarla yanaşıb
03.05.2018 [09:39]
Yaxud, AŞPA kimi islamofob və ermənipərəst maraqlara xidmət göstərən bir təşkilat Azərbaycanın nəyinə lazımdır?
Son günlərdə AŞPA tərəfindən ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası xarici anti-azərbaycançı mərkəzlərin və ermənipərəst qüvvələrin növbəti dəfə beynəlxalq ictimai rəyi çaşdırmaq, Azərbaycanın yüksək nüfuzunu ləkələmək cəhdi kimi dəyərləndirilir. Belə ki, ölkəmizə qarşı yalan ittihamlar səsləndirən, hansısa “korrupsiya faktları” barədə növbəti dezinformasiyaları dövriyyəyə buraxmağa çalışan anti-azərbaycançı dairələr bu cür qondarma iddialarla bir daha hansı məqsədlərə xidmət göstərdiklərini ortaya qoyurlar. Bir sözlə, Azərbaycana qarşı olan bəzi xarici qüvvələrin xidmətində dayanan, ermənipərəst mərkəzlərin oyuncağına çevrilmiş “sapı özümüzdən olan baltalar”ı özünün istinad “mənbəyi”nə çevirən məlum dairələr bu qondarma “korrupsiya hesabatı” üzərindən növbəti dəfə öz maraqlarını təmin etməyə, ölkəmizə təzyiq göstərməyə çalışırlar. Qeyri-obyektiv və qərəzli, ayrı-ayrı deputatların fərziyyə, ehtimal və gümanları üzərində qurulmuş subyektiv mülahizələrdən ibarət olan bu iddialar Qərbin islamofob və ermənipərəst qruplarının qurduğu növbəti oyundur. Görünən odur ki, ölkəmizdə yaradılan demokratik ab-hava, insan hüquq və azadlıqlarına hörmət, xarici siyasət kursundakı qətiyyət və milli maraqların əsas tutulması prinsipi bir sıra xarici ermənipərəst, islamofob dairələrin narahatlığına səbəb olur.
Öz növbəsində məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Sevinc Hüseynova da deyib ki, son illər AŞPA-da açıq şəkildə islamofob meyillərin qalib gəldiyi göz önündədir. Millət vəkili bildirib ki, multikulturalizm nümunəsi sayılan Azərbaycana qarşı aparılan çirkin kampaniyalar buna misaldır: “AŞPA-nın “hesabatlarının” hazırlanması zamanı müxtəlif qərəzli dairələrin mənafelərinin əsas götürüldüyü və Azərbaycanın timsalında həm də müstəqil dövlətlərə təzyiq göstərmək, onların milli maraqlarına zərbə vurmaq məqsədinin güdüldüyü artıq şübhə doğurmur. Eyni zamanda bu kimi “hesabat” AŞPA-da Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Əslində, AŞPA-nın bu qondarma “korrupsiya” ittihamları özü özünü təkzibdir. İçində heç bir tutarlı faktın və ya əsasın olmadığı bu yalan hesabatın, sadəcə, korporativ maraqdan doğması açıq şəkildə ortadadır. Belə ki, bu qondarma “hesabat”a əsasən xarici neft şirkətlərinin tam leqal bonusları, Avropa ölkələrinə səfər edən nümayəndə heyətlərinə verilən qonaqlıqlar, pulsuz hotel, təyyarə və s. bu kimi məsələlər də korrupsiya əlaməti hesab edilməlidirmi? Beləliklə, AŞPA-da Azərbaycana qarşı ardıcıl şəkildə təşkil edilən hücumlar bu təşkilatın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirir”.
Milli Məclisin deputatı Elman Məmmədov da vurğulayıb ki, AŞPA-nın ölkəmizə qarşı ikili standartlarla yanaşması birinci hal deyil. Zaman-zaman da xüsusi maraqlara xidmət edən monitorinq qrupları, eləcə də məruzəçilər vasitəsilə ölkəmizə qarşı kampaniyalar aparmağa cəhd göstərən qurum bununla da öz əsl simasını ortaya qoyub. Millət vəkili bildirib ki, bu qurumun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində nümayiş etdirdiyi ikili standartlar və laqeydlik, qurumdakı müxtəlif qruplar tərəfindən Azərbaycana qarşı aparılan çirkin və məqsədli gözdənsalma kampaniyası və digər məsələlər AŞPA-nın əsl məqsədlərini ortaya çıxarıb: “Hətta BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri belə AŞ-nın qərarlarında işğalçıya qarşı qətiyyət nümayişinə yol aça bilməyib. Nəticə etibarı ilə, Avropa Şurasına tamhüquqlu üzv olmamızdan ötən 17 il ərzində AŞPA beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində heç bir təsirli addım atmayıb. Bu azmış kimi Avropa Şurasına üzvlük, Qərbə inteqrasiya siyasəti yürüdən Azərbaycan yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilə, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə üzləşib. Sonuncu çirkin kampaniya bu faktı bir daha təsdiqlədi”.
Millət vəkili bildirib ki, bütün bunlar da “AŞPA kimi ikili standartlar, qarayaxma və ləkələmə nümunəsinin tüğyan etdiyi, həmçinin islamofob və ermənipərəst maraqlara xidmət göstərən bir təşkilat Azərbaycanın nəyinə lazımdır” sualını yaradır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

