AŞPA-nın qərarı konkret siyasi məqsədlərə xidmət edir
18.05.2018 [09:29]
İkili standartlar nümunəsi olan bu qərarın qəbul olunmasında məqsəd Azərbaycanı müstəqil siyasətindən və prinsipial mövqeyindən çəkindirməkdir
Müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Cənubi Qafqaz regionunun lider dövləti olan ölkəmiz həm də beynəlxalq miqyasda etibarlı strateji tərəfdaş kimi tanınır. Eyni zamanda, ölkəmiz dünya iqtisadiyyatına uğurla inteqrasiya edir, beynəlxalq əməkdaşlıq və təhlükəsizlik platformalarının formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Bir sözlə, Azərbaycan pozitiv beynəlxalq imicə malik olan suveren aktor kimi tanınır. Bu kontekstdə əldə edilən nailiyyətlər ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır. Bunlarla yanaşı, Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ölkəmizdə reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır.
Azərbaycan öz xarici siyasət kursunda bir nömrəli məsələ olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsində də uğurlu addımlar atır və qətiyyətli mövqe nümayiş etdirir. Ermənistanın qeyri-konstruktiv mövqeyinə və bir sıra aparıcı dövlətlərin münaqişəyə ikili standartlarla yanaşmasına baxmayaraq, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində görülən işlərin uğurlu nəticəsi, Ermənistanın regiondakı bütün layihələrdən kənarda qalması və digər reallıqlar Azərbaycanın işğalçını bütün sferalarda təcrid etmək siyasətinin nailiyyətləri kimi səciyyələndirilə bilər. Bütün bunlar isə bəzi dairələr tərəfindən qısqanclıqla qarşılanır. Xüsusilə də, həmin ölkələrin əlində alət olan, forpost kimi çıxış edən təcavüzkar Ermənistanın dağıdıcı mövqeyini müdafiə edən bu qüvvələr Azərbaycanın qeyd-şərtsiz ərazi bütövlüyünün təmin olunması məsələsində prinsipial mövqeyindən geri çəkilməsinə nail olmaq istəyirlər.
Azərbaycana qarşı növbəti təzyiq və “qara piar” kampaniyası...
Ümumiyyətlə, Azərbaycanın dinamik inkişafı, regional və beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınması bəzi qərəzli xarici dairələr tərəfindən narahatlıqla qarşılanır. Azərbaycanın artan gücünün, müstəqil siyasətinin narahatlıqla qarşılanması, həmçinin ölkəmizin uğurlu hücum diplomatiyası sayəsində Ermənistanın küncə sıxışması ermənipərəst qüvvələri ciddi şəkildə narahat edir və həmin dairələr cılız vasitələrlə ölkəmizə təsir etməyə çalışırlar. Onlar ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmaq üçün “qara piar” kampaniyası aparırlar. Hətta bir qisim təşkilatlar hesabat və ya bəyanatlarında qeyri-obyektiv məlumatları dövriyyəyə buraxmaqla ölkəmizi hədəfə alır və dünya ictimaiyyətini çaşdırmaqla mənfi ictimai rəy formalaşdırmağa çalışırlar. Bu antikampaniyalar çərçivəsində sürətlə dezinformasiyalar yayılır və əslində, mövcud olmayan “mənbə”lər “etibarlı mənbə” kimi göstərilir. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu qurumun bəzi üzvlərinə, o cümlədən Azərbaycan nümayəndə heyətinin rəhbərinə qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı qərarı da bu qəbildən olan nümunələr sırasındadır.
Anti-Azərbaycan dairələrin cəhdləri heç bir nəticə verməyəcək!
Əlbəttə, AŞPA-nın məlum qərarı ədalətli deyil, qərəzlidir və subyektiv mülahizələrə söykənir, eləcə də konkret siyasi məqsədlərə xidmət edir. Bu qərar həmçinin demokratik prinsiplərin kobudcasına heçə sayılması, eləcə də ikili standartlar əsasında çıxış etmək deməkdir. Bütövlükdə, siyasi manipulyasiya vasitəsi kimi istifadə edilən bu məsələ ölkəmizin anti-Azərbaycan dairələr tərəfindən hədəfə alındığını göstərir.
Şübhəsiz ki, Azərbaycan öz inkişaf yolunda irəliləyir və ictimai maraqların, milli təhlükəsizliyin təmin olunması əsas məqsəd kimi müəyyənləşdirilmişdir. Bəzi anti-Azərbaycan dairələrin bu cür neqativ cəhdləri heç bir nəticə verməyəcək. Həmçinin belə manipulyasiyalarla ölkəmizdə ictimai rəyə təsir etmək mümkün deyil. Bu səylər nə Azərbaycanın pozitiv beynəlxalq imicinə kölgə sala, nə də ki ölkəmizdəki ictimai-siyasi sabitliyə təsir göstərə bilər.
N.QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

